Icma.az
close
up
RU
SEPAH və XİN in açıqlamaları bir birini təkzib edir AÇIQLAMA

SEPAH və XİN in açıqlamaları bir birini təkzib edir AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Məlum olduğu kimi 5 mart tarixində İrana məxsus dronlarla Naxçıvan Beynəlxalq Hava Limanı hücuma məruz qaldı. Dronlardan bir digəri isə Şəkərabadda yerləşən məktəbin yaxınlığına düşdü. Əvvəla onu qeyd edək ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mülki obyektlərin, bu xüsusda məktəblərin legitim hərbi hədəf kimi qəbul edilməsi qadağandır. Digər tərəfdən "İran Azərbaycanı müharibəyə cəlb etmək istəyirmi" sualı yaranır. Xatırladım ki, dron hücumu Prezident İlham Əliyevin Bakıda yerləşən İran səfirliyinə ali dini liderin öldürülməsi ilə bağlı başsağlığı verməsindən cəmi 1 gün sonra baş tutub".

Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, ABŞ/İsrail-İran münaqişəsi başladıqdan sonra Azərbaycan XİN bəyanatla bildirdi ki, Azərbaycan ərazisindən İrana hücum məqsədilə heç bir halda istifadə oluna bilməz:

"Bu bəyanat ölkə başçısı səviyyəsində də dəfələrlə beynəxalq tribunalardan səsləndirilib. Azərbaycan bu mövqeyinə daima sadiq olub. Bununla belə İran tərəfinin son addımı, yəni Azərbaycan ərazisinə dron zərbələrinin endirilməsi ölkəmizin də bu münaqişəyə cəlb olunması cəhdi kimi dəyərləndirilə bilər".

Politoloq bildirdi ki, hücumla bağlı iki variant meydana gəlir:

"Birincisi, üçüncü qüvvələr Azərbaycanı İranla münaqişəyə cəlb etməkdə maraqlıdır və hücum da bu konteksdə meydana gəlib. İkincisi, hücum həqiqətəndə İran tərəfindən həyata keçirilib. SEPAH tərəfindən hücumla bağlı yayımlanan məlumat göstərir ki, həqiqətən də zərbələr İrandan gəlib. Deməli birinci variantı qüvvədən düşmüş hesab edə bilərik. Bununla belə İran XİN nazirinin müavini Kazım Qəribabadi verdiyi müsahibədə İranın Naxçıvan beynəlxalq hava limanına hücum etməsi barədə məlumatı təkzib edib. O bildirib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır". 

Siyasi şərhçinin sözlərinə görə, belə qənaətə gəlmək olur ki, ali dini rəhbərin ölümündən sonra İranda hakimiyyətin bölünməsi başlayıb:

"Çünki SEPAH və XİN-in açıqlamaları bir-birini təkzib edir. XİN Azərbaycanla qonşuluq münasibətindən, SEPAH isə Azərbaycanı hədələyən bəyanatlarla fikrini ifadə edir. İranın hazırki vəziyyətində dövlətin bir neçə mərkəzdən idarə olunması variantı daha real görünür. Eyni zamanda qeyd edim ki, törədilən hücumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Cənab Prezident bu hücumu İranın Azərbaycana qarşı törətdiyi teror aktı olduğunu bildirib. Ölkə başçısı çıxışında İranın dəfələrlə Azərbaycana qarşı sərgilədiyi mövqeyi diqqətə çatdırıb. İranın xarici işlər nazirini müavinin Livandakı İran səfirliyi əməkdaşlarının təxliyyəsi ilə bağlı xahişini və bu təxliyənin tam təmənnasız həyata keçirilməsi məsələsini vurğulayan ölkə başçısı bildirib ki, “bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək"".

Ü.Mustafayev vurğuladı ki, Azərbaycan son anadək İranla qonşuluq münasibətlərinə uyğun davranış sərgiləyib:

"Ölkəmiz daim münasibətlərin stabil və sülh şəraitinə uyğun inkişafında maraqlı olub. Lakin son teror aktı, İranla münasibətlərin gərginlik kuliminasiyası oldu. 30 illik işğala son qoyan Azərbaycan heç bir halda ərazi bütövlüyü və suverenliyindən heç bir tərəfə güzəştə getməyəcəkdir. Ölkə başçısının da vurğuladığı kimi bütün zəruri diplomatik addımlar atılacaqdır. Eyni zamanda bütün ordu bölmələri tam hazır vəziyyətdədir. Ali Baş Komandanın əmri ilə faşist erməni işğalına son qoyan, quru əməliyyatlarında böyük təcrübəsi olan və ən əsası dünya hərb tarixinə öz adını yazdırmış Azərbaycan ordusu və onun müvafiq bölmələri istənilən düşməni zərərsizləşdirmək potensialına malikdir. 
Şuşa Bəyannaməsi kimi tarixi sənədi xatırlatmaqda fayda vardır. Beləliklə tam aydındır ki, Azərbaycana olunan bu hücumun nəticələri İran üçün kifayət qədər qətiyyətli olacaqdır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri