Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Alim, yoxsa separatçı?

Alim, yoxsa separatçı?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qarabağa Artsax deyənlər
“Azad, müstəqil Talışıstan dövlətində yaşamaq talış millətinin gələcək taleyi üçün narahat olan hər bir qeyrətli talışın ümdə bir arzusudur. Bu arzunu gerçəkləşdirməyə çalışmaq, bu işə öz töhfəsini vermək isə hər bir talış vətənpərvərin borcudur”.
Talış Xalqının Haqlarının Müdafiə Komitəsinin (TXHMK) Rusiyada yaşayan sədri Zahirəddin İbrahimi öz müsahibəsində belə demişdi. DTK aprelin əvvəlində onu Rusiyada həbs etdi. İndi də Belarusda məskunlaşmış 35 yaşlı İqbal Əbilova 18 il iş kəsiblər. Bizim separatçılar and-aman edir ki, yox e, onların hər ikisi talış tarixini və mədəniyyətini araşdırmaqla məşğul idi. İqbal Əbilov "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru və Talış Milli Akademiyasının elmi işçisidir. 2020-ci il fevralında isə Rusiyaya sığınan Fəxrəddin Abbasov həbs olunmuşdu. Onu da bizim separatçılar alim kimi sırımağa çalışırdılar.
Fəxrəddin Abbasov Qarabağa nümayişkaranə şəkildə Artsax deyən birisi idi. Onun belə bir kitabı da çıxmışdı: Фахраддина Абосзоды «Мыслить немыслимое. Моя борьба за независимый Талышистан». (Ağlasığmazı düşünmək. Müstəqil Talışstan uğrunda mübarizəm). Fəxrəddin Abbasov qondarma Talış-Muğan Muxtar Respublikasının keçmiş başçısı Ələkrəm Hümbətovla birlikdə Talış milli hərəkatının liderlərindən biri sayılırdı. Adın çəkdiyim kitabda belə bir yer var: «Россия должна восстановить своё влияние в прежних границах Советского Союза. …Без российской помощи и поддержки мы не станем независимыми». (“Rusiya Sovet İttifaqının keçmiş sərhədləri daxilində öz təsirini bərpa etməlidir... Rusiyanın köməyi və dəstəyi olmadan biz müstəqil ola bilmərik”.) Yəni adam Talışıstan qurmaq üçün SSRİ-nin bərpa olunmasını istəyirdi.
2005-ci il mayın 21–23-də Ermənistanın Dərəçiçək qəsəbəsində Talışşünaslıq üzrə Birinci Beynəlxalq Konfrans keçirildi. Həmin tədbirdə talışlar adından Fəxrəddin Abbasov və Zahirəddin İbrahimi iştirak etdi. Bu məsələ ilə bağlı o, belə deyib: "Bizə informasiya dəstəyi lazımdır, o cümlədən Ermənistandan. Bu şansı dəyərləndirməsəydik, axmaq olardıq”...
Xatırladım ki, 2013-cü il sentyabrın 24-də Ələkrəm Hümbətov da İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək yerli Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə tədbirdə qatılıb. Daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndidə yerləşən universitetdə çıxış edib. Xeyir ola? Talış separatçıları nədən erməniləri bu qədər sevirlər?..
İqbal Əbilovun həbsinə qayıdıram. O, 2021-ci ildə “Жизнь и смерть Фахраддина Абосзода” (Fəxrəddin Aboszodanın həyatı və ölümü) adlı bir məqalə yazıb. Həmin məqalə Rusiya ermənilərinə bağlı “Regnum” agentliyi tərəfindən yayımlanıb. Separatçıların alim dediyi İqbal Əbilov həmin məqalədə talış separatçılarını vəsf edir. Fəxrəddin Abbasovu və Zahirəddin İbrahimi göylərə qaldırır. Həmin məqalədə belə bir yer var: “Министерства юстиции Азербайджана официально заявила, будто в результате «проведенного расследования» выяснила, что Ф. Абосзода «пережил глубокое психологическое потрясение из-за освобождения города Шуша» и потому совершил суицид. Подобное заявление и события, предварявшие кончину талышского ученого, вызывают серьезные вопросы” (“Azərbaycan Ədliyyə Nazirliyi rəsmi şəkildə bildirdi ki, “araşdırma” nəticəsində F.Aboszodanın “Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı dərin psixoloji sarsıntı keçirdiyi” və bu səbəbdən intihar etdiyi müəyyən edilib. Belə bir açıqlama və talış alimin ölümündən əvvəl baş verənlər ciddi suallar doğurur”.)
Diqqət edin: İqbal Əbilov Fəxrəddin Abbasovu da talış alimi adlandırır. Görünür, onlar alim deyəndə elə separatçıları nəzərdə tuturlar... İqbal Əbilovun digər yazıları da talış separatizminin geniş vüsət almasına hesablanıb. 2018-ci ildə qələmə aldığı “Репрессированное талышеведение” (Repressiya edilmiş talışşünaslıq) adlı məqaləsində isə Azərbaycan dövlətini talışlara qarşı az qala terror həyata keçirməkdə suçlayır...
Bəs bu başabəla alimləri müdafiə edənlər arasında kimlər var? AXCP bu məsələdə separatçılara ikiəlli dəstək verir. Mən bu barədə zamanında ətraflı yazmışam. Müsavat ideologiyasına bağlı olduğumu iddia edən partiya hansı məntiqlə etnik separatizmə dəstək verir? Bu işdə məntiq yox, maliyyə ciddi rol oynayır. Qərb AXCP-yə deyir ki, separatizmə dəstək ver ki, biz də sənə dəstək verək. Qərbdən maliyyələşən media orqanları, məsələn, “Meydan TV” separatçıların yanındadır. Azərbaycanda at oynatmaq istəyən Qərbin bəlli qeyri-hökumət təşkilatları, məsələn, “Amnesty International” və bu qəbildən olan digərləri də Azərbaycanda mövcud olan etnik, dini və cinsi azlıqlardan öz xeyrilərinə yararlanmağa çalışırlar. Ona görə mən təkidlə deyirəm ki, Azərbaycanın heç bir siyasətçisi, jurnalisti, qeyri-hökumət təşkilatı heç bir yabançı mərkəzdən qrant almamalıdır. Alanda belə olur. Yəni həmən Azərbaycanın dövlət maraqları ayaqlar altına atılır. Azərbaycanda biz bunun yüzlərlə nümunəsini görə bilərik. Məsələn, Bəhruz Səmədov yazmışdı ki, Azərbaycanda ermənilərə faşistlərə bənzər münasibət var. Adam bütün yazılarında erməni separatizminə dəstək verib. Niyə? Çünki Qərbdən maliyyələşir. Qərb bunları pulun hesabına manqurtlaşdırıb.
Sual olunur: Niyə “Amnesty International” türk coğrafiyasında erməni, kürd, talış... separatizmini müdafiə edir. Amma korsikalıara, katoloniyalılara, flamanlara... və onlarla bu kimi Qərbdə mövcud olan separatçı hərəkatlara arxa çevirir. Səbəb nədir? Məncə, hər şey gün kimi ortadadır. Mən öz payıma Azərbaycan dövlətinin separatizmə qarşı radikal gedişlərini müdafiə edirəm. Özü də birmənalı şəkildə. Erməni separatizmi 30 min nəfərdən çox insanı ən qəddar üsullarla məhv edib. Biz günahsız insanların qanı ilə yazılmış tarixi unuda bilmərik. Bir şeyi də deyim ki, talış separatizminin talış xalqına heç bir dəxli yoxdur. Bu faktdır ki, erməni separatizminin məhvində, işğal altındakı torpaqlarımızın azad olunmasında Azərbaycanın digər azsaylı xalqları ilə yanaşı, talışlar da müstəsna xidmət göstərib. Bir ovuc erməniyə nökərçilik edən separatçı talış xalqının böyüklüyünün üzərində zərrə qədər də kölgə sala bilməz. Biz buna imkan vermərik.
Azərbaycanda insanlar etnik və dini kimliyindən asılı olamayaraq min illərdir ki, iç-içə yaşayırlar. Yalnız ermənilər Rusiyanın təhriki ilə bu harmoniyanı pozmağa cəhd etdi. Onlar da yaman günə qaldı...
Allah Cəfər Cabbarlıya rəhmət eləsin. “1905-ci ildə” əsərində İmamverdi ilə Allahverdini kimlərin düşmən etdiyini çox dəqiq ifadə edib: “Atan kazaklardır”...
Azərbaycanı qatıb-qarışdıqmağa müştaq olan təkcə kazaklar deyil. Mollalar da, gecə-gündüz demokratiyadan danışan Qərb siyasətçiləri də fürsət gözləyirlər. Onları intizarda qoymaq bizə borc olsun...
Elbəyi Həsənli,
Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri