Şərif Ağayar: “A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan?”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tahir İmanov, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir... Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın”.
Yenisabah.az xəbər verir ki, bunu yazıçı Şərif Ağayar bildirib.
O qeyd edib: “Haqqını halal eləməyənlər də var və əsaslandırırlar... Arqumentlərə cavab verin lütfən... Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə "risovka"lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. pizza hut
Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü... Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan... Vallah...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















