Icma.az
close
up
RU
Sərnişin təyyarələrinə qarşı terror planı?

Sərnişin təyyarələrinə qarşı terror planı?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ötən ilin noyabrında "The Wall Street Journal" bir yazı yazmışdı. Əsl sensasiya! Həm də çox faciəli.

Yazıda deyilirdi ki, Rusiya hərbi kəşfiyyatı (yəni o məşhur "ГРУ") "hava terroru" hazırlayır. Avropadan Amerikaya və Kanadaya uçan təyyarələri partladacaqmış! Təkcə yük daşıyanları yox, həm də sərnişin təyyarələrini!

Bu, yerdəki, yerdən bir az hündürdəki müharibəni ən hündürə qaldırmaqdı. Əgər belə plan olubsa. Hərçənd bunu təkcə qəzet yazmır; bəlkə qəzetə inanmazsınız. Donald Tusk da deyir. Polşanın baş naziri. Bu, yetərincə ciddi adamdır Avropada. Beş il on aydan çox Avropa İttifaqı Şurasının prezidenti olub. Ondan əvvəl isə 7 il Polşanın baş naziri idi. İndi yenə gəlib ölkəsinə, partiyası Polşa seyminə çoxluqla seçilib. Tusk da yenidən baş nazirdir. Bu postda oturub Rusiyanı "səma terroru" kimi ağır cinayətdə günahlandırır. Rusiya da cavab verib: "İsbatsız ittihamdır".

Rusiya prezidentinin mətbuat katibi deyir, Polşa "belə isbatsız ittihamlarla məşhurdur. Bəzən hətta Avropa ölkələri arasında liderliyini qorumağa çalışır".

İttiham liderliyi. Polşanın nəyinə lazımdır?! Amma Rusiyalı məmurun təbirincə, Polşa bu cür ittihamla "məşhurdur". Niyə, görəsən? Bu, 2010-cu ildə Rusiyaya gedərkən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin vurulmasıba görə ola bilməzmi?! Antirus Prezident Kaçinski başda olmaqla Polşanın yüksək çinli rəsmi şəxsləri həlak oldu.

İkinci Dünya Müharibəsi Polşadan başlamışdı. Ruslar bunu unudarmı?! Yox. Amma Kaçinski Smolenskə niyə gedirdi?! Bu da maraqlıdır. İkinci Dünya Müharibəsində ruslar Polşa ordusunun seçmə zabitlərini gətirib Smolenskdə kütləvi qətl etmişlər. Lex Kaçinski də onların xatirəsini yad etməyə gedəndə o da həlak oldu. Polşa hökumətinin versiyasıba görə, prezidentin təyyarəsini Rusiya vurub. Bu, bizə bir yerdən tanışdır; 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi, bir ay sonra - noyabrın 20-də erməni-rus birlikıərinin nəzarəti altlnda olan Qarakənd üzərində Azərbaycanın helikopteri vuruldu. Dövlət katibi Tofiq İsmayılov başda olmaqla xeyli yüksək vəzifəli Azərbaycanlı rəsmi şəxs qətlə yetirildi. Kaçinski və nümayəndə heyəti kimi. Hərbi heçikopter deyildi bizimki. Polşanınkı da hərbi təyyarə deyildi. Hər ikisi sərnişin daşıyırdı. Amma hədəfə gəldilər.

Polşa, bəli, bunu unutmayıb. Necə ki, ruslar 17-ci əsrin əvvəlində Polşa kralı III Sigizmundun Smolenskə hücumunu unutmamışdılar. Kral Smolensk qalasını iki ilə yaxın mühasirədə saxlamışdı, nəticədə şəhərdəki 80 min rusdan 8 mini sağ qala bilmişdi. Ruslar da üç əsrdən sonra Polşa ordusunun zabitlərini kütləvi qətl etmək üçün məhz Smolenskə ona görə daşımışdı. III Sigizmundun Smolenskdə törətdiyi qətliamın qisası üçün.

Və indi Rusiya Azərbaycan təyyarəsini vurandan sonra Polşa baş naziri "səma terroru" haqda bir il əvvəl ABŞ mediasında yazılanlara bir daha qayıdıb. Azərbaycan təyyarəsi vurulub, Rusiya məmurları bunu gizlədib, izi itirməyə çalışıb. İndi Sergey Lavrov deyir, yox, elə olmayıb. Bəs onda prezident Putinin zəngi necə olsun?! Putin vurmadıqları təyyarəyə görə üzr istəyib?!

Bu hadisədən sonra bir çox ölkələr, aviaşirkətlər Rusiyaya və Rusiya üzərindən uçuşları dayandırıb. Hətta "qardaş" Çinin şirkəti belə. Niyə?! "Səma terroru" qorxusuna görə. Qorxunu adını "terror" qoymasa da...

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri