Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Şərhçi: İran ABŞ nin qarşısında “quzuya” dönəcək

Şərhçi: İran ABŞ nin qarşısında “quzuya” dönəcək

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əks halda İrana qarşı ildırımsürətli savaş gerçəkləşəcək


“İran tərəfindən verilən rəsmi açıqlamalarda da Tehrandakı molla rejiminin Birləşmiş Ştatların sərt ritorikası qarşısında duruş gətirə bilməyəcəyi aydın şəkildə hiss olunur”


Aprelin 12-də İran və ABŞ nümayəndələri arasında görüş keçiriləcək.

Omonda keçirilməsi planlaşdırılan diplomatik görüşdə İranın Xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi 

Stiv Vitkoff iştirak edəcək. 

Bu danışıqlar iki ölkə arasında nüvə proqramı və regional məsələlərdəki gərginlikləri azaltmaq məqsədi daşıyır.  

Qeyd edək ki, iki ölkə arasında gərginlik son dərəcə artıb. Vaşinqtonun ən böyük narahatlığı İranın yaxın zamanda nüvə silahı əldə etməsidir. Halbuki İranın ali lideri Ayətullah Əli Xameneyi 2003-cü ildə verdiyi fətvaya əsasən, Tehran heç bir halda nüvə silahı əldə etməyəcək. Ancaq son zamanlar İranda artan uran zənginləşdirməsi bunun əksini göstərir və beynəlxalq ictimaiyyət bundan çox narahatdır.

Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Xameneiyə bir məktub göndərərək yeni bir razılaşma təklif edib və uğursuzluq halında ciddi nəticələr olacağını bildirib. 

İran tərəfi isə birbaşa danışıqlara qarşı ehtiyatlı yanaşır və görüşlərin dolayı yolla, vasitəçilərlə aparılmasını üstün tutur. 

Məlumat üçün bildirək ki, İran-ABŞ danışıqları uzun və mürəkkəb bir tarixə malikdir. Bu iki ölkə arasında münasibətlər xüsusilə 20-ci əsrin ortalarından etibarən dəyişkən və gərgin olub. 

Hələ 1953-cü ildə ABŞ və Böyük Britaniya, İranda demokratik yolla seçilmiş Baş nazir Məhəmməd Mossədiqi devirmək üçün "Ajax əməliyyatı" adlı çevriliş təşkil ediblər.

Bu, İran cəmiyyətində ABŞ-yə qarşı güclü narazılıq yaradıb və münasibətlərin təməlində ciddi bir çat qoyub. Daha sonra da 1979-cu ildə İran şahının devrilməsi və Ruhullah Xomeyninin rəhbərliyi ilə İslam Respublikasının qurulması ABŞ-İran münasibətlərini kəskin şəkildə pozub.

ABŞ səfirliyinin ələ keçirilməsi və 52 diplomatın 444 gün girov saxlanılması (1979-1981) isə əlaqələri tamamilə kəsib. ABŞ İrana sanksiyalar tətbiq etməyə başlayıb. 

1980–1988-ci illərdəki İran-İraq müharibəsində ABŞ-nin İraqı dəstəkləməsi ölkələr arasında ziddiyyəti daha da gərginləşdirdi, hətta ABŞ və İran arasında birbaşa toqquşmalar oldu. Belə ki, 1988-ci ildə ABŞ-nin İranın sərnişin təyyarəsini vurması nəticəsində 290 nəfər həyatını itirib. 

 2000-ci illərdən etibarən İranın nüvə proqramı beynəlxalq ictimaiyyətdə narahatlıq doğurdu.

ABŞ İranın uranı zənginləşdirməsini təhlükə kimi qiymətləndirərək sanksiyaları artırdı.

Prezident Həsən Ruhani və ABŞ Prezidenti Barak Obama dövründə danışıqlar intensivləşdi. 2015-ci ildə İran və 5+1 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin + Almaniya) arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalandı.

İran nüvə proqramını məhdudlaşdırdı, qarşılığında isə bəzi sanksiyalar qaldırıldı.

2018-–ci ildə isə ABŞ Prezidenti Donald Tramp razılaşmadan çıxdı və "maksimum təzyiq" siyasətini həyata keçirdi.

İran cavab olaraq razılaşma şərtlərini tədricən pozmağa başladı.

2020-ci ilin yanvarında ABŞ-nin İraqdakı hərbi qüvvələri əməliyyat keçirərək İranın generalı Qasım Süleymanini öldürdü. Bu hadisə iki ölkə arasında birbaşa hərbi qarşıdurma riskini artırdı və regionda geniş əks-səda doğurdu.

İran və ABŞ arasındakı münasibətlər Co Baydenin 2021-ci ildə prezident seçilməsindən sonra müəyyən qədər yumşaldı, yenidən danışıqlara cəhdlər oldu. 

Prezident Co Bayden JCPOA-ya qayıtmaq istədiyini bildirdi, lakin danışıqlar ləng və nəticəsiz keçdi. 2022-2024-cü illərdə müzakirələr davam etsə də, razılaşma hələ də yenilənməyib.

ABŞ və İran arasında son qeyri-rəsmi görüş 14 noyabr 2024-cü ildə baş tutub. Bu dövrdə Tramp ikinci dəfə ABŞ prezidenti seçilmiş, ancaq səlahiyyətlərinin icrasına başlamamışdı. Trampa yaxın olan milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşmüş, ancaq görüşün detalları açıqlanmamışdı.

Danışıqların necə nəticələnməyindən asılı olmayaraq, Omandakı ABŞ-İran danışıqları mühüm tarixi əhəmiyyət daşıyır. Görüşdən gözləntilər həm diplomatik, həm də siyasi cəhətdən yüksək, amma ehtiyatlıdır. 

Əsas məqsəd 2015-ci il JCPOA (Nüvə sazişi) əsasında yeni və ya təkmilləşdirilmiş bir razılaşmaya doğru addım atmaqdır. ABŞ İranın uran zənginləşdirməsini məhdudlaşdırmasını, İran isə sanksiyaların yumşaldılmasını gözləyir. Həmçinin ABŞ regionda gərginliyi azaltmaq və İranın “vasitəçi qüvvələr” üzərindəki təsirini məhdudlaşdırmaq istəyir. Yekun olaraq, hər iki tərəf ehtiyatlı optimizmlə yanaşır. Gözləntilər böyükdür, amma tərəflər arasında dərin etimadsızlıq bu danışıqları çətinləşdirə bilər.



Siyasi şərhçi Sona Əliyeva "Sherg.az"a açıqlamasında İranın geri addım atdığını deyib. Onun sözlərinə görə,  İran tərəfindən verilən rəsmi açıqlamalarda da Tehrandakı molla rejiminin Birləşmiş Ştatların sərt ritorikası qarşısında duruş gətirə bilməyəcəyi aydın şəkildə hiss olunur: 

seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri