Icma.az
close
up
RU
“Sərhədsiz ginekologiya” IX Konfransı keçirilib

“Sərhədsiz ginekologiya” IX Konfransı keçirilib

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

23-25 yanvar 2025-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş “Sərhədsiz ginekologiya”- IX Konfransı keçirilib.

Modern.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rəhbər heyətinin çıxışları ilə başlayan konfransın rəsmi hissəsində şəhidləriizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut baş tutdu, ardınca  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Professor mama-ginekoloq İslam Mahalovun rəhbərlik etdiyi konfransın ilk günündə “Ultrasəs kursu”, “Reproduktiv təbabət kursu”, “Biolitek – ginekologiyada lazer tətbiqi kursu”, “Canlı cərrahiyyə”, “Minimal invaziv cərrahiyyə kursu” və “Mamalıq  kursu”u baş tutdu.

Canlı cərrahiyyə ilə başlayan kursda əməliyyatxanadan akt zalına canlı bağlantılar həyata keçirildi. Canlı cərrahiyyə yekunlaşdıqdan sonra ardıcıl olaraq nəzəri və praktik kurslarda iştirakçılar öz bilik, bacarıqlarını inkişaf etdirdilər. Baş tutan kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar etmişdir.

Amerika, Türkiyə, Qırğıstan, Qazaxıstan, Özbəkistan, Almaniya, İzrail və Gürcüstandan qoşulan moderator və spikerlərin çıxışları ilə 4 fərqli dildə tərcümə olunan məruzələr geniş iştirakçı kütləsini əhatə edən “Sərhədsiz ginekologiya”- IX Konfransı böyük marağa səbəb olmuşdur.

«Eppur si muove» - Qeysəriyyə kəsiyi mövzusu ətrafında baş tutan elmi-praktik konfrans öz işini panel iclasları ilə davam etdirib. Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılaraq, müzakirələr aparılıb.


Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi «Eppur si muove» - Qeysəriyyə kəsiyi mövzusu ətrafında baş tutan Beynəlxalq Elmi-Praktik konfrans və kurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq qiymətləndirilmişdir.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzi tibb elminin inkişafına, xüsusən də tələbələrin inkişafına yönəlik layihələr, imkanlar yaradaraq, intellektual kadr potensialının inkişafına öz töhfəsini verməkdə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri