Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: “Azərbaycanda SSRİ atributları qadağan olunmalıdır”

Sərdar Cəlaloğlu: “Azərbaycanda SSRİ atributları qadağan olunmalıdır”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu adamlar guya sovet Azərbaycanını müdafiə edirlər və indiki müstəqil Azərbaycanın əleyhinə çıxırlar. Həmin şəxslər sovet rejiminin, yəni SSRİ-nin bərpasının tərəfdarlarıdır. Prezident İlham Əliyev açıq şəkildə demişdi ki, ruslar 1920-ci ildə Azərbaycanı işğal edib”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, Azərbaycanda sovet atributlarından istifadə edənlər mütləq cəzalandırılmalıdır:

“Bu gün bir qrup adam həmin işğal gününü bayram kimi qəbul edirsə, bu dövlətin rəsmi siyasətinə və Azərbaycanın müstəqilliyinin əleyhinə olmaq deməkdir. Buna siyasi qiymət verilməlidir. Azərbaycanın müstəqilliyinin əleyhinə olan, ölkəmizi keçmiş Rusiya imperiyasının tərkibinə qaytarmaq şüarları səsləndirən, SSRİ atributlarından istifadə edən şəxslər mütləq cəzalandırılmalıdır”.

Partiya sədri qeyd edib ki, bu şəxslərin bir çoxu heç sosializmin nə demək olduğunu bilmir:

“Azərbaycan Kommunist Partiyası müstəqil Azərbaycanda sosialist cəmiyyət qurmağı qarşısına məqsəd qoya bilər. Bu siyasi azadlıq məsələsidir. Amma bunların məqsədi Azərbaycan SSR-nin bərpası, yəni Rusiyaya tabe olan Azərbaycan yaratmaqdır. Düzdü, bu adamların gücü yoxdur, çoxu isə heç bilmir sosializm nədir. Amma belə şəxslərin aktivləşməsi və günün günorta çağı ölkənin ümumi siyasi xəttinin əleyhinə addım atması müstəqilliyə, dövlətçiliyə meydan oxumaqdır”.

S.Cəlaloğlu vurğulayıb ki, özünü sosialist adlandıran həmin şəxslər dövlət müstəqilliyi əleyhinə iş aparır:

“Azərbaycan SSR Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində yaranıb. Yəni müstəqilliyimizin itirilməsi nəticəsində meydana çıxıb. Müasir Azərbaycan müstəqil dövlətdir. Belə çıxır ki, bu adamlar müstəqil dövlətin əleyhinə iş aparırlar. Əgər həmin şəxslər vaxtilə Azərbaycanın başına müsibətlər açmış dövlətin bayraqlarını dalğalandırırlarsa, onda elə gedib Ermənistan bayraqları da assınlar. Bu çox ciddi bir tendensiyadır. Həmin adamlar Azərbaycanın müstəqilliyinin əleyhinə iş aparırlar. Azərbaycan müstəqilliyinin əleyhinə olan bütün hərəkətlər yerindəcə boğulmalıdır. Bu addım sadəcə olaraq, Azərbaycan dövlətinə və xalqına qarşı təhqirdir”.

Qeyd edək ki, bir qrup şəxs Bakıda 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd ediblər. Onların heç biri Azərbaycan bayrağı daşımayıb. İştirakçıların əlində yalnız SSRİ və Azərbaycan SSR-nin bayraqları olub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Noyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri