Sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq Paşinyan
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berdavan kəndində seçkiqabağı təşviqat zamanı yaxın vaxtlarda sərhədlərin delimitasiyasının aparılacağını bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, delimitasiya nəticəsində Sovet İttifaqı dövründə mövcud olmuş sərhəd xətti bərpa ediləcək.
“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında qurulub. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq. Delimitasiya şimaldan başlayacaq və İran sərhədinədək davam edəcək. TRIPP layihəsini həyata keçirməyə başlayacağımız ərazilərdə sərhədləri qısa hissələr üzrə delimitasiya edəcəyik. Digər sahələr üzrə isə oturub işləməliyik”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, Berdavanda belə bir problem yoxdur, lakin bu məsələ Artsvaşenlə bağlı mövcuddur.
Ermənistan Baş naziri əlavə edib ki, delimitasiya məsələsi ilə bağlı öz baxışı var və hesab edir ki, Azərbaycanın yanaşması da eynidir.
“Mənim yanaşmam ondan ibarətdir ki, məsələ indi elə həll olunmalıdır ki, 10, 20, 30, 50 və ya 100 ildən sonra bir ağac və ya bir kol üstündə münaqişə yenidən alovlanmasın”, – deyə Paşinyan vurğulayıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 30 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















