Icma.az
close
up
RU
Sərkisyanın Putinə gizli məktubu... “Rusiya bu məktuba iki istiqamətdə cavab verib...”

Sərkisyanın Putinə gizli məktubu... “Rusiya bu məktuba iki istiqamətdə cavab verib...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistan hökuməti dünən rəsmi saytında Ermənistan–Azərbaycan münaqişəsi üzrə danışıqlara aid geniş sənədlər paketini dərc edib. Materiallar arasında 2016-cı ilin avqustunda Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub da yer alır. Sərkisyan məktubda Bakının mövqeyi ilə bağlı narahatlığını ifadə edir, şikayətlər səsləndirir və Azərbaycanı manipulyativ danışıqlara cəlb etməyə hesablanmış strategiyalarından yazır. Bu sənədlərin dərc olunması regionda böyük rezonans doğurub.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, məktub ATƏT-in Minsk Qrupunun institutları fəaliyyətini dayandırdıqdan sonra açıqlanan danışıqlar arxivinə daxildir. Baş nazir Nikol Paşinyan bu arxivin dərc olunacağına dair vəd vermişdi və indi həmin vəd yerinə yetirilib.

Sənədlərin ümumi məzmunu göstərir ki, danışıqların bütün mərhələlərində Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyü prinsipini ardıcıl şəkildə müdafiə edib. Bakı konstruktiv mövqe nümayiş etdirib, hərbi əməliyyatlara əl atmayıb, lakin vasitəçilərin Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradan və ya gələcək statusla bağlı qeyri-müəyyənlik ehtiva edən təkliflərini qəbul etməyib.

Fərhad Məmmədovun sözlərinə görə, təqdim edilən materiallar bir daha təsdiqləyir ki, keçmiş dağlıq Qarabağın statusu ilə bağlı “qeyri-müəyyənlik elementləri” olan istənilən variant Azərbaycan tərəfindən qəti şəkildə rədd edilib.

Ekspert vurğulayır ki, məktubun tarixi xüsusi əhəmiyyət daşıyır. Sənəd 2016-cı ilin Aprel döyüşlərindən, Sankt-Peterburq görüşündən və həmin dövrdə işğal olunmuş ərazilərin mərhələli şəkildə azad olunması ilə bağlı ilkin razılaşmanın formalaşmasından sonra Moskvaya göndərilib. Həmin vaxt Azərbaycan tərəfi real irəliləyiş gözləyirdi və proses faktiki olaraq start götürmək üzrə idi. Məhz bu şəraitdə Sərkisyan Moskvaya müraciət edərək Ermənistanın maksimalist mövqeyini qorumağa çalışıb – halbuki İrəvanın geri çəkilmə imkanları demək olar ki, qalmamışdı.

F.Məmmədov qeyd edir ki, Rusiya Sərkisyanın məktubuna iki istiqamətdə cavab verib:

1. Hərbi dəstək mexanizmi:

2016-cı ilin payızında Ermənistan “İsgəndər” operativ-taktiki raket kompleksləri ilə təchiz edildi. Məqsəd Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində əldə etdiyi irəliləyişi zəiflətmək və İrəvana özünü daha təhlükəsiz hiss etdirmək idi.

2. Siyasi nəzarətin gücləndirilməsi:

Moskvanın dəstəklədiyi Karen Karapetyan Ermənistana göndərildi və qısa müddətdə Baş nazir postunu tutdu. Bu, faktiki olaraq Ermənistanın siyasi sisteminə birbaşa Rusiya nəzarətinin tətbiqi anlamına gəlirdi.

Məmmədovun sözlərinə görə, nəticədə Sərkisyan həm “İsgəndərlər”i, həm də Moskvanın siyasi “kuratoru”nu eyni vaxtda almış oldu.

Rasim
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri