Icma.az
close
up
RU
Sərbəst yaşamaq və aliment üçün boşanan qadınlar: Millət vəkili haqlıdır?

Sərbəst yaşamaq və aliment üçün boşanan qadınlar: Millət vəkili haqlıdır?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat Razi Nurullayevin Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Bu gün boşanmaların artmasının səbəbi qadınların sərbəst qalmaq və aliment almaq istəklərinin olmasıdır” deməsi geniş müzakirəyə yol açdı. Sosial şəbəkələrdə bu fikirlərə görə deputatı tənqid edənlər də oldu, haqq qazandıranlar da.

Əsas səbəbkarın kim olduğunu dəqiq bilməsək də, statistika göstərir ki, son illərdə boşanmaların sayı sürətlə artmaqdadır. Əgər Razi Nurullayevin fikirləri ilə razılaşsaq, bu zaman ortalığa maraqlı sual çıxır: Qadının həyat yoldaşının qazancı ilə dolanmaq imkanı olduğu halda niyə boşanıb həmin qazancın müəyyən hissəsinə razı olsun? Üstəlik yaşamağa evi olmayan qadınlar övladları ilə valideynlərinə sığınır, ya da kirayələrdə sürünməli olur. Qarşı tərəfin verdiyi aliment isə məhz uşaq üçün nəzərdə tutulur. Çünki təyin olunan aliment ancaq qidaya bəs edir, digər təlabatları ödəmir. Saymaqla bitməyən digər xərcləri isə yenə qadın qarşılamalı olur.

İndi gələk, millət vəkilinin sözü ilə desək, qadınların sərbəst qalma istəyinə görə boşanmasına.

20-30 il əvvəlki dövrlə indiki dövrü müqayisə etsək, bu gün ailəli qadınların sərbəst yaşama imkanları daha genişdir. Qadınların hüquqları demək olar ki, daha çox qorunur. Valideynlər qız övladlarının təhsil alması üçün daha çox can atır. Bu gün təhsilli bir qadına “sən işləmə, evdə otur” deyən kişiyə nadir hallarda rast gəlinir. Və kişilər də qadınların işləməsinin ailəyə dəstək olduğunu yaxşı bilir.

Boşandıqdan sonrakı proseslər, cəmiyyətin boşanmış qadına münasibəti və sair çətinlikləri gözdən keçirən bir şəxs ciddi səbəb olmasa, ailəsini, uşaqlarını 200-300 manat alimentə, sərbəst yaşamağa qurban verər? Təbii ki, yox.

Qeyd edək ki, Razi Nurullayevin fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında boşanma ilə bağlı yalnız qadınların ittiham olunmasının doğru olmadığını vurğuladı:

“Burada çoxsaylı səbəblər var. Deputat həmkarlarımın dedikləri də səbəblərdən biridir. Ancaq boşanma ilə bağlı təkcə qadınları ittiham etmək olmaz. Kişilərin də bu məsələdə ayrıca günahı var. Mən deyərdim ki, boşanmalar daha çox təhsilsizliklə bağlıdır. Ümumi dünyagörüşü, səviyyə və digər faktorlar da burada öz rolunu oynayır. Ona görə də bu məsələdə fərqli yol izləməliyik. Ailə institutunun möhkəmlənməsi üçün birinci onun sosial-iqtisadi təməlini gücləndirməliyik ki, bu sıxıntılar əsas problemə çevrilməsin.

İkinci isə ümumiyyətlə, mənəvi atmosferimizi zənginləşdirəcək strategiya həyata keçirilməlidir. Yəni artıq mənəvi atmosfer pozulmaqdadır. Bu da orta məktəblərdən başlayır. Məktəbin infrastrukturu, mühiti dəyişməlidir. Aurası dəyişilməlidir ki, uşaq ailə məsuliyyətini daşıyacaq, ləyaqətini qoruyacaq formada özünü hazırlaya bilsin. Əsas səbəblərdən biri budur”.

Mövzuya dair fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə bildirdi ki, boşanmaların səbəbi cəmiyyətdə düşüncə transformasiyası ilə bağlıdır:

“Cəmiyyətimiz əvvəllər kişi mərkəzli, ənənəvi, patriarxat cəmiyyət idi. Və bu cəmiyyətdə bilirsiniz ki, ictimai qınaq, sosial və ictimai nəzarət çox güclü olur. Ailə, fərd və digər təsisatlar üzərində cəmiyyətin nəzarəti olur və cəmiyyət öz-özünü tənzimləyən sistem kimi bütün bu proseslərə nəzarət edir. Ona görə də həmin dövrlərdə boşanmlarar ailə dramı, ailə faciəsi kimi qarşılanırdı. Ancaq açıq cəmiyyətə, qlobal dünyaya inteqrasiya olunduqdan sonra seriallar, filmlər, əcnəbi həyat tərzləri ilə tanışlıq Azərbaycan adamının düşüncəsində də dəyişiklik transformasiyasına səbəb oldu. Başa düşdülər ki, boşanma heç də ailə dramı, ailə faciəsi deyil və boşanıb yaşamaq da olar. Yavaş-yavaş bu köhnə strotiplər, cəmiyyətin fərd üzərində nəzarəti yavaşlamağa başladı. Bundan sonra insanlar daha eqoist və hedoniz zövqə düşkün bir həyat tərzinə meyillənməyə başladı. Bu da şübhəsiz ki, ailə dəyərlərində də dəyişmələrə, transformasiyalara gətirib çıxardı”.

Sosioloqun sözlərinə görə, bu gün boşanma ərizələrinə baxdıqda görürük ki, daha çox qadınlar müraciət edir:

“Çünki əvvəllər daha çox evdar qadın obrazı geniş yayılmışdı. Onlar iqtisadi məşğul əhali deyildi, kişidən iqtisadi asılılıq vardı. Artıq qadınlar iqtisadi asılılıqdan çıxdıqdan, öz ayaqları üstündə durmağa başladıqdan sonra fikirləşirlər ki, nə üçün bu köhnə təfəkkürlü, patriarxat düşüncəli, konservativ kişinin kaprizinə dözməlidir. Ona görə də bir, iki uşaqdan sonra başlayır öz eqoist, hedonist həyatını sürməyə. Açıq etiraf edək ki, buna bir az da televiziyalar, müxtəlif boşanmış şou biznes təmsilçiləri, onların təmtəraqlı həyatları da təsir göstərdi. Onların təmtəraqlı həyat tərzinin təqdim olunması çətin şərtlər altında yaşayan evdar qadınları da oyadır və onlar da fikirləşir ki, mən ailəyə, uşağa baxıram, amma həyat tərzim budur. Eyni zamanda sosial şəbəkələrin də boşanmalara təsiri istisna deyil”.

Ü.Şəfiyev onu da əlavə etdi ki, hazırda kişilər ailəni köhnə qaydalarla idarə edə bilmirlər:

“Artıq qadınlar da köhnə qayda ilə yaşamaq istəmir. Bununla da ailə böhranı yaranmağa başlayır. Açığı desək, burada bir az da Qərb güc mərkəzlərinin Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün gördüyü işlərin də rolu var. Belə ki, gender bərabərliyi adı altında görülən işlər qadınlar tərəfindən düzgün başa düşülmədiyi üçün onları kişilərə qarşı körükləməyə başladı. Bu da sonda ailə münaqişələrinə, boşanmaların artmasına gətirib çıxardı.

Onu da qeyd edim ki, “Alimentə görə boşanırlar” ifadəsini düzgün hesab etmirəm. Çünki aliment qadına verilən pul deyil. Bu, uşaqların böyüməsi, yaşaması, təminatı üçün nəzərdə tutulan vəsaitdir. Təsadüfi deyil ki, alimentlər yaşayış minimumu civarında verilir. Təklif edirəm ki, münaqişəli ailələr müvafiq qurumlar tərəfindən qeydə alınsın. Onlarla sosial, psixoloji işlər aparılsın. Əgər vaxtında bu social, psixoloji işlər aparılsa, xeyli sayda münaqişənin qarşısı alınar və boşanmaların sayı azalar. Ona görə də sosial işçilərin, psixoloqların akkreditasiya və lisenziyalaşdırma işlərini sürətləndirmək üçün müvafiq qurum olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təkcə paytaxtda yox, bölgələrdə də ştat vahidlərini artırmalı, sosial agentlər vasitəsilə münaqişəli ailələr müəyyənləşdirilməli, onlarla profilaktik işlər aparılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see140

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see120

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see120

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see119

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see119

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see116

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see116

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri