Icma.az
close
up
RU
Sərgidə qalmaq qərarı verən Nigar Köçərli: “Amma özümü alçaldılmış hiss edirəm”

Sərgidə qalmaq qərarı verən Nigar Köçərli: “Amma özümü alçaldılmış hiss edirəm”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, ölkənin tanınmış nəşriyyat və kitab şəbəkələri olan “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab evləri bu il keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmədiklərini açıqlayıblar.

Səbəb kimi onlara əvvəlcədən ayrılmış yerlərin son anda başqa təşkilatlara verilməsi göstərilib. Məsələ ilə bağlı yayılan birgə bəyanatda qeyd olunurdu ki, hər iki quruma sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, bu yerlər son anda dəyişdirilərək başqa iştirakçılara verilib. 

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məsələ ilə bağlı bir neçə gün ərzində Mədəniyyət Nazirliyinin məsul şəxsləri ilə dəfələrlə əlaqə saxladıqlarını, onlara əvvəlki yerlərinin bərpa olunacağı vədi verilsə də, bu vədin yerinə yetirilmədiyini bildirib. Bəyanatda bildirilib ki, bu münasibət yalnız “Qanun” və “Əli və Nino”ya qarşı deyil, ümumilikdə müstəqil nəşriyyatlara, müəlliflərə və oxuculara qarşı mənfi yanaşmanın göstəricisidir. 

Daha sonra Şahbaz Xuduğlu “Facebook” hesabında “Qanun” nəşriyyatının sərgidə fəaliyyətini bərpa etdiyini açıqlayıb. Sərgidə "Əli və Nino" kitab mağazaları şəbəkəsininin fəaliyyəti də bərpa olunubmu?

Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlama verən "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib ki, sərgini tərk etməyə qərar versələr də, yaranmış vəziyyətdə kompromis yolunu seçərək məhdud iştirakla kifayətləniblər: 

Biz demək olar ki, fəaliyyətimizi bərpa etməmişik. Çünki etik baxımdan çıxılmaz bir vəziyyət yaranıb. Mən qərar verdim ki, sərgi məkanını tərk edək. Nə özümə, nə 20 illik kitabçılıq fəaliyyətimizə, nə də komandama Mədəniyyət Nazirliyinin bu cür yanaşmasını yaraşdırmıram. Bizim qrup sərgini tərk etmək istəyəndə “Qanun” nəşriyyatı bizə həmrəylik göstərərək bildirdi ki, onlar da sərgidən çıxır. 

Belə çıxırdı ki, mənim ədalət uğrunda etdiyim etiraz səbəbindən “Qanun” nəşriyyatının gecə-gündüz işləyən komandası və 20-yə yaxın yazıçının beş gün ərzində planlaşdırılan imza günləri ləğv olunmalı idi. Mən də çıxılmaz vəziyyətdə qaldım. Hansı daha vacibdir: 

Ədalət uğrunda mübarizə aparmaq, yoxsa dayanmaq? 

Şahbaz bəy bir kompromis variant təklif etdi, bizim 3-4 masa “Qanun” nəşriyyatının stendinin yanına yığıldı. Öz banerimizi də açmadıq ki, bu ərazinin “Əli və Nino”ya məxsusluğuna dair heç bir işarə olmasın”. 

Onun sözlərinə görə, sərgidə formal olaraq iştirak etsələr də, bu, sadəcə komandalara və yazıçılara hörmət naminə idi: 

“Kitablarımızın bir qismi orada qaldı, bir qismini isə geri apardıq. Yəni 3-4 masa ilə sərgidə olduq, buna var olmaq demək olarsa... Hələ də əmin deyiləm ki, bu, düzgün qərar idi, ya yox. Yazıçılara, “Qanun” nəşriyyatının komandasına və öz komandama görə, yalnız onlara hörmət əlaməti olaraq dedim ki, tam çıxmayaq. Onlar səhər saat 6-dan ayaqüstə işləyirdilər. Amma özümü alçaldılmış hiss edirəm. Mədəniyyət Nazirliyinin bu hərəkətini nə yaraşdırıram, nə də bağışlaya bilirəm”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: sərgi Nigar Köçərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri