SEPAH Xameneiyə görə qisas alacağını vəd etdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı intiqam alınacağını vəd edib.
Modern.az "Tasnim"ə istinadən məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.
"İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək", - məlumatda bildirilib.
Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.
İran hökuməti də Xameneinin ölümü ilə bağlı yaydığı bəyanatda cinayətkarların cəzasız qalmayacağını açıqlayıb.
"İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik", - hökumət bəyanatında qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.
Baxış sayı:251
Bu xəbər 01 Mart 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















