® Mama ginekoloq Sədi Allahverdiyev “Sərhədsiz ginekologiya” IX konfransda birbaşa bağlantıda əməliyyat icra edib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 23-də M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Səhiyyə Nazirliyinin və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Sərhədsiz ginekologiya” IX konfransı keçirilib.
M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş konfransda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev canlı bağlantıda “Laparoskopik total histerektomiya bilateral salpinqektomiya” əməliyyatını icra edərək master-klas keçib.
Konfransın ikinci blokunda isə o, “Belə sadə. Histeroskopiya” bölümündə “Miomların histerorezeksiya prinsipləri” mövzusunda çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















