Serbiya nüvə müharibəsi təhlükəsi ilə əlaqədar sığınacaqlar tikməyə hazırlaşır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Serbiya nüvə müharibəsi olacağı təqdirdə əhali üçün bomba sığınacaqları hazırlamağa başlayacaq.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç yerli Pink telekanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, müvafiq qurumlardan aldığı hesabatlara görə, nüvə, yaxud atom hücumları olacağı təqdirdə vətəndaşların istifadə edə biləcəkləri sığınacaqların sayı çox azdır və bununla bağlı mühüm işlər görülməlidir.
Ukrayna və Rusiyada vəziyyətin gərginləşməsinə gəlincə, Vuçiç bildirib ki, vəziyyət getdikcə daha çox nəzarətdən çıxa bilər.

Serbiya nüvə müharibəsi təhlükəsi ilə əlaqədar sığınacaqlar tikməyə hazırlaşır
30 Noyabr 2024 18:17
Serbiya prezidenti Moskvaya səfərə hazırlaşır
17 Aprel 2025 13:54
Dəm qazı təhlükəsi ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
28 Noyabr 2024 14:57
Vətən Müharibəsi ilə əlaqədar filmlərən ayrılan VƏSAİT
20 Noyabr 2024 13:50
Nüvə müharibəsi təhlükəsi artır
13 Yanvar 2025 19:54

