Icma.az
close
up
RU
Sərhədlərin və strategiyaların kəsişdiyi sammit: Alyaskada nələr baş verəcək?

Sərhədlərin və strategiyaların kəsişdiyi sammit: Alyaskada nələr baş verəcək?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Rusiya prezidentiləri Donald Trampla Vladimir Putin avqustun 15-də Alyaskada, Ankaric şəhərindəki Elmenorf-Riçardson hərbi bazasında tarixi görüş keçiriləcək. Bu sammit yalnız iki ölkənin liderləri arasında bir dialoq yox, həm də beynəlxalq siyasətdə mühüm dönəm nöqtəsi hesab olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, CNN bildirir ki, hazırda Alyaskada turizm mövsümü olduğundan iki lider üçün uyğun məkanların sayı məhdud olub. Aparılan araşdırmalar nəticəsində hərbi baza, görüşün bütün təhlükəsizlik və logistika tələblərinə cavab verən yeganə məkan kimi seçilib.

Bu sammitin əhəmiyyəti sadəcə formal diplomatik görüşlərlə ölçülmür. ABŞ və Rusiya arasında uzun illər davam edən gərginliklər, Ukrayna cəbhəsində gedən proseslər və qlobal enerji bazarındakı strateji maraqlar görüşün arxa planını formalaşdırır. Alyaska sammiti həmçinin Putinin müharibənin gələcəyinə dair mövqeyini, Trampın isə diplomatik təşəbbüsləri hansı şəkildə irəli aparacağını test edəcək. Hazırda sammitə hazırlıq işləri intensiv şəkildə davam edir və bu görüş beynəlxalq ictimaiyyətin diqqətini bir daha regiona yönəldəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Alyaskada keçiriləcək görüş sadəcə bir test xarakteri daşıyır. Putinin müharibəni bitirmə niyyətini hansı kontekstdə dəyərləndirdiyi, oktyabra qədər atəşkəslə bağlı hansı addımları atacağı yoxlanılacaq. Bu görüşdən böyük nəticələr gözləmək olmaz. Rusiyaya yalnız müəyyən vədlər veriləcək; məsələn, ABŞ şirkətlərinin Rusiyaya investisiya qoyması və digər stimul mexanizmləri gündəmə gətiriləcək.

"Paralel olaraq, Ukrayna cəbhəsində vəziyyət gərgindir. Bu gün Donbass ətrafında 100 minə yaxın Rusiya qoşunu döyüş vəziyyətindədir və proseslər sürətlə irəliləyir. Moskva Alyaska görüşünə qədər Donbass əməliyyatını yekunlaşdıraraq sərhədləri tam nəzarət altına almağı hədəfləyir. Putinin “yay əməliyyatları” ilə bağlı aydın, konkret hədəfləri var",- müsahibimiz əlavə edib.

Natiq Miri: Rusiyanın böyük itkilər görməsi yalnız bundan sonra danışıqlar üçün real zəmin yaradacaq

Onun sözlərinə görə, Putin müharibəni bitirmək niyyətində deyil; bunun üçün qarşısına əngəllər qoyulmalıdır. ABŞ isə bu səbəbdən Rusiyanın neft gəlirlərinə məhdudiyyətlər tətbiq edərək büdcəsini minimuma endirmək, beləliklə də müharibənin maliyyələşdirilməsini çətinləşdirmək istəyir: 

"Müharibəni dayandırmaq istəyən tərəf isə Ukraynaya elə silahlar verməlidir ki, Rusiyanın dərinliklərindəki strateji obyektlərə və canlı qüvvəyə ciddi ziyan dəyə bilsin. Rusiyanın böyük itkilər görməsi yalnız bundan sonra danışıqlar üçün real zəmin yaradacaq. Hava müdafiə sistemləri və ballistik raketlər, indiki şərtlərdə, əvəzolunmazdır. Çünki Rusiya, mövcud üstünlüklə, niyə masaya otursun ki?".

Həmsöhbətimiz əlavə edib ki, nəticə yalnız  qərb dünyasının vahid mövqe ortaya qoyub iqtisadi sanksiyaları ardıcıl həyata keçirməsindən sonra olacaq: 

"Trampın kobud yanlışı müharibəni qısa müddətə dayandıra bilər, lakin dayanan nöqtə yalnız yeni hücumların başlanğıcı olacaq. On minlərlə can hələ qurban verilib, amma bu gün Tramp Ukrayna rəhbərliyindən tələb edir ki, Donbass kimi mühasirədə olan şəhərlər birbaşa Rusiyaya təhvil verilsin. Bu şəhərlər elə bir "qala"dır ki, onların ələ keçirilməsi Xarkov və digər strateji ərazilərə yol açacaq. Trampı isə sülh deyil, Nobel mükafatı maraqlandırır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri