Icma.az
close
up
RU
Separatçı törtöküntünün növbəti avantürası

Separatçı törtöküntünün növbəti avantürası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ və Şərqi Zəngəzurun 2020-ci ildə baş verən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasını, öz əzəli və əbədi sahiblərinə qaytarılmasını, həmçinin 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərinin nəticələrini, yəni Azərbaycanın dövlət suverenliyinin bərpa olunmasını heç cür qəbul edə bilməyən, “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar – Ermənistandakı radikal–revanşist kəsimi təmsil edən şəxslər son vaxtlar xeyli aktivləşiblər. Onlar tez-tez müxtəlif bəhanələrlə bir yerə yığışıb xosunlaşır, mövcud durumu təhlil edir, düşdükləri vəziyyətdən çıxış yolları arayır və gələcək planları müzakirə edirlər.

Qarabağ məsələsində canfəşanlıq edənlərdən biri parlamentin deputatı Qarnik Danielyandır. O, ölkənin ikinci prezidenti, ötən əsrin 80-ci illərinin sonunda Qarabağın dağlıq hissəsində başlayan etnik separatizmin ən fəal iştirakçılarından olan Xocalı qatili Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” blokunun siyahısı üzrə 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilib. Məlum olduğu kimi, Koçaryan mandat qazansa da, parlamentin işində iştirakdan imtina edib. Onun əvəzinə parlamentdəki “Hayastan” fraksiyasına rəhbərliyi işğalçı müharibənin birbaşa iştirakçısı Seyran Ohanyan həyata keçirir. Partiya mənsubiyyətinə görə, tarixən iki xalq arasına nifaq salınmasında məxsusi rol oynayan “Daşnaksütyun”un üzvü olan 40 yaşlı Danielyan hayların qanunverici orqanında Tavuş vilayətini təmsil edir. Yeri gəlmişkən, qeyd edək ki, Qarnik erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın “Müqəddəs mübarizə” adlanan qondarma hərəkatının da fəal iştirakçılarındandır.

O, bugünlərdə jurnalistlərə müsahibəsində “Artsax məsələsi”nin bağlanmadığını iddia edib. Danielyan tipik xəstə hay təxəyyülünü işə salaraq, yenə də bölgədə “etnik təmizləmə və soyqırımı”nın baş verdiyindən dəm vurub. Guya, bunun nəticəsində 150 min (?) erməni “vətənini” itirib. Qarnik deyib ki, bu istiqamətdə hər gün çalışmaq onların borcudur. Onun sözlərinə görə, dekabrın 10-da, saat 12-də “Artsax parlamenti”nin “növbədənkənar iclası” keçirilib. Bu zaman beynəlxalq ictimaiyyətə və ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan ölkələrə çatdırılması üçün “mühüm müraciət” qəbul edilib. İclasa Ermənistan parlamentinin deputatları da qonaq qismində dəvət olunublarmış. “Artsax məsələsi bağlı deyil. Beynəlxalq ictimaiyyətin müxtəlif aktorları bu məsələ ilə bağlı çoxlu bəyanatlar veriblər. Və biz hər şeyi etməliyik ki, Artsax ermənilərinin geri qayıtmaq hüququ gündəmdə olsun. Bu istiqamətdə qarşıda görüləsi hələ çox iş var” – deyə o sərsəmləyib.

Danielyan daha sonra Paşinyan iqtidarını tənqid edib. Hökuməti bu istiqamətdə iş görməməkdə qınayıb: “Yeganə hökumət, ölkə Ermənistan Respublikasıdır ki, bu istiqamətdə heç bir addım atmır. Bu isə böyük təəssüf doğurur. Bütün faciə və maraqlı məsələ ondan ibarətdir ki, Ermənistan hökuməti və hakimiyyət orqanları istisna olmaqla, bir çox ölkələrdə bu barədə danışırlar”.

Beynəlxalq ictimaiyyətə “Artsax”la bağlı bəyanatları nə vaxt göndərəcəklərini soruşduqda deputat deyib: “Tezliklə bu elanlar media orqanlarında açıqlanacaq. Görəcəksiniz ki, çox mühüm bəyanatlar verilib və biz bu istiqamətdə işləyəcəyik”.

Günün sonuna yaxın Danielyanın haqqında bəhs etdiyi bəyanatların nədən ibarət olduğu açıqlanıb. Məlum olub ki, keçmiş qondarma rejimin hələ də özünü buraxmamış əldəqayırma parlamenti beynəlxalq ictimaiyyətə, BMT-yə üzv ölkələrə separatçı rejimin “müstəqilliyinin tanınması” ilə bağlı müraciət ünvanlayıb. Aydın məsələdir ki, müraciətdə baş vermiş hadisələrin mahiyyəti ciddi şəkildə təhrif olunub. Daha doğrusu, hər şey başqa formada təqdim edilib. Müraciətdə hələ 2023-cü il iyulun 27-də dünya ictimaiyyətinə və BMT-yə üzv dövlətlərə qondarma rejimin “müstəqilliyinin tanınması” ilə bağlı çağırış edildiyi xatırladılıb. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər və digər beynəlxalq oyunçular, “Artsax parlamenti” tərəfindən qəbul edilmiş müraciətdəki xəbərdarlığa tamamilə biganəlik nümayiş etdiriblər. Proseslərin qarşısını ya adekvat şəkildə ala bilməyiblər, ya da almaq istəməyiblər.

Maraqlıdır, proseslərin hələ, necə deyərlər, isti fazada olduğu dövrdə keçmiş separatçı rejimin tanınması ilə iyulun 27-də edilən müraciətə beynəlxalq ictimaiyyət məhəl qoymayıbsa, indi hansı tədbirləri görəcək? İndiki müraciətlə tanış olduqda adamda onu yazanların reallıq hissini itirdikləri, yaxud başqa planetdə yaşadıqları təəssüratı yaranır. Deyəsən, bu şəxslər regionda yaranmış reallıqlardan bixəbərdirlər. Məgər bu cızma-qaraya imza atanlar elə həmin beynəlxalq ictimaiyyətin, BMT-yə üzv dövlətlərin Qarabağ və Şərqi Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdığını bilmirlər?! Bilmirlər ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-yə 86,6 min kvadratkilometrlik ərazidə suveren hüquqlara malik olması ilə qəbul edilib. Əgər dünyanın müxtəlif ölkələrində yaşayan hər bir separatçı rejimə “dövlət” qurmaq hüququ tanınsaydı, o zaman Yer kürəsində hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin olmazdı. Digər tərəfdən erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib. Özü də bu təyinetmə Azərbaycan torpaqları hesabına baş verib. Yenidən bizim ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyi Azərbaycan dövlətinin prinsipial mövqeyi idi. Bu mövqeyə əsaslanan siyasət də uğurla həyata keçirildi.

Bu mənada onların müraciətləri heç nəyə lazım olmayan, diqqəti çəkməyən adi kağız parçasıdır. Sadəcə, özlərinin varlıqlarını, fəaliyyət göstərdiklərini, necə deyərlər, nəfəslərinin gedib-gəldiyini göstərmək üçün arada belə avantürist açıqlamalarla çıxış edirlər.

Müraciətdə əksini tapan “hərbi təcavüz, etnik təmizləmə və soyqırımı aksiyaları” sözlərini də, bütövlükdə, separatçıların özlərinə aid etmək lazımdır. Bu əməlləri tarixin müxtəlif dönəmlərində məhz ermənilər bizə qarşı həyata keçirmişlər. İndi isə öz adlarını bizə qoymaq yolunu tuturlar. Amma daha bu oyunlar keçməz. Həmçinin, müraciətdə Azərbaycanın, guya, cəzasız qalması sözləri də, əslində, Ermənistandakı Qarabağ klanına aid edilməlidir. İndi keçmiş separatçı rejimin “qlavarları”nın bir qismi istintaq təcridxanasındadırlar. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizə qarşı qanlı müharibə aparan, vandallıq, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün “keçmiş liderlər”, ondan sonra Qarabağa ixrac edilmiş “baş nazir” və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Təxmin etmək çətin deyil ki, cənab İlham Əliyevin nəzərdə tutduğu iki nəfər Ermənistanın ikinci və üçüncü prezidentləri olmuş əlləri qanlı Robert Koçaryan və Serj Sarkisyandır.

Ancaq bütün hallarda separatçı tör-töküntülərin İrəvanda bir yerə yığışmaları, “parlament” adlanan qondarma qurumun iclasını (özü də növbədənkənar–S.H.) keçirmələri onların İrəvanda və dünyanın digər yerlərində dinc dayanmadıqlarını göstərir. Məhz bu kimi halların nəticəsidir ki, bu gün Azərbaycan haqlı olaraq, Ermənistandan konstitusiyasına dəyişiklik etməsini, ölkəmizə qarşı ərazi iddialarını qanunvericilik müstəvisindən yığışdırmağı tələb edir. Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. Ermənilərin nəinki verdikləri sözdən, eləcə də imzalarından imtina etmələri ilk dəfə deyil. Biz bunun nümunələrini çox görmüşük. Uzağa getmək lazım deyil. Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi ilə bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrin bərpa ediləcəyinə dair üzərinə götürdüyü öhdəliyi 4 ildən çoxdur ki, yerinə yetirmir. Yaxud, antiterror tədbirlərindən sonra – 2023-cü il sentyabrın 28-də keçmiş separatçı rejimin sonuncu “qlavarı” Samvel Şahramanyan rejimin 2024-cü il yanvarın 1-dən özünü buraxacağına dair “fərman” imzalamışdı. Amma cəmi iki ay sonra İrəvanda etirazçılar önünə çıxan Şahramanyan “xalqın seçdiyi strukturların hansısa fərmanla ləğvinin mümkün olmadığını” bildirdi. Bu baxımdan sülhə nail olmaq üçün Ermənistan konstitusiyasında mütləq dəyişiklik edilməlidir. Bu məsələ həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir.

Mövzu üzrə fikirlərini XQ ilə bölüşən “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirdi ki, Ermənistandakı və Qarabağdakı separatçı qüvvələrin öz əməllərindən əl çəkməyəcəkləri gözlənilən idi. Onun sözlərinə görə, Azərbaycan tərəfi də əvvəldən belə bir gözləntidə olmayıb: “Ermənilərin hər zaman Azərbaycan və Türkiyə torpaqlarında gözü olub. Ötən əsrin 80-ci illərinin sonlarında – SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən ermənilər Qarabağda etnik separatçılığa başladılar. Onlar öz məqsədlərinə müəyyən mənada nail oldular. Şübhə etmirəm ki, Ermənistan güclü dövlət olsaydı, Türkiyəyə qarşı da silahlı hərbi müdaxiləyə başlayardı. Ölkənin keçmiş prezidenti Serj Sarkisyan bir vaxtlar erməni yeniyetmələrə müraciət edərək bildirmişdi ki, biz Qarabağı aldıq, Ağrı dağının yerləşdiyi torpaqları almaq da sizin üzərinizə düşür. Yəni, onların iştahı bu qədər böyük idi”.

Politoloq qeyd etdi ki, Qərbdə müəyyən qüvvələr erməni separatizminə havadarlıq edir və Qarabağ məsələsinin bağlanmadığını bildirirlər. Ermənilərlə sıx münasibətdə olan dövlətlər bu məsələnin gündəmdə qalmasına çalışırlar. Əlbəttə, bu prosesdə onların özlərinin də maraqları var. Onlar Hayastanın indiki iqtidarını da qızışdıraraq, İrəvanın sülhə gəlməsini əngəlləyirlər. Qarabağ məsələsinin müxtəlif Qərb ölkələrinin qanunverici orqanlarında, Avropa Parlamentində müzakirəyə çıxarılması və bədnam qətnamələrin qəbul olunması mənfur niyyətlərdən xəbər verir.

R.Məmmədovanın fikrincə, məkrli siyasət bundan sonra da davam etdiriləcək. Azərbaycan isə belə əsassız iddiaların qarşısını ala bilmək üçün tarixin bütün mərhələlərində güclü olmalıdır.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see120

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri