Icma.az
close
up
RU
SEPAH dan “neft obyektlərini” vurarıq hədəsi Bakı narahat OLSUNMU?

SEPAH dan “neft obyektlərini” vurarıq hədəsi Bakı narahat OLSUNMU?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bu bəyanat bir neçə mühüm məqamı ortaya qoyur. Birincisi, İran potensial hərbi qarşıdurma zamanı müharibə coğrafiyasını genişləndirmək niyyətini gizlətmir. Yəni mümkün zərbələr yalnız birbaşa hücum edən tərəflə məhdudlaşmaya bilər, onların regional tərəfdaşlarını da əhatə edə bilər. İkincisi, enerji infrastrukturu – xüsusilə neft hasilatı və ixracı – artıq açıq şəkildə “hədəf kateqoriyası” kimi göstərilir ki, bu da qlobal enerji bazarları üçün ciddi risk siqnalıdır.

Eyni zamanda, bu tip açıqlamalar psixoloji və siyasi təsir aləti kimi də çıxış edir. Məqsəd təkcə hərbi xəbərdarlıq deyil, həm də region ölkələrini seçim qarşısında qoymaqdır: ya neytral qalmaq, ya da mümkün eskalasiyanın birbaşa iştirakçısına çevrilmək.

Nəticə etibarilə, Musəvinin çıxışı diplomatik dildən çox, hərbi-strateji mesaj xarakteri daşıyır və Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik balansının daha da kövrəkləşdiyini göstərir.

SEPAH-ın “neft obyektlərini” vurarıq mesajından Bakı da narahat olmalıdırmı?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, bu bəyanat açıq şəkildə Körfəz ölkələrinə hədədir, lakin İranın digər qonşularıa, o cümlədən Azərbaycana da dolayısı ilə mesaj kimi də qəbul edilə bilər:

“General Məcid Musəvinin səsləndirdiyi hədənin əsas ünvanı Fars körfəzi ölkələridir. Xüsusilə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və qismən Qətər kimi enerji nəhəngləri. Bu ölkələrdə yerləşən neft infrastrukturu ABŞ və Qərb hərbi varlığı ilə əlaqələndirilir və İranın mesajı da məhz “əgər əraziniz bizə qarşı istifadə olunarsa, cavab verəcəyik” məntiqinə əsaslanır. Azərbaycan nə Fars körfəzində yerləşir, nə də İranla eyni tip təhlükəsizlik qarşıdurmasının içindədir. Azərbaycan daha çox regional oyunçudur və onun enerji infrastrukturu Qərblə əməkdaşlıq üzərində qurulsa da, İran üçün hücum platforması deyil. Lakin nəzərə alınmalıdır ki, SEPAH generalları vaxtaşırı Azərbaycanı İsraillə əlaqələrinə görə əsassız ittiham edirlər, hədələyirlər. Bakı bu baxımdan ayıq-sayıq olmalıdır. Regionda bundan sonra eskalasiya olarsa Azərbaycan quru və haça sərhədlərini daha ciddi şəkildə qorumalıdır. Əgər Yaxın Şərqdə İran–ABŞ və İran–İsrail xətti üzrə gərginlik yenidən müharibə fazasına keçərsə o zaman enerji infrastrukturu olan bütün ölkələr kimi Azərbaycan da risk zonasında qismən yer ala bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri