Icma.az
close
up
RU
Rövşən İsaxdan “Qurd yağı”: Duyğusuz aktyorlar, sönük ssenari...

Rövşən İsaxdan “Qurd yağı”: Duyğusuz aktyorlar, sönük ssenari...

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın kino və serial sənayesində irəliləyişdən danışmaq dəb halını alıb. Kino sahəsində müəyyən dəyişiklikləri, yenilənmə cəhdlərini qəbul etmək olar. Doğrudan da, kinoda müəyyən dərəcədə inkişaf müşahidə olunur. Lakin eyni sözləri seriallar barədə demək, təəssüf ki, hələ tezdir. Xüsusilə də, məişət mövzularında çəkilən ekran işləri nə qədər çalışılsa da, hələ də eyni qəlibdən çıxa bilmir.

Əziz xələf rejissor və ssenaristlərimiz yeni bir ekran işi təqdim ediblər. Quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Rövşən İsax olan “Qurd yağı” serialı.

Adını eşidəndə bir anlıq tərəddüd etdim. Hətta adla bağlı quruluşçu rejissora zəng vurdum, Rövşən İsaq danışmaq üçün bir saniyə belə vaxtının olmadığını dedi. Sonra düşündüm ki, yəqin, bu qəribə ada xüsusi bir məna yüklənib. Hətta Azərbaycan dilində bütün sözlər tükənib, başqa seçim qalmayıb. Amma “adına baxma, bəlkə içində iş var” deyib izləmək qərarına gəldim. pizza sifarişi

Serialın əsas mövzusu bir ailənin üzərində qurulub. İlk baxışda sadə ailə həyatı kimi görünən bu münasibətlər sistemində hər kəs kiminsə təsiri altındadır. Xala və onun əri bütün ailəni idarə edir. Üzdə hamı mehriban, səmimi görünür, lakin pərdəarxasında intriqalar bir-birini əvəzləyir. Maraqlıdır ki, heç kim bir dəfə də olsun açıq şəkildə oturub danışmağı ağlına gətirmir.

Baş rollardan birini aktrisa Pərvanə Qurbanova ifa edir. Təəssüf, ssenari elə yazılıb ki, aktrisanın qəhrəmanı sanki səssiz bir kölgədir. Danışmaq, reaksiya vermək onun üçün qeyri-mümkün təsiri bağışlayır. İkinci seriyada əri onu sual yağışına tutur, amma qadının səsi çıxmır. Tamaşaçı elə bilir ki, lal bir obraz yaradılıb. Axırda kişi qadını vurur və təbii ki, günahkar olur. İndi feministlər tökülüşəcək üstümə ki, kişinin qadını vurmasına haqq qazandırdı...

Serialın uğurlu tərəflərindən biri xala obrazının düzgün seçilməsidir. Aktrisa İlhamə Əhmədova bu rolu elə inandırıcı oynayır ki, onun hər səhnəsində tamaşaçının içində anidən əsəb dalğası yaranır. Bu, rejissor və aktyor heyətinin azsaylı uğurlu tapıntılarından biridir. Eyni zamanda, doğma xalanın bütün ailəni bir-birinə vurması motivi çox şablon və yorucu görünür.

Müsbət tərəflərdən biri də gənc aktyorların serialda yer almasıdır. Amma heyf ki, onların ifasında duyğu, emosiya, səmimiyyət çatışmır. O qədər mexaniki və süni oynayırlar ki, nə sevinc, nə kədər tamaşaçıya ötürülür. Sadəcə əsəbiləşmə səhnələri real alınır. Məsələn, İlqar Cahangirin qəzəb dolu səhnələrində tamaşaçı onunla birlikdə gərginlik hiss edir. Belə davam edərsə, ürəyi partlayacaq, deyəsən...

Serialda diqqət çəkən başqa bir məqam isə qızını evləndirmək istəyən ata ilə bağlı süjet xəttidir. Oğlanın atası “bir dəfə boşanmış kişinin qızını oğluma almaram”, - deyir. XXI əsrdə belə düşüncənin seriala “yenilik” kimi daxil edilməsi, açığı, təəccüblüdür. Cəmiyyət dəyişir, amma ssenarilər hələ də eyni köhnə stereotiplərin əsiridir.

Kiçik qız obrazı - Selcan (Aydan Məmmədzadə) isə sanki canlı insan yox, proqramlaşdırılmış robotdur. Heç bir emosiya, hiss, təbii ifadə yoxdur. Niyyətim aktyorları tənqid etmək deyil, amma bu qədər süni oynamaq tamaşaçını ekrandan uzaqlaşdırır.

Ümumən “Qurd yağı” bir daha sübut etdi ki, Azərbaycanda ailə-məişət mövzulu seriallar hələ də eyni xətt üzrə davam edir. Nə dramaturji dərinlik, nə xarakter inkişafı, nə də rejissor baxımından yenilik görünür.

Nəticə olaraq demək olar ki, “Qurd yağı”nın tamaşaçıya ötürdüyü əsas fikir yalnız bir şeydir - xala və onun əri ailənin mərkəzindədir. Qalan hər şey köhnə ssenarinin təkrarı, yeni ad altında təqdim edilən tanış hekayətlərdir.

Beləliklə də “Düzəlmirik, vallah” deməyə məcbur qalırıq. Yəqin ki, dəyişmək istəmirik.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri