Icma.az
close
up
RU
Serialdan çıxan Zelenski və Baydenin cinləri

Serialdan çıxan Zelenski və Baydenin cinləri

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanlış siyasətilə ölkəsini xaraba qoyan Zelenskini bir balaca qınayan olanda çoxları yazır ki, Rusiya Ukraynaya hücum edib, Zelenski neyləsin?  

Bunu dəfələrlə demişəm, Ukraynada müdrik bir rəhbər olsaydı Rusiya ilə ümumi dil tapar, hər şeyi sülhlə həll edərdilər. Ancaq iki dövlət başçısının yersiz dikbaşlığına  görə milyonlarla insanın həyatı məhv oldu. 

Rusiyanı qınayanlar məsələyə bir dəfə də belə baxsınlar: elə bil qardaşın gedib sənin düşməninin qoltuğuna sığınaraq sənə güc göstərmək istəyir. Rusiya, bax bunu qardaşı Ukraynaya bağışlamadı: ”Sənə deyirəm, mənim sərhədlərimə NATO gətirmə, vəssalam! Gətirəcəksənsə payını alacaqsan!” 

Bəri başdan deyim ki, bu müharibədə şəxsən mən qətiyyən Rusiyaya haqq qazandırmıram! Ancaq Rusiya aşağıdakı tarixə söykənib özünü haqlı bilir: 1990-cı ildə Almaniya Demokratik Respublikasının (ADR) Almaniya Federativ Respublikasına (AFR) birləşdirilməsi zamanı Sovet rəhbərliyi ilə ABŞ rəhbərliyi arasında müqavilə imzalanıb. Müqavilədə NATO hərbi-siyasi blokunun SSRİ sərhədlərinə qədər genişlənməyəcəyinə dair yazılı təminat verilib. 

SSRİ dağıldıqdan sonra ayrı-ayrı Ukrayna rəhbərləri Rusiya ilə dostluqdan üz döndərərək Avropa İttifaqına (Aİ) üzv olmağa can atıblar. Aİ isə NATO üzvü olan Türkiyəni 25 ildən çoxdur yaxına buraxmır, növbədə saxlayır, ancaq hardasa vuruşmaq lazım gələndə NATO-dakı türk əsgərini qabağa itələyirlər. Buna görə də Ukrayna Aİ üzvü olmasını hələlik yalnız yuxuda görə bilər. Çünki, Avropa İttifaqı heç vaxt öz ailəsinə yad bildiyi yekəpər bir slavyan ölkəsini sındırıb zəiflətməmiş, xoşbəxt halda qəbul eləməz. Bu iki slavyan qardaşı biri-birinə qırdırmaq, onların dövlətini, nəyi var, zəiflətmək Qərbə çox lazımdı. 

Nəysə, Avropa İttifaqı məsələsi baş tutmadıqda, Ukraynanı NATO-ya qəbul edəcəklərinə inandırdılar. Və bu işdə Rusiyaya qarşı sərt mövqedə dayanacağına söz verən adamı axtarıb tapdılar: Zelenski! 

Zelenski prezident olana qədər "Komiki güldür" ("Рассмеши комика") adlı yumoristik teleşou aparıcısı idi. Sonradan Qərb onu ukrainalılara ciddi adam qiyafəsində sırımaq üçün ssenari yazıb "Xalqın xidmətçisi"  («Слуга народа») adlı bir serial çəkdi. Zelenski həmin serialda əvvəlcə müəllim obrazını oynayır, sonra həmin müəllim filmdə prezident seçilir. Serial 2015-dən 2018-ə qədər davam edir və 2019-cu ildə Zelenski serialın adı ilə eyni adlanan «Слуга народа» adlı qərbyönümlü partiyadan prezidentliyə namizədliyini irəli sürür. Bu partiya 2016-cı ildə "Həlledici Dəyişikliklər Partiyası” adı altında qeydiyyata alınsa da, 2017-ci ildə adı dəyişdirilərək "Xalqın xidmətçisi” olur.

Beləliklə, üç il xalqın gözündə ədalətli prezident rolunu oynamış artisti prezident təyin edirlər. 

Demək, fikir verin, serialın üç ili bir yana, hələ Zelenski kimi birini tapıb ortaya çıxarmaq, aldadaraq NATO məsələsinə razılaşdırmaq, onun üçün lazımi ssenarini  yazmaq, film çəkmək, sonra üstəgəl, həmin üç il və növbəti 2019-cu il! Bu arada onun üçün siyasi bir partiya da yaratmaq! Görün, bu Zelenskini haçandan hazırlayırlarmış! 

Hələ 2013-2014-cü illərdə Ukraynanın Avromaydan hadisələrində Rusiya yönümlü siyasət yeridən Viktor Yanukoviçin devrilməsi üçün ölkədə baş verən hadisələrdə bir çox Avropa ölkəsindən olan fəallar iştirak edirdilər. Ona görə bu hadisələr Avromaydan hərəkatı kimi tanınır.

Avromaydan hərəkatında Amerikadan, Polşadan, Litvadan, Çexiyadan, Almaniyadan, Gürcüstandan və digər Şərqi Avropa ölkələrindən olan siyasi fəallar qızğın iştirak edirdilər. Onlar, həmçinin hərəkatın təşkilatlanmasında və maliyələşdirilməsində mühüm rol oynayırdılar. 

Ukrayna xalqının istəyi Rusiyanın təsir dairəsindən tamamilə çıxaraq Avropaya, Qərbə inteqrasiya etmək idi. 

Nəhayət ki, həmin meydan hərakatı Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina edən, Rusiya yönümlü siyasətin tərəfdarı olan prezident Viktor Yanukoviçi taxtdan saldı. Onda Rusiya bu hadisəni "qanunsuz çevriliş" adlandırdı və Ukraynadakı rus əhalisinin hüquqlarının pozulduğunu iddia etdi. 

2013-cü ilin noyabrından başlayıb 2014-cü ilin fevralında bitən meydan hərəkatından dərhal sonra Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım bölgəsini ilhaq edərək öz ərazisi elan etdi. Eyni zamanda, Rusiyaya bağlı qüvvələr Ukraynanın şərqindəki Donbas bölgəsində (Donetsk və Luqansk vilayətləri) müstəqilliklərini bəyan etdilər və Ukrayna hökumətinə qarşı silahlı müqavimət göstərdilər. 

Rusiya, Ukraynanın öz təsir dairəsində qalmasını və Qərblə əlaqələri dayandırmasını istəyirdi. Krım, Rusiyanın Qara dənizdəki hərbi-dəniz bazasına ev sahibliyi edirdi və Rusiya üçün strateji əhəmiyyətə malik idi. Donbas isə sənaye cəhətdən inkişaf etmiş bir bölgədir və Rusiyanın iqtisadi maraqları ilə sıx bağlıdır. 

Rusiya, Krım və Donbasda etnik rusların çoxluq təşkil etdiyini, bu bölgələrin Rusiya ilə tarixi və mədəni əlaqələrinin olduğunu iddia edərək burada yaşayan rus əhalisini "Ukrayna millətçilərindən" qorumaq adı ilə  həmin ərazilərə qoşun yeritdi. 

Rusiyanın Krımı ilhaq etməsi, Donbasdakı münaqişəyə qarışması beynəlxalq ictimaiyət tərəfindən qınanıldı və Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Lakin, Rusiya işğalçı addımlarından geri çəkilmədi. Donbasdakı münaqişə isə genişlənərək bu günkü vəziyətə gətirib çıxardı.  

Qayıdaq Avromaydan hadisələrinə. Yanukoviç devrildikdən sonra, Ukrayna Ali Radasının sədri Oleksandr Turçinov müvəqqəti prezident vəzifəsini icra etdi. Sonra, 2014-cü ilin mayında keçirilən erkən prezident seçkilərində Petro Poroşenko qalib gəldi və Ukraynanın beşinci prezidenti oldu.

Poroşenko Ukraynanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarı idi. Onun prezidentliyi dövründə Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişi imzalanmışdı. O, Ukraynanın NATO-ya üzv olmasını arzulayır və Rusiya ilə münasibətlərdə sərt mövqe tuturdu. Poroşenko 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsini və Donbasda müharibə başlamasını Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid hesab edirdi. 

Petro Poroşenko 2019-cu ildə növbəti prezident seçkilərində Volodimir Zelenskiyə məğlub oldu.

Seçkilər zamanı alternativləri Poroşenkonu korrupsiyada, Donbasdakı müharibənin həlli ilə bağlı zəif siyasət aparmaqda, Rusiyaya qarşı loyal münasibətdə günahlandırdılar.

Volodimir Zelenski isə seçki kampaniyasından qabaq, sözügedən serial vasitəsilə xalq arasında böyük populyarlıq qazanmışdı. Beləliklə, o, yeni siyasi sima kimi təqdim edildi və seçkilərin qalibi oldu.

Bundan sonrasını da bilirsiniz, artıq.

Bir məsələni də burda demək istəyirəm. Bizim həvəskar siyasətçilər elə bilirlər Amerikada prezidenti, həqiqətən xalq seçir. Bu düşüncədə olanlara deyirəm: a kişilər, Amerikada prezidenti dərin dövlət təyin eləyib seçkilərə buraxır! Bayden seçiləndə də həvəskar siyasətçilər elə bilirdilər, kişi həqiqətən yeriyəndə yıxılır, nə bilim, gözünə  cin-şeytan görünür, sklerozdu. Ay-hay!!! 

A kişilər, Baydenə qoca skleroz rolu tapşırılmışdı, o da öz rolunu oynadı yaxşıca. Rusiya-Ukrayna müharibəsi ərəfəsində Baydenin ağılsız qoca obrazı lazım idi. Niyə? Çünki beynəlxalq ictimaiyət bu  müharibənin qızışdırılmasında ABŞ-ni suçlu biləcəyi təqdirdə "biz neyləyək, xalq dəli bir qocanı özünə prezident seçib, günah ondadı” demək üçün. Yəni, günah özünü idarə eləyə bilməyən, huşsuzluqdan əziyət çəkən bu qocadadı. 

Sonra da növbəti mərhələ üçün Trampı yenidən hazırladılar. Köhnəlmiş Trampı "təmiz adam” kimi qələmə vermək üçün onu tutub içəri qoydular, "yoxladılar” və bütün dünyaya göstərdilər ki, kişi həqiqətən də "təmiz adamdı”. Bu "Tramp əfsanəsi”ni lap pikə qaldırmaq üçün ona sui-qəsd quraşdırdılar və ssenari üzrə silahlı hücum edən, bu işə pul müqabilində razılaşan adamı da güllələyib öldürdülər. 

İndi Tramp yenidən fəaliyətə başlayıb. Sadəlövh adamlar da inanır ki, Tramp müharibəni dayandıracaq. Mən siyasətçi deyiləm, ancaq müşahidələrimə söykənib bir yazıçı intuisiyası ilə deyirəm, Tramp öz prezidentliyi dövründə nəinki müharibəni dayandıracaq, əksinə, hər iki tərəfi yenidən qızışdıracaq. Məqsəd hər iki tərəfin dizini yerə gətirməkdi. Oyun başlanıb, artıq.   

Murad Köhnəqala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri