SEPAH Hörmüz boğazında bir neçə konteyner gəmisini geri qaytarıb
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir neçə konteyner gəmisini geri qaytardığını, "düşmən"in müttəfiqlərinin limanlarından və limanlarına doğru istiqamət alan gəmilərin keçidinin qadağan edildiyini bildirib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatda deyilir.
Məlumatda Hörmüz boğazının bağlı olduğu, buna görə də SEPAH-ın bu marşrutla hərəkətə sərt şəkildə qarşı çıxacağı bildirilir.
"Bu gün səhər ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması barədə həqiqətə uyğun olmayan bəyanatlarından sonra müxtəlif ölkələrdən üç konteyner gəmisi icazəsi olan gəmilərin hərəkəti üçün müəyyən edilmiş dəhlizə doğru istiqamətlənib. Lakin SEPAH-ın hərbi-dəniz qüvvələrinin xəbərdarlığından sonra onlar geri qaytarılıblar", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 27 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















