Icma.az
close
up
RU
Sənət adamlarımızla təhlükəsizlik kəməri arasındakı “Qurd yağı” FOTO

Sənət adamlarımızla təhlükəsizlik kəməri arasındakı “Qurd yağı” FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşin dilçilik tərəfindən başlayaq. Azərbaycan frazeologiyasında “arasına qurt yağı sürtülüb” ifadəsi var. İfadə məcazi anlamda kiminsə hansı işə şiddətli dərəcədə nifrət etməsini bildirir. Cadugərlik tərəfi isə bizi maraqlandırmır. 

Oktyabrın 3-də ATV-də növbəti serialın yayımı başladı. Elə onun da adı “Qurd yağı” idi. Serialın bədii tərəfi və rejissor işini bir kənara qoyaraq 6-7-ci dəqiqələrdəki bir səhnənin üzərində dayanmaq istəyirəm.

Personaj BYD markalı avtomobilə əyləşərək telefonla danışır və kəmər taxmayıb. Hörmətli oxucu haqlı olaraq deyə bilər ki, parklanmış avtomobildə kəmər taxmamaq və mobil telefondan istifadə  heç bir məsuliyyət yaratmır. Bəli, doğrudur, amma...

Kadrdan görünür ki, kəmər taxılıdır, daha doğrusu hər zaman taxılı vəziyyətdə olur. Fraqmentdə kəmər sürücünün arxasındadır. 30 ildən çoxdur bütün istehsalçılar ətalətli təhlükəsizlik kəməri tətbiq edirlər. Yaylı mexanizm onun hardasa ilişib qalmasına imkan vermir. 

Bu səhnədə rejissor bizim gündəlik həyatda gördüyümüz səhnəni ekrana daşıyıb: sürücü sadəcə olaraq avtomobilə əyləşəndə kəmərin bir hissəsini sinəsinə və ya qoluna keçirir, vəssalam. Əsas odur kamerada kəmər görünsün, ya da polis görsün, vəssalam. Təhlükəsizlik ikinci dərəcəlidir.

Serialda çalışan heyətin bunu qəsdən, yaxud bilərəkdən etdiyini demək çətindir. Lakin bir məsələ aydındır ki, belə səhnələr insanlara pis nümunə olur. Məqsəd və məzmunundan asılı olmayaraq hər bir serial bu və ya digər dərəcədə publikaya təsir edir. Bu səhnədə kəmərin sürücünün arxasında olması da çox pis təbliğatdır. 

Rejissor iddia edə bilər ki, sürüş səhnələrində personajlar təhlükəsizlik kəmərindən istifadə ediblər. Bu iddia da doğrudur. Lakin düzgün istifadə edib-etmədikləri ayrı mövzudur. Serialın ilk dəqiqələrindəki fraqment pis nümunə kimi kifayətdir. 

Əslində sənət adamlarımızın təhlükəsizlik kəmərindən istifadə etməməsi, daha doğrusu yol hərəkəti qaydalarına barmaqarası baxması ilk hal deyil. Buna aid internetdə çox sayda nümunə olduğundan təkrar xatrırlatmaq istəmirəm.

Lakin, bir faktı əminliklə deyə bilərəm: bu gün Almaniyada, Britaniyada və ya Fransada hansısa məşhur aktyor və ya müğənni “mən kəmər taxmıram”, “qaydalara əməl etmirəm” kimi ifadələri açıq səsləndirə bilməz. 
Televiziyalarda (Türkiyə və Azərbaycandan fərqli olaraq) sənət adamlarına “ilk maşınınız nə olub?”, “maşınınızın qiyməti neçədir, markası nədir?” tipli suallar verilmir. Kliplərdə isə lüks avtomobildən istifadəyə “sine qua non” (onsuz olmaz) prinsipi tətbiq edilmir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri