“Müxalifət istəmir ki, bizim dövlət sərhədlərimiz olsun” Erməni deputat
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
“Müxalifət Ermənistanın dövlət sərhədlərinin olmasını istəmir”.
“AzPolitika” bildirir ki, bunu aprelin 17-də parlamentin iclasında 2024-cü il üçün Hökumət proqramının icrasının gedişi və nəticələrinə dair hesabatın müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arsen Torosyan deyib.
Onun sözlərinə görə, dövlət sərhədlərinin olmaması müxalifətə Ermənistanı üçüncü ölkələrə təhvil verməyə imkan verəcək: "Müxalifət istəyir ki, bizim müstəqilliyimiz olmasın, qeyri-müstəqil olaq və ya mümkünsə kimdənsə asılı olaq. Onlar istəmirlər ki, bizdə dövlətçiliyin ən mühüm atributlarından biri olan dövlət sərhədi olsun".
O, vurğulayıb ki, sərhəd sona qədər demarkasiya ediləcək:"Artıq bu prosesə başlamışıq və bu, 2024-cü ilin ən mühüm nailiyyətidir".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















