Icma.az
close
up
RU
Əlil sərnişinlər üçün istisnalar olsunmu? Dayanacaqdan kənar saxlama qalmaqalı

Əlil sərnişinlər üçün istisnalar olsunmu? Dayanacaqdan kənar saxlama qalmaqalı

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusunda mübahisə davaya çevrilib.

Bakıvaxtı.az xatırladır ki, sərnişin sürücüyə yaxınlaşaraq, əmisinin xəstə olduğunu deyib və buna görə avtobusu dayanacaqdan kənar yerdə saxlamasını istəyib. Sürücü isə ona avtobusu dayanacaqdan kənarda saxlamağın qadağan edildiyini bildirib.

Bundan sonra onların aralarında yaranan mübahisəyə kənardan başqa bir nəfərin də qoşulması ilə məsələ böyüyüb.

Maraqlıdır, əgər avtobusda əlil, xəstə biri varsa, həmin şəxs üçün avtobusun dayanacaqdan kənar saxlaması üçün istisnalar olmalıdırmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir:

“Qanunvericiliyə əsasən, müntəzəm marşrutlarda sərnişinlərin nəqliyyat vasitələrinə minib-düşməsi yalnız müvafiq dayanacaq məntəqələrində həyata keçirilməlidir”.

Aslan Əsədov: Avtobusların yalnız dayanacaqlarda saxlanması daha doğru seçimdir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtobusların dayanacaqlardan kənarda saxlanılması birbaşa yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün problem yaradır.

A.Əsədovun sözlərinə görə, xüsusilə əlil arabasında olan şəxslərin mindirilməsi və düşürdülməsi zamanı dayanacaqdan kənarda saxlama qaydalara uyğun deyil və əlavə risklər yaradır.

Ekspert dayanacaqlarda pandusların olmasının bu baxımdan mühüm əhəmiyyət daşıdığını deyir. Onun sözlərinə görə, təxminən dörd faiz dayanacaqda panduslar quraşdırılıb:

“Bu da əlil arabasında olan şəxslərin avtobusa yaxınlaşmasına və xüsusi açılan qoruyucu nərdivan vasitəsilə rahat daxil olmasına imkan verir. Əgər sərnişin qismən hərəkət edə bilirsə, o zaman ona kömək göstərilərək, məsələn, qolundan dəstək olunmaqla avtobusa minməsi təmin edilə bilər”.

Müsahibimiz qeyd edib ki, burada müxtəlif situasiyalar olsa da, onların hamısında məqsəd əlilliyi olan şəxslərin avtobusdan rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir:

“Dayanacaqlarda xüsusi infrastruktur elementlərinin olması da məhz bunun üçün nəzərdə tutulur. Bu səbəbdən avtobusların yalnız dayanacaqlarda saxlanması həm təhlükəsizlik, həm də əlçatanlıq baxımından daha doğru və rahat seçimdir”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri