Sensasiya: Paleontoloqlar naməlum qədim insan növünün qalıqlarını tapdılar
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlər Şərqi Asiyada əvvəllər məlum olmayan qədim insan növünün qalıqlarını aşkar edərək mühüm elmi kəşfə imza atıblar. Bu növ Homo juluensis adlandırılıb.
News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, Homo juluensis növü təxminən 200 000 il əvvəl müasir Çinin ərazisində yaşayıb və ehtimal ki, Denisova insanları və Homo erectus kimi digər hominin növləri ilə yanaşı mövcud olub.
Tapılmış qalıqların təhlili göstərib ki, Homo juluensis digər tanınmış növlərdən fərqləndirən unikal anatomik xüsusiyyətlərə malik olub. Bu növün nümayəndələrinin ovçuluq, yığıcılıqla məşğul olduğu və daş alətlər hazırladığı ehtimal edilir.
Maraqlıdır ki, bəzi tədqiqatçılar Denisova insanlarının müstəqil növ deyil, Homo juluensisin bir alt qrupu ola biləcəyini irəli sürürlər.
Bu kəşf insan təkamülünü daha geniş miqyasda anlamağımıza imkan yaradır və keçmişdə Yer üzündə daha çox qədim insan növünün mövcud olduğunu göstərir. Yeni tapıntılar həmçinin müasir insanların genetik müxtəlifliyinin əvvəllər düşünüləndən daha yüksək ola biləcəyini ortaya qoyur. Denisova və Neandertal insanları kimi qədim homininlərin genləri müasir populyasiyaların genomlarında aşkar edilib, bu da keçmişdə mürəkkəb növlərarası qarşılıqlı təsirlərə işarə edir.
Bu kəşf insan təkamülünün öyrənilməsi sahəsində mühüm irəliləyişdir və bu istiqamətdə daha geniş araşdırmaların vacibliyini vurğulayır. Alimlər ümid edirlər ki, yeni tapıntılar insan növünün mənşəyi ilə bağlı sirrləri aydınlaşdırmağa və insanlığın qədim tarixinin sirlərini açmağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 03 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















