Icma.az
close
up
RU
Sərhəddə gərginlik artdı Ermənistan silahları yenidən işə salır?

Sərhəddə gərginlik artdı Ermənistan silahları yenidən işə salır?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycana qarşı təxribatlar həyata keçirməkdə davam edir. Belə ki, mayın 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Hazırda Azərbaycanda mühüm siyasi və diplomatik görüşlərin keçirildiyi bir vaxtda, beynəlxalq aləmdəki proseslərin və gərginliklərin fonunda Ermənistanın bu cür hərbi təxribatlara əl atması, diqqət çəkir.

Bu vəziyyətdə Ermənistanın fəallaşmasının səbəbləri nədir? Düşmənin bu hərəkətləri regionda yeni gərginliklər yaratmağa yönəlmiş bir təzyiq vasitəsi kimi qiymətləndirilməlidirmi?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan daim sülhdən danışsa da, əslində heç vaxt Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması niyyətində olmayıb:

“Ermənistanın sülh istəyini gündəmə gətirməsi, əslində, onun ərazidəki mövqelərinin zəifləməsi fonunda həyata keçirdiyi taktiki bir addımdır. Bu, daha çox Ermənistanın beynəlxalq aləmdə özünü sülh tərəfdarı, müsbət obrazda təqdim etmə cəhdidir. Lakin fakt budur ki, Ermənistanın real hərəkətləri və davranışları sülh istiqamətində deyil, əksinə, provokativ addımlarla, təxribatlarla müşahidə olunur. Ermənistanın bu təxribatları, xüsusən atəşkəsin pozulması, artıq Azərbaycan tərəfindən çox uzun müddətdir ki, təmkinlə və səbrlə qarşılanır.

Ədalət Verdiyev

Bu cür hadisələrə Azərbaycan Ordusu tərəfindən müvafiq şəkildə reaksiya verilməlidir. Ermənistanın bu təxribatlarnın qarşısını almaq üçün atəş açılan yer ordumuz tərəfindən azad edilməli, Azərbaycan bayrağı dalğalanmalıdır. Ermənistanın əvvəllər də törətdiyi təxribatlar, nəticə etibarilə, böyük strateji fəsadlarla nəticələndi və bu təxribatların nəticələrini yaxşı bilirik.

Bu dəfə də Azərbaycan Ordusunun cavabı həm düşmən üçün çox ağrılı, həm də psixoloji baxımdan sarsıdıcı olacaq. Azərbaycanın öz ərazi bütövlüyünün təhlükəsizliyini təmin etmək üçün hər zaman hazır olduğunu Ermənistanın və beynəlxalq ictimaiyyətin anlaması vacibdir. Ermənistanın sərhəd xəttində davam edən təxribatlarına qarşı Azərbaycan daha ciddi və bariz tədbirlər görməyə davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri