Serbiya prezidenti Putinlə görüş planlaşdırır
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Belqraddakı səfiri Aleksandar Botsan-Xarçenko ilə söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi instaqram səhifəsində yazıb.
Vuçiçin sözlərinə görə, o, Botsan-Xarçenko ilə həm Serbiya, həm də Rusiyanı maraqlandıran bütün mövzuları müzakirə edib.
Prezident Serbiyanın Rusiya ilə dostluq münasibətlərinin inkişafına sadiq qaldığını və Qərbi Balkan regionunda, ilk növbədə Bosniya və Herseqovinada sülhü və siyasi sabitliyi qorumaq əzmində olduğunu vurğulayıb.
Aminə Şahsuvarqızı
Baxış sayı:37
Bu xəbər 21 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















