SEPAH: Son iki gündə Hörmüz boğazında üçüncü supertanker vurulub
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu gün səhər Hörmüz boğazında qayda pozuntusuna yol verən üçüncü supertankerə zərbə endirildiyini və gəmidə yanğın baş verdiyini bildirib.
APA-nın Tehran bürosunun xəbərinə görə, SEPAH-ın məlumatında deyilir ki, gəmi naviqasiya sistemini söndürüb və Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq, Hörmüz boğazından çıxmağa cəhd edib, nəticədə gəmi vurulub.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, Hörmüz boğazında və Fars körfəzi regionunda ABŞ ordusu ilə əməkdaşlıq edən istənilən ticarət gəmisi və neft tankeri qəti cavabla üzləşəcək.
Qeyd edilib ki, bu, son iki gündə Hörmüz boğazında vurulan üçüncü supertankerdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 Oktyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















