Icma.az
close
up
RU
“Səni gözləyir” ifasını gözləyir

“Səni gözləyir” ifasını gözləyir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Üzeyir bəy Hacıbəyli – 140

Hər cəhətdən kamil bir şəxsiyyət olan cahanşümul bəstəkar, musiqişünas-alim, dirijor, publisist, dramaturq, pedaqoq, tərcüməçi, tarixçi-filosof, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılıq yolu, irsi ilə bağlı hər bir fakt, qələmindən çıxan hər bir əsər xalqımız tərəfindən maraqla qarşılanır. Bu baxımdan dahi sənətkarın təxəyyülünün məhsulu olan “Səni gözləyir” mahnısı da xüsusi yer tutur və onun aşkar edilməsi diqqətəşayandır. 

Məsələ bundadır ki, Ü. Hacıbəylinin “Səni gözləyir” mahnısı uzun illər dahi bəstəkarın ev-muzeyində başqa bir başlıq altında – “Aşıqsayağı” adı ilə muzeyin saxlancında (fondunda) qorunmuşdur. Yanlış adla mühafizə olunan bu mahnı 2000-ci ildə aşkar edilmişdir. 

Mən o zamanlar Üzeyir bəy Hacıbəylinin ev-muzeyində çalışırdım. Bu müqəddəs ocağa rəhbərlik edirdim. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Arzuxanım Əlizadəni muzeydə işləməyə dəvət etmişdim. O da musiqiçi olduğu üçün birinci növbədə Üzeyir bəy Hacıbəylinin musiqi əsərlərinin əlyazmalarını araşdırmaq, öyrənmək və onların siyahısını muzeyin əsas fondundan elmi köməkçi fonda daxil etmək məqsədilə fəaliyyətə başladı. Bu zaman fondun əsas inventar kitabında çox böyük bir nöqsan aşkarlandı. Belə ki, Üzeyir bəyin səs və fortepiano üçün yazdığı “Səni gözləyir” mahnısının yalnışlıqla “Aşıqsayağı” adı ilə əsas fond kitabına daxil olunduğu üzə çıxdı. A. Əlizadə məni bu barədə məlumatlandırdı. Qərara gəldik ki, müvafiq akt tərtib edərək, əsas fondun inventar kitabında düzəliş olunsun. Elə də etdik. 18 dekabr 2000-ci ildə muzeyin direktoru Səadət Mirzəzadə (Qarabağlı), elmi katib Sərdar Fərəcov, baş mühafiz Tamilla Xudaverdiyeva, elmi işçi Arzuxanım Əlizadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun elmi işçisi Arif Ramazanovun imzaları ilə akt tərtib olundu, möhürlə təsdiq edildi. Beləliklə də mahnı öz adı ilə –“Səni gözləyir” kimi əsas fonda daxil oldu. 

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, mahnının əlyazması 18 noyabr 1974-cü ildə, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılışına hazırlıq ərəfəsində Leyla Təhmasibdən 100 rubla alınmışdır. O zaman muzeyin baş mühafizi vəzifəsində çalışan yəhudi əsilli Vlada Vedeneyeva mahnının adını əsərin başlığı altında janr əvəzi yazılmış “Aşıqsayağı” (aşıq üslubunda) adı ilə əsas fondun inventar kitabına daxil etmiş və bununla da ciddi səhvə yol vermişdir. Yanlışlıq nəticəsində “Səni gözləyir” mahnısı diqqətdən kənarda qalmışdır.

“Səni gözləyir” mahnısını Üzeyir bəy qara karandaşla, mi minor tonallığında, vals tempində yazmışdır. Ədəbi mətni isə əski əlifba ilə notların altında verilmişdir. Əlyazmanın sonunda Üzeyir bəy Hacıbəyli öz xətti ilə 30/Xll – 1931, latın qrafikası ilə Ü. Hacıbəyli imzasını qoyaraq təsdiq etmişdir. Mahnını ilk dəfə görkəmli müğənni Bülbül Üzeyir bəyin əlyazmasının titul səhifəsindəki qeydlərinə görə, lya major tonallığında oxumuşdur. Üzeyir bəy Hacıbəyli bu mahnını şair Hüseyn Natiqin sözlərinə bəstələmişdir. 

Hüseyn Natiq (Hüseyn Mirabdulla oğlu Əliyev, 1912–1941) dahi bəstəkarımızın sevimli şairlərindən olub. Onun “Buruqlar” adlı ilk şeirlər kitabı 1931-ci ildə işıq üzü görüb. Üzeyir bəy şairin bir neçə şeirinə musiqi yazıb. “Qaragöz” (1930), “Səni gözləyir” (1931), “Süvari mahnısı” (1933), Mirzə Fətəli Axundovun anadan olmasının 125 illik yubileyinə həsr olunan “Ölməz sənətkar” (1938) adlı xor əsəri bu sıradandır. Hüseyn Natiq 1939-cu ildə orduya çağırılmış,1941-ci ildə İkinci Dünya müharibəsində, cəbhədə həlak olmuşdur. 

Vətənpərvərlik ruhunda yazılmış “Səni gözləyir” mahnısının sözlərini əski əlifbadan latın qrafikasına M. Füzuli adına Əlyazmalar İnstitutunun sabiq əməkdaşı Arif Ramazanov çevirmişdir. Mahnının sözləri belədir: 

Günəşin işığı göylərdə yanar (ey), 
Vətənin daş-dağı nura boyanar. 
Borular çalındı, hər kəs oyandı, 
Yürü, əsgər, zəfər səni gözləyir. 

Günəşdən çöllərə sarpılmada nur, 
Ürəklər döyünür, sevincə dönür. 
Borular səninçün şərqilər oxur, 
Yürü, əsgər, zəfər səni gözləyir. 

Səslənsin tüfəngin, topun gurlasın, 
Dağların bağrına atəşlər sarsın. 
Vətən qələbədən ilhamlar alsın, 
Yürü, əsgər, zəfər səni gözləyir. 

Bu mahnı haqqında ilk dəfə “Səni gözləyir” mahnısı necə aşkarlandı...” adlı məqalə 2010-cu ildə “Şuşa” qəzetində Arzuxanım Əlizadənin imzası ilə dərc olunmuşdur. Üstündən 15 il keçsə də, mahnının ifası reallaşmamışdır. 

Bildiyimiz kimi, bu il Prezident İlham Əliyev xüsusi sərəncamı ilə Türk dünyasının azman sənətkarı Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi qərara alınmışdır. Ümidvarıq ki, fürsətdən istifadə edilərək, hər zaman aktual olan Vətən, əsgər, zəfər kəlmələri ilə bəzənmiş “Səni gözləyir” mahnısı müğənnilərimiz dahi bəstəkarın ev-muzeyinin saxlancından (fondundan) əldə edərək ifasını reallaşdıracaqlar. Və bu unudulmuş mahnının gənc nəslin vətənə, millətə, orduya məhəbbət ruhunun daha da güclənməsində əvəzsiz yeri olacaq. Ən ümdəsi isə çoxdan bəri ifaçısını gözləyən, böyük düha sahibimiz Üzeyir bəy Hacıbəylinin “Səni gözləyir” mahnısı, nəhayət, yenidən müğənnilərimizin repertuarını bəzəyəcəkdir. 

Səadət QARABAĞLI, 
Üzeyirbəyşünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:375
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri