Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 sentyabr, AZƏRTAC
Sərnişin sayının artması fonunda Bakı metropolitenində yüklənmə təhlükəsi gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sərnişin axınının potensial artımı əvvəlcədən nəzərə alınıb və metropoliten əlavə yükü qarşılamaq imkanına malikdir.
Hazırda “Avtovağzal”–“8 Noyabr” istiqamətində qatarlar arasında interval 5 dəqiqə, “Xocəsən”–“Avtovağzal” istiqamətində isə 10 dəqiqə təşkil edir. B.Məmmədov qeyd edib ki, zərurət yarandığı halda texniki imkanlardan istifadə etməklə intervalların azaldılması mümkündür.
O bildirib ki, Yaşıl xətt üzrə hazırda interval 3 dəqiqə 30 saniyədir. Sərnişin axınının artacağı təqdirdə bu göstəricinin 3 dəqiqəyədək azaldılması mümkündür.
Bənövşəyi xətt üzrə isə hazırda 5 vaqonlu qatarlar istismar olunur. Xətt 7 vaqonlu qatarların hərəkəti üçün də nəzərdə tutulduğundan, sərnişin tələbatının artması zamanı çevik qərarların qəbul edilməsi üçün imkan mövcuddur.
Müəllif-Vüqar Qurbanoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 23 Sentyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















