Icma.az
close
up
RU
Serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib

Serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serebral iflic (uşaq serebral iflici) döldə və ya yenidoğulmuşda beynin inkişaf anomaliyaları və ya proqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət və duruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir. Adətən uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə – intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması ilə müşayiət olunur.

“Qafqazinfo” xəbər verir ki, serebral iflicin diaqnozu əsasən kliniki əlamətlər və nevroloji müayinə əsasında qoyulur.

Məsələn, nevroloji müayinə zamanı hərəkət və koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələ gərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçmək üçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya (EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyaları aşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadə olunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi də seçilə bilər.

Serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarə etmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradan qaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır. Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Konservativ müalicə üsulları kimi əsasən fizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilə tonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasını yaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionar terapevtik müalicəyə üz tutulur.

Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.

Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya (vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülmə və transplantasiyası, artrodez və osteotomiyaları misal göstərmək olar.

Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq, fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah, ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işi nəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir. Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematik şəkildə aparılmalıdır.

Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində, göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) icra olunur.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuş zamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar ola bilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir: ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürək qüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbulu və zərərli iş şəraitində işləmək, alkoqolizm, stress, hamiləlik zamanı travma, uşaqlıq qanaxması, plasentar qan dövranının anomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq (ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş, yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları, baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranma səbəblərindəndir.

Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7 aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkət etdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdə gecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz və müdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciət etməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri