Icma.az
close
up
RU
Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır Sərdar Cəlaloğlu

Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır Sərdar Cəlaloğlu

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə deputat Elman Nəsirov arasında “Media Türk”ün efirində baş tutan debatda gərginlik yaşanıb. 

Globalinfo.az xəbər verir ki, gərginlik ev dustaqlığına buraxılan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı olub.

Belə ki, Sərdar Cəlaloğlu hələ 2010-cu ildə nəşr etdirdiyi kitabında Ramiz Mehdiyevin fəaliyyəti, onun yanlış fikirlərini, qərəzli yanaşmalarını qeyd etdiyini bildirir.

Diqqətçəkən məqam Sərdar Cəlaloğlunun 2013-cu ildə yayımlanan məqaləsində onun fikirlərini yüksək qiymətləndirməsidir:

“…Özümə məhrəm bildiyim dostlarımdan birinə ürəyimi ağrıdan bu vəziyyətdən gileylənərkən “Ramiz Mehdiyev Sizinlə eyni mövqedən Şah İsmayılı müdafiə edən məqalə yazıb” deyəndə əvvəl inanmadım, düşündüm zarafat edir. Amma onun ciddi danışdığını görüb Ramiz Mehdiyevin Şah İsmayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki R.Mehdiyev həqiqətən də tutduğu mövqedən çəkinmədən, üzərinə səlib yürüşü təşkil edilən bir zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır… 

…Adətən bizim alimlər bir məqalədə yalnız fars müəlliflərinin əleyhinə yazanda özləri istəmədən də Azərbaycan tarixinə rus baxışını, əksinə rus-sovet alimlərinin əleyhinə çıxanda fars baxışının tərəfdarı vəziyyətinə düşürlər. Ramiz Mehdiyev bundan fərqli olaraq eyni zamanda, paralel olaraq fars və rus məktəblərinin yetirmələrinə cavab verməklə əslində tariximizə milli baxışın klassik nümunəsini ortaya qoyur… 

…Haqlı sözə nə deyəsən. Bu, təkcə alim mövqeyi deyil, hər şeydən öncə, bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyidir”.

…R.Mehdiyev rəsmi mövqeyinə və vaxtı ilə Konstitusiyadan türk sözünü çıxaran bir siyasi qütbün nümayəndəsi olmasına baxmayaraq, öz vətəndaş mövqeyini çox aydın və qəti şəkildə türkçü kimi ortalığa qoyur və Şah İsmayıl hər şeydən öncə bir türk kimi, türk olaraq müdafiə edir”.

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 06:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri