Icma.az
close
up
RU
Sərnişin təyyarəsinin təkər quyusunda cəsəd tapılıb

Sərnişin təyyarəsinin təkər quyusunda cəsəd tapılıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Çikaqodan Havay adaları qrupuna daxil olan Maui adasına uçan "United Airlines" təyyarəsinin yerə endikdən sonra təkər quyusunda meyit tapılıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, çərşənbə axşamı günortadan sonra Kahului hava limanına enən "UA202" reysinin müayinəsi zamanı əsas eniş qurğusunun təkər quyusunda cəsədin olduğu müəyyən edilib. Maui Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

"United Airlines" bildirib ki, cəsədin təkər quyusuna necə və nə vaxt girdiyi hələ müəyyən edilməyib.

Aviaşirkətdən verilən açıqlamada: "Çərşənbə axşamı günü Mauidə Kahului hava limanına endikdən sonra əsas eniş qurğularından birinin təkər quyusunda cəsəd tapılıb. Bu hissəyə yalnız təyyarənin kənarından daxil olmaq mümkündür", - deyə bildirilib.

Maui Polis Departamentinin səlahiyyətliləri, ictimaiyyətlə paylaşıla bilən detalların hazırda məhdud olduğunu söyləyib. Bəyanatda: "Bu gün günorta saatlarında ABŞ-dan uçan təyyarədə cəsəd tapılıb. Məsələ ilə bağlı aktiv araşdırma aparılır", - deyə qeyd edilib.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, təkər yuvasında gizlənmək qaçaq olaraq ölkədən çıxmaq istəyənlərin tez-tez üstünlük verdiyi üsuldur. Ancaq bu, çox vaxt ölümlə nəticələnir. Təyyarə hündürlük qazandıqca, həddindən artıq soyuqdan hipotermiya və oksigen çatışmazlığı səbəbindən hipoksiya baş verə bilər. Bundan əlavə, eniş şassisi açılıb bağlandıqda sərnişinlər əzilmək riski ilə üzləşə bilər.

Bu faciəvi hadisə Yeni il tətili mövsümündə hava limanlarında yaranan sıxlığı bir daha gündəmə gətirib. Amerika Nəqliyyat Assosiasiyasının hesablamalarına görə, bu il təxminən 120 milyon insan tətil üçün səyahət edir və bu rəqəmin əhəmiyyətli bir hissəsini hava yolu sərnişinləri təşkil edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri