Icma.az
close
up
RU
Sərbəstliyinin, kadr potensialının və vergi toplamaq hüququnun olmaması bələdiyyələrə çətinlik yaradır

Sərbəstliyinin, kadr potensialının və vergi toplamaq hüququnun olmaması bələdiyyələrə çətinlik yaradır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Önümüzdəki aylarda bələdiyyə seçkiləri gəlir. Azərbaycanda bələdiyyələr 1999-cu ildən yaransa da, keçən dövr ərzində demək olar ki, tam formalaşa bilməyib. Bələdiyyələr hər zaman torpaq satan orqan kimi xatırlanır. Amma artıq o qədər etibarsız bir orqan imicini alıb ki, torpaq alanda da “bələdiyyə sənədi” ilə satılırsa, almaqdan imtina edirik. Azərbaycanda bu günlərə qədər 1600-dən çox bələdiyyə var idi. Kiçik bələdiyyələr birləşdirildi və onların sayı azaldıldı. Görünən odur ki, dövlət bu sahədə hələ çox islahatlar aparmalı olacaq...

“Bələdiyyələrin birləşdirilməsi yaxşı haldır və bunu dəstəkləyirəm. Bununla bərabər, bu birləşmənin də tam ehtiyaclara və problemlərin həllinə cavab verəcəyi aydın deyil. Hər halda müsbət dəyişikliklər olacaq. Sayca üçüncü bələdiyyə birləşməsidir. Bu birləşmədən sonra da 700-ə qədər bələdiyyə qalır”...

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Razi Nurullayev danışıb. Deputat Türkiyə ilə Azərbaycandakı bələdiyyələrin mövcud durumunu müqayisə edərkən qeyd edib ki, Türkiyənin 85 milyon əhalisi var, bələdiyyə sayı 1400-ə yaxındır və məntiqlə bizim ölkədə maksimum 300 bələdiyyə olmalıdır. Yəqin ki, bir neçə ildən sonra dördüncü birləşməyə gedəcəyik.

Razi Nurullayev

“Bu, nə üçündür? Dünyada təcrübə var, biz niyə eksperimental təcrübələr keçiririk? Birləşmədən başqa da bələdiyyələrin problemləri var. Birincisi, bələdiyyələrin sərbəstliyi kifayət ölçüdə deyil. Onlar icra hakimiyyətlərinin bir qolu kimi fəaliyyət göstərən mənzərə yaradır. Biz bunu mümkün qədər dəyişməliyik. İkincisi, bələdiyyələrin kadr potensialı çox zəifdir. Üzərindən 22 il keçib, hələ də bu kadr potensialı formalaşmayıb. Niyə? Kadr hazırlığı dörd divar arasında keçirilən 3-4 günlük, bir həftəlik təlimlərlə ola bilməz. Məhz, kadr olmadığına görə də bələdiyyələr qanunla nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətini də həyata keçirə və pul qazana bilmir. Üçüncüsü, bələdiyyələrin vergi toplaya bilməməsinin səbəbi bir çox vergilərin mərkəzləşməsidir. Vergilər müvafiq bələdiyyələrdə qalarsa, yerli inkişafa nail olmaq olar. Vergilərin tam mərkəzləşməsi, zənnimcə yerli inkişafa mane olur”-deyən deputat vurğulayıb ki, bələdiyyə dotasiya və subvensiya ilə yaşayırsa, o bələdiyyələrin növbəti taleyi ilə bağlı addım atılmalıdır.

Razi Nurullayev hesab edir ki, qarşıdan gələn seçki önəmlidir və ümid edək ki, elə bacarıqlı adamlar seçiləcək ki, mövcud imkanlar çərçivəsində yerli inkişafda uğur qazana biləcəklər. Deputatın fikrincə, uğur qazanmaq üçün bələdiyyələr yerli imkanlardan və resurslardan istifadə edərək, özləri sahibkarlıq fəaliyyəti ilə məşğul olub vəsait qazanmalıdır.

“Onlar sahibkarlar dəvət edib müştərək layihələr də icra edə bilərlər. Gərək, bunu ciddi düşünsünlər. Daha satmağa və icarəyə verməyə ciddi torpaq resursları da qalmayıb”-deyə Razi Nurullayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri