Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Sərin hava: yay turizminə və sahibkarlara mənfi təsiri

Sərin hava: yay turizminə və sahibkarlara mənfi təsiri

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son bir neçə ildə Azərbaycanda yay aylarında havalar daha sərin keçir. Bu isə şimərlik mövsümünün başlanmasını gecikdirir, ümumiyyətlə, yay turizminə mənfi təsir göstərir. Yay mövsümünün gec hiss olunması xüsusilə çimərlik turizminə təsirsiz ötüşmür. İllər öncə iyun ayının əvvəlində çimərliklərə istirahətə gedənlər olurdusa, indi isə hava, ümumiyyətlə, buna icazə vermir.
Hava şəraiti yaya uyğun olmadıqda insanlar dənizkənarı istirahətlərini təxirə salır. Bu isə dənizkənarı obyektlərin fəaliyyətinə də mənfi təsir edir.
Havaların sərin keçməsinin yay turizmi və çimərlik mövsümünə mənfi təsirləri haqqında turizm ekspertləri, iqlimşünas və iqtisadçılar “Xalq Cəbhəsi”nə məlumat veriblər.

“Havaların qeyri-stabil keçməsi yay istirahətini gecikdirir”

Turizm eksperti Əziz Şiriyev qeyd edib ki, havaların qeyri-stabil keçməsi yay istirahətini gecikdirir: “İnsanların dənizkənarı istirahət etməsinə meyli azalıb. Təbii ki, hava şəraitindən çox şey asılıdır. Havanın günəşli olması dəniz kənarında olan çimərlik ərazilərini çalışdıranların işlərini daha da yaxşı vəziyyətə gətirir, insanlar daha xoş istirahət edirlər. Amma yağışlı və küləkli hava şəraiti insanları həmin istiqamətlərdə istirahət etməyə getmək fikirlərindən daşındırır, daha çox qapalı mühitlərə üstünlük verirlər. Bəziləri istirahətlərini təxirə salır, bəziləri isə xaricə səfərlər edirlər. O səbəbdən də bu gün istər Türkiyə, Misir istiqamətində, istər digər ölkələrdə, istərsə də Azərbaycanımızın Bakıətrafı çimərliklərində vəziyyət heç də ürək açan deyil. Düşünürəm ki, inşallah iyun ayının 20-dən etibarən hava şəraiti daha yaxşı olar. İnsanlar iyul və avqust aylarını daha yaxşı, faydalı şəkildə keçirərlər”.

“Sərin hava insanların istirahət planlarına təsir edir”

Turizm eksperti Rəhman Quliyevin fikirlərinə görə, yay mövsümündə hava şəraitinin normadan daha sərin keçməsi turizm sektoruna müəyyən mənfi təsirlər yarada bilər: “Xüsusilə dəniz turizmi və çimərlik istirahəti üçün ölkəyə gələn turistlərin sayı azala bilər. İnsanlar isti hava və günəşli günlər gözlədikləri üçün sərin hava onların istirahət planlarına təsir edir. Çimərliklərdə fəaliyyət göstərən obyektlər – kafe, restoran, su attraksionları və digər xidmət sahələri müştəri sayının azalması ilə üzləşə bilərlər”.

“Bu, turistlərin davranışına təsir edir”

O əlavə edib ki, hava sərin olduqda insanlar dənizə girmək və açıq havada uzun müddət vaxt keçirmək istəmirlər: “Bu da həmin obyektlərin gəlirlərinə mənfi təsir göstərir. Ümumilikdə, yay aylarında havaların sərin keçməsi çimərlik mövsümünün aktivliyini azaldır, turistlərin davranışına təsir edir və sahilyanı turizm bizneslərinin gəlirlərinin aşağı düşməsinə səbəb ola bilir. Xüsusilə qısa yay mövsümünə malik ölkələrdə hava şəraiti turizm nəticələrinə birbaşa təsir edən əsas amillərdən biridir”.

“Bu yayın daha isti olması ehtimal edilir”

İqlimşünas Məhərrəm Mehdiyev söyləyib ki, havaların sərin keçməsi heç də onun yayda soyuqluq gətirməsinə dəlalət etmir: “Əgər El-nino (Sakit okeanın Ekvatorial zonasının mərkəzi və şərq hissəsindəki səth sularının anormal dərəcədə istiləşdiyi qlobal bir iqlim hadisəsi) hadisəsi baş veribsə və onun cərəyanı əvvəl-axır Avropa ölkələrinə, sonra da Qafqaza çatacaqsa, o mənada güman edirəm ki, havalar düzələcək, yay havası gələcək. Heç kim bu sərinlikdən qorxmamalıdır, yay normal keçəcək. Hələ Ümumdünya Meteorologiya Təşkilatının apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə, bu yay daha isti olması ehtimal olunur. Mən də düşünürəm ki, elə olacaq. Ona görə də bu mənada havalar yaxşı olacaq, çimərliklər işləyəcək. Arzum budur ki, havanın istiliyi 41 dərəcədən yuxarı olmasın. Ölkəmizdə illər boyu keçən bu yay mövsümləri bu il də ona uyğun olacaq”.

“Sərin hava regionların da turizm fəaliyyətinə mənfi təsir göstərir”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, havaların sərin keçməsi sözsüz ki, yay mövsümü turizminə və çimərliklər mövsümünə iqtisadi cəhətdən mənfi təsir göstərir: “Çünki hazırda insanların bu istirahət sahələrinə getməsi və ya orada istirahət etməsi gecikir. Bu da dəniz sahili kommersiya obyektlərinə, xidmət sahələrinin fəaliyyətinə mənfi təsir göstərir. Ümumiyyətlə, hesab edirəm ki, bu, bəzi hallarda regionların da turizm fəaliyyətində öz mənfi təsirlərini göstərməkdədir. Çünki bəzən havaların yağışlı keçməsi insanların regionlarda istirahət etməsinə təsir edir. İnsanlar bəzi hallarda öz istirahət planlarını ertələməli olurlar, ya da başqa vaxta keçirirlər. Bu da regionda fəaliyyət göstərən xidmət sahələrinin gəlirlərinin aşağı düşməsinə təsir edir”.

“Havaların sərin keçməsi turizm baxımından müsbət hal deyil”

E.Kərimlinin sözlərinə görə, turizm sahəsi həm də digər sahələrə öz təsirini göstərir: “Yazılmamış bir qanun var ki, turizm sahəsi 10-a yaxın sahəni təsirləndirir, onların da inkişafına dəstək olur. Bu baxımdan əlbəttə ki, havaların sərin keçməsi turizm baxımından müsbət hal sayılmır və bu, turizm obyektlərinin fəaliyyətinə, gəlirlərinin azalmasına səbəb olur. Düşünürəm ki, bəzi hallarda yəqin ki, həmin obyektlər də hava şəraiti ilə əlaqədar öz fəaliyyətlərini yeniləməlidirlər, yeni xidmət sahələri təklif etməlidirlər. Bu baxımdan regionlarda qiymətləri daha da ucuzlaşdıra bilərlər ki, bu, cəlbediciliyi artırsın və insanların həmin istirahət mərkəzlərində daha uyğun qiymətə daha yeni xidmətlər almasına səbəb ola bilər. Bu da turizm cəlbediciliyini artıra bilər”.

“Azərbaycanın ən böyük problemi turizm sezonlarının məhdud olmasıdır”

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycanın turizm problemi odur ki, yayı və qışı normal deyil: “Yəni fəsillər qısadır. Bu da sahibkarın yay turizminin də, qış turizminin də baha başa gəlməsinə gətirib çıxarır. Zaman-zaman Türkiyə ilə müqayisə edirlər, qeyd edirlər ki, orada ucuzdur. Ən böyük ucuzluq səbəbi sezonun uzun olmasıdır. Türkiyədə isti sezon Antalya bölgəsində aprelin sonu mayın əvvəlindən başlayır oktyabra qədər davam edir. Azərbaycanda isə yay əsasən iyul və avqust ayını əhatə edir. Biri var 7-8 ay işləyəsən, biri də var 2-3 ay işləyəsən. Xərclərin, qiymətlərin aşağı düşməsi və s. O baxımdan mövsümün qısa olması ölkə turizminin ən böyük problemidir. Amma bu, bu günlə əlaqədar məsələ deyil”.

“Sərin hava çimərlik turizmi üçün problemdir”

X.Kərimli bildirib ki, yayın gözləniləndən də gec başlaması nəzəri olaraq rentabelliyinə təsir göstərə bilər: “Lakin bu təsir bütün turizm növləri üçün eyni deyil. Sərin hava çimərlik turizmi üçün problemdir. Amma əvəzində digər istiqamətlərə müsbət təsir göstərə bilər. Məsələn, bu, mədəni turizm üçün, dağ-meşə turizmi üçün, şəhər içində gəzməyə üstünlük verənlər üçün, əksinə, sərin havalar daha yaxşı ola bilər, daha rahat gəzə bilərlər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri