Serbiya XİN nin dövlət katibi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 fevral, AZƏRTAC
Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Nevena Yovanoviç Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahını ziyarət edib.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, ziyarət çərçivəsində Yovanoviç QHGT üzvləri qarşısında çıxış edərək gənclərin diplomatiya və beynəlxalq münasibətlərdə iştirakı, habelə çoxtərəfli əməkdaşlığın formalaşmasında oynadıqları mühüm rol barədə fikirlərini bölüşüb.
Çıxış zamanı mövcud qlobal proseslər fonunda Qoşulmama Hərəkatının fundamental prinsiplərinin bu gün hər zamankından daha aktual olduğu vurğulanıb.
Diplomat, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təşviqi, eləcə də ortaq çağırışlar ətrafında çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından gənclərin vacib amil olduğunu xüsusi qeyd edib.
Sual-cavab sessiyasında QHGT üzvləri Serbiyanın Qoşulmama Hərəkatının təsisçi üzvü kimi tarixi rolu, habelə hazırda müşahidəçi ölkə olaraq Serbiyanın müasir qlobal çağırışların həllindəki rolu ilə bağlı suallar ünvanlayıblar.
Müzakirələr zamanı çoxtərəflilik və beynəlxalq əməkdaşlıq üzrə dialoqun təşviqində QHGT kimi beynəlxalq platformaların artan rolu, eləcə də qlobal qeyri-müəyyənliklərin artdığı bir şəraitdə Serbiyanın hazırkı xarici siyasət xətti və strateji prioritetləri ətrafında interaktiv fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 04 Fevral 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















