Icma.az
close
up
RU
Sərhədlərimiz çərçivəsində iqtidarı da, müxalifəti də çox istəyirəm: Deputat Vüqar İskəndərov

Sərhədlərimiz çərçivəsində iqtidarı da, müxalifəti də çox istəyirəm: Deputat Vüqar İskəndərov

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Müsahibim ikinci dəfədir ki, Şəkidən deputat seçilən Vüqar İskəndərovdur. O, 125 deputatın içində barmaqhesabı seçilən aktiv deputatlardandır. Bir çox həmkarı İskəndərova nisbətdə öz susqunluqlarını qorusalar da, onu ən azından, tez-tez siyasi prosesləri şərh edərkən görmək olur. Bu müsahibədə də Vüqar İskəndərovla dünyadakı siyasi proseslərdən tutmuş Azərbaycanın daxili siyasətinə qədər bir çox məsələlər fonunda söhbətləşdik. 

Gununsesi.info sözügedən müsahibəni təqdim edir:

-Vüqar bəy, Gürcüstanda seçkilər başa çatdı. Belə demək olarsa, “Avrointeqrasiya” tərəfdarları məğlub oldu…

-Belə deyək, ümumi götürülsə, əslində, Gürcü insanı tarixən müasirliyə meyilli olub, özlərini həmişə avropalı hesab ediblər, Avropanın bir hissəsi sayıblar. Bu gün gedən siyasi proseslər o demək deyil ki, Gürcüstan tamamilə Qərbdən imtina edir. Gürcüstan hakimiyyəti, sadəcə, son illərdə bir neçə həqiqəti anladı. Onlar Qərbin yalanını, ikiüzlülüyünü, şərini gördü. Bildi ki, demokratiya, insan haqları kimi dəyərlər onlar üçün sözdü, manipulyasiyadır. Gürcü gördü ki, ABŞ özü 30-cu illərdə qəbul etdiyi qanunu Gürcüstana qəbul etməyə imkan vermir. Saakaşivilinin siyasətində gördülər ki, Qərb Rusiyadan qoparmaq üçün ona hər sözü vermişdilər. O da bunu etdi. Amma sonu nə oldu? Dövlət başçısı qərar verəndə imzasının altına həyatını qoyur. Bundan isə əziyyət çəkən xalq olur.

-Ola bilərmi ki, Rusiya-Gürcüstan arasında məsələ, konkret olaraq Cənubi Abxaziya, Osetiya məsələlərinə görə Avropa İttifaqına daxil ola bilmirlər həm də?

-Bəli. Gürcüstan bilirsinizmi əsl həqiqəti nə vaxt anladı?

-Nə vaxt?

-İlham Əliyevin əsl gücünü, siyasətini görəndə. Əmin olun, belədir. İlham Əliyevin siyasəti onlar üçün əsl stimul oldu. Bunu Gürcüstan rəsmiləri özləri də deyir. Azərbaycanın gedişlərindən dərs çıxardırlar, görürlər ki, xalqa qulaq asmaq lazımdır, başqa təsirlərə yox. Başa düşdülər ki, milli maraqlar, dövlət maraqları hər şeydən önəmlidir.

-Amma məsələn, seçkilərdən sonra Gürcüstanın baş naziri dedi ki, bundan sonra ABŞ və Avropa İttifaqı ilə əlaqələri genişləndirəcəyik.

-Axı orada kütlə də var, axı xalqın hamısı dövlətin gələcəyini düşünmür. Onların içində sadəcə öz maraqlarını, ancaq soyuducusunu düşünənlər də var. Bilirsiniz, proseslər çox çətin və qarışıqdır. Bu gün məsələn, necə demək olar ki, Rusiya-Ukrayna arasında olan müharibə elə təkcə Rusiya-Ukrayna müsahibəsidir? Tamamilə yalandır. Burada da Ukrayna günah keçisidir.

-Rusiya-Ukrayna demişkən, siz bu prosesin sonunu necə görürsünüz, Rusiyanı çökdürmək planı alınacaq?

-Bu müharibənin sonunun necə olacağını heç soruşsanız, heç Putinin özü də bilmir. Olduqca qəliz məsələdir. Hazırda Putin özünə güvənir və irəli gedir. Hər nə qədər sıxışdırsalar da, çətinə salsalarda  “öldürə bilmirlər” və ümumi stiuasiyaya nəzarət edə bilir. Rusiya hələ bu müharibədə əlində olanda resursların çox az faizini istifadə edir. Amma yenə də irəliləyə bilir.

-Bəs ola bilər ki, ABŞ-da hakimiyyətə Tramp gəlsə, Rusiya-Ukrayna müharibəsi dayansın? Ən azı, Tramp öz seçki təbliğatında bu sözü verib.

-Tramp ümumən maraqlı fiqurdur, amma fikrimcə, onun gəlişi bu məsələyə dediyi kimi bu məsələyə tez təsir edə bilməz. Daha dəqiq, bu, populizmdir. Köklər çox dərindir. Bu qədər itki, maliyyə olub və o da ABŞ prezidentinin “müharibəni dayandır” çağırışı ilə asanlıqla dayandırası deyil. Rusiya hazırda hər gün bir hektar belə olsa yer alır. Bu müharibənin dayanması ancaq ortaq maraqlarla ola bilər. Birdən-birə dayanmasına inanmıram.

-Vüqar bəy, Gürcüstandakı seçkilər kimi rəqabət Azərbaycanda keçirilən seçkilərdə niyə olmur? Fikir versək, orada böyük, qızğın bir rəqabət mühiti var və o rəqabət mühiti bizdə görünmür, sanki.

-Siz qaynar mühit nəyə deyirsiniz? Baxın, Gürcüstan hakimiyyəti seçkiyə çox güclü hazırlaşmışdı, ən bahalı seçkilərdən biri idi. Əvvəlcədən bütün təxribatları da bilirdilər. Oradakı əsas aktivlik ona görə elə görünürdü ki, seçkinin legitimliyi də şübhə altına salmaq istəyirdilər. Ssenari var idi, əvvəlcədən məntəqəyə gəlib dava salırdılar. Azərbaycana gələndə isə belə deyil. Biz özlüyümüzdə gözəl və aktiv seçki keçirmişik. Əvvəldən bilinən bütün mənfi halların qarşısı alınıb. Razılaşırsınızsa, əvvəlki illərə nisbətdə seçici aktivliyi də çoxdur. Sadəcə, bizim ölkədə digər ölkələr kimi təxribat törətmək asan iş deyil. Onlarda görsənən aktiv mühitdə məhz bu təxribat məsələləridir.

-VII Çağırış Milli Məclis fəaliyyətə başlayan kimi yeni cərimələrlə gündəmə gəldi. Bir çox həmkarlarınız deyir ki, cərimələrin yüksək olması xalqın, ictimaiyyətin, cəmiyyətin xeyrinədir. Siz necə düşünürsünüz?

-Baxın, belə deyək. Siz piyadasınızsa, sizə sərf edir ki, ancaq qırmızı yansın, yolları rahat keçəsiniz. Sürücü olsanız isə istəyəcksiniz, ancaq yaşıl olsun. Amma burada qanun nədir? Qanun odur ki, qırmızı işıq olsun. Çünki olmasa, xaos olacaq. Birmənalı bilmək lazımdır ki, qanunun sərtliyi vacibdir. Mən burda elə sözlər deyərəm ki, hamı alqışlayar. Amma həqiqət başqadır axı. Ona görə həqiqəti demək lazımdır. Üstəlik, cərimələrin qalxmasının maaşlara aidiyyatı yoxdur. Başqa-başqa məsələlərdir. Bütün hallarda narazılıqlar da qəribədir. Belə çıxır, cərimə azdırsa, ətrafı zibilləmək olar? Şikayətin əsası nədir? Aşağı salın, yerə ataq? Axı cərimə oldu-olmadı bu etik normaya riayyət etməlisən. Cəmiyyət necəsə tənzimlənməlidir. Zaman-zaman insanlar elə formalaşacaq ki, cəriməsiz də etməyəcəklər. Düzdür, bu şeylər gələcək nəsillərdə daha çox göstərəcək özünü, amma yenə də. Bütün hallarda qanun sərt olmasa, heç nə düzəlməyəcək.

-Bizdə keçirilirən seçkilərə də Avropa tərəfindən tənqidlər oldu. ATƏT hətta dedi ki, seçkilər rəqabətsiz keçirilib. Onların təbirincə desək, siz də rəqabətsiz seçilmisiniz…

-Mənim seçildiyim dairədə həm Real Partiyasından, həm də Müsavat Partiyasından namizəd var idi. O cümlədən tanınmış müxalifətçi Adil Qeybulla da var idi. Rəqabət də olmuşdu. Burada bir məsələ var. Yeni Azərbaycan Partiyasını təmsil edən namizədin özünün əli bərk olmasa belə arxasında partiya hiss edir. Çünki Partiyanın lideri İlham Əliyev kimi bir lider, siyasətçidir. Sözsüz ki, bunun da rolu var. Amma qarşı tərəf rəqiblərin də əli zəifdirsə, buna nə etməli? ATƏT-in sözləri aydın məsələdir, onlara təəccüblənmək lazım deyil. Fakt göz qabağındadır ki, xüsusi ilə Qarabağ müharibəsindən sonra keçirilən bu seçkilər ən yüksək səviyyədə keçirilib.

-Vüqar bəy, bir tərəfdən deyilir ki, bizdə seçkilər şəffaf keçirilir, saxtakarlıq olmur, bir tərəfdən də ayrı-ayrı məntəqələrdə “Karusel əməliyyatı”nın getdiyini göstərən videolar yayılır.

-Seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyasıdır və MSK özü də qanunsuzluqların olduğu ilə bağlı bəyanlar edib. Əlbəttə, ayrı-ayrı dairələrdə belə hallar baş verib və qanuni olaraq da bir neçə məntəqələrdə nəticələr ləğv edilib. Sadəcə, bunu ümumiləşdirmək, hər yerdə belə olub filan demək yanlışdır. Harada saxtakarlıq olubsa, orada qeyd olunub, tədbir görülüb. Bu gün demokratiya deyəndə ağıla ABŞ gəlir. Amma orada seçkidən sonra 100 nəfər ölmüşdü. Bu, bilirsinizmi nə deməkdir? Faciədir, dəhşətdir. Necə olur ki, demokratiyanın beşiyi adlandırılan ölkədə belə bir hadisə yaşana bilir? Saxtakarlıq məsələri ilə bağlı şişirtmələr də olur. Bəzən sosial şəbəkələrdə ayrı-ayrı adamlar, qaragüruhlar belə edir.

-Siz özünüz də müxalif düşərgəyə qarşı tənqidlərinizlə seçilirsiniz.

-Müxalif düşərgə deməyək, özünü müxalifətçi hesab edib, təqdim edib, amma əslində, belə olmayan, öz maraqları uğrunda dövlət maraqlarını da nəzərə almayan adamlara qarşı tənqidlərim olur daha çox.

-Son vaxtlar xüsusi ilə Azərbaycana qarşı təzyiqlər də artır. ABŞ və Avropa təşkilatları siyasi məhbuslarla bağlı təzyiqlər edir. Nə düşünürsünüz?

-Ən birinci bu terminə baxmaq lazımdır. “Siyasi məhbus” sözü dünən-bu gün çıxan sözdür. Heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə, bir təzyiq elementidir. Gəlin, baxaq. Avropa Parlamentinin dediyi siyasi məhbusların bir çoxu kimlərdir? Avropa Parlamenti terrorçuları, seperatçıları siyasi məhbus adlandırırsa, onda gərək, Hitlerin də humanist, bəşəri insan olduğunu etiraf eləsinlər. Onda bizdə onlarla razılaşaq. Həmin bəyənatda onlar terrorçuları da siyasi məhbus hesab edirdilər. Belə şey olar? Bütün dünya əvvəllər deyir, Qarabağ Azərbaycanın torpağıdır, indi də biz təcavüzkar olduq? Azərbaycan iqtidarı bu gün güclü dövrünü yaşayır və hər hansısa insanın siyasi baxışına görə həbsə atılması marağında deyil. Hansısa formada cinayət məsuliyyətinə cəlb olunan insanların həbsinin əsası siyasət olmamalıdır. Sosial şəbəkədə adamlar var ki, danışdıqları dəhşətdir, amma rahat da yazırlar. Adam var, siyasi partiya liderindən də sərt danışır, yazır. Dövlətə müxalifət olmur, düşmənçilik olur, bu da cinayətdir. Hakimiyyətə isə kim istəsə, müxalifət ola bilər.

-Vüqar bəy, heç hörmət bəslədiyiniz müxalifətçi varmı?

-Siyasi sferada əsas müxalifət Milli Məclisdə olan müxalifət partiyası hesab olunur, amma kənarda da müxalif partiyalar var.

-Kənardakılara münasibətiniz necədir?

-Bilirsiniz, sərhədlərimiz çərçivəsində iqtidarı da, müxalifəti də çox istəyirəm. Amma düşmənçilik edəni qəbul etmirəm. Özünü müxalifətçi hesab edən var , ona üç dəfə sual verirlər ki, “Xankəndi Azərbaycanın şəhəridir?” cavab verə bilmir və yaxud da istəmir. Burada demək ki, hansısa maraqlar var. Qanun qanundur. Qanunu pozan hər kəs cavab verməlidir. İstəyir adi vətəndaş olsun, istəyirsə də deputat.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see283

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see126

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri