Serenay Sarıkayanın ifadəsi ortaya çıxdı! Mert Demirlə əlaqəsi barədə detallar... Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Məşhur aktrisa Serenay Sarıkaya menecer Ayşə Barım haqqında aparılan istintaq çərçivəsində prokurorluğa dəvət olunub. Prokuror Sarıkayadan, Mert Demirlə münasibəti qarşılığında Ayşə Barımla birlikdə 5 milyon dollar alıb-almadığını soruşub.
BAKU.WS haber global-a istinadən ifadəni təqdim edir.
Sarıkaya bildirib ki, Mert Demirlə qarşılıqlı razılıq əsasında bir yarım ildir, münasibətdədir. O, Ayşə Barımın bu münasibətə dair hər hansı bir təsir göstərmədiyini və istiqamət vermədiyini qeyd edib.
Aktrisa əlavə edib ki, iş adamından Ayşə Barımın 5 milyon dollar rüşvət aldığı ilə bağlı heç bir məlumatı yoxdur və bu münasibət üçün özünün də hər hansı bir maddi qazanc əldə etmədiyini vurğulayıb.
Prokurorluğun "Ayşə Barım tərəfindən sizə hər hansı bir təzyiq və ya təhdid edildimi?" sualına isə Sarıkaya belə cavab verib:
"Xeyr, mənə heç bir təzyiq göstərilməyib."
Məlumata görə, prokurorluq tərəfindən başqa aktyorların da ifadəyə çağırılacağı bildirilib.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Yanvar 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















