Icma.az
close
up
RU
İqtisadi artım bahalaşmanın qarşısını alır

İqtisadi artım bahalaşmanın qarşısını alır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

10 ayda ölkəmizdə inflyasiya cəmi 1,7 faiz olub

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–oktyabr aylarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,7 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,6 faiz, qeyri-qida məhsulları üzrə 101,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,6 faiz təşkil edib.

Cari ilin oktyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayına nisbətən 103,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz olub. Hesabat dövründə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.

Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi sentyabr ayına nisbətən 100,1 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Yeri gəlmişkən, ölkəmizdə inflyasiyanın azalması bu ilin əvvəlindən davamlı prosesə çevrilib. Belə ki, 2023-cü və ondan əvvəlki illərin yanvar aylarında inflyasiya səviyyəsi müvafiq olaraq 12,5 faiz və 13,6 faiz təşkil etdiyi halda, cari ilin ilk ayında bu rəqəm 1,7 faiz olub. İqtisadiyyat Nazirliyinin illik inflyasiyanın kəskin enmə səbəbi ilə bağlı məlumatında bildirilirdi: “2023-cü il ərzində ölkəmizdə inflyasiya səviyyəsində əvvəlki illə müqayisədə azalma davam edib.

Ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib”.

Qeyd edək ki, ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.

Maliyyə Nazirliyinin həmin vaxt yaydığı məlumatda isə qeyd olunurdu ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyanın azalmasını şərtləndirir.

Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 faizdən 3,5 faizə qədər azalacağını proqnozlaşdırır. Bu barədə məlumat bankın hesabatında yer alıb. AYİB-in proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbəti ötən ildəki 9,9 faizə qarşı 2024-cü ilin yekunlarına əsasən 8,5 faiz təşkil edəcək. Ölkəmizdəki cari makroiqtisadi mühitə toxunan bank qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə azalıb. Neft-qaz sektoru “mavi yanacağ”a olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb.

İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qaldığını vurğulayan hesabat müəllifləri qeyd ediblər ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək. “Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 faiz, 2025-ci ildə isə 2,7 faiz təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır”, – deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 faiz artıb, orta illik inflyasiya isə 8,8 faiz səviyyəsində olub. Ölkə iqtisadiyyatında artım meyilləri bu ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb. Bütövlükdə isə, Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 3,8 faiz, 2028-ci ildə isə 3,3 faiz səviyyəsində gözlənilir.

Bugünlərdə isə Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 faiz, 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyən edib. Şirkətin ölkəmizlə bağlı bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib. Niderland şirkətinin hesabatına əsasən, 2024-cü ilin dördüncü rübündə ÜDM artımı üçüncü rübdəki 5,4 faizə qarşı 3 faiz səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 faiz, ikinci rübdə 2,5 faiz, üçüncü və dördüncü rüblərdə 3 faiz səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə ölkəmizdə iqtisadi artımın 2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, eləcə də “S&P Global Ratings”, “Moody’s” və “Fitch Ratings” beynəlxalq reytinq agentliklərinin də ölkəmizin iqtisadi inkişafı ilə bağlı nikbin prooqnozları da nikbinliyə əsas verir. İqtisadi artımın davam etməsi isə ölkədə inflyasiya səviyyəsinin arzuolunan həddə olacağından xəbər verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri