Tiranada sərbəst güləşçilərimizdən 1 qızıl, 1 gümüş medal
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Yarışın altıncı günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Cəbrayıl Hacıyev (79 kq) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.
Rəşid Babazadə təsəlliverici görüşdə belçikalı Ayub Musayevi 4:2 hesabıyla üstələsə də, bürünc medal görüşündə ermənistanlı Avropa çempionu Vazgen Tevanyana 0:7 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə başa vurub.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 25 Aprel 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















