Sərnişinlər 96 nömrəli avtobusun istiqamətinin dəyişməsini istədi RƏSMİ CAVAB FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda son günlər vətəndaşların ictimai nəqliyyatın hərəkət sxemi ilə əlaqədar şikayətləri artmaqdadır. Belə ki, bəzi sərnişinlər 96 nömrəli avtobusun marşrut xəttinin 28 may metrosu yaxınlığına qədər uzadılmasını təklif edir. Bununla da qeyd edilən maşrut xətti Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 28 May metrosuna “Elmlər Akademiyası” metro stansiyasından keçərək gedə bilən tək ictimai nəqliyyat ola biləcək.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 96 nömrəli müntəzəm marşrut Ş.Qurbanov küçəsini (Xarici İşlər Nazirliyi) Bakı Beynəlxalq Avtovagzal Kompleksi ilə əlaqlələndirir və xətti üzrə 9 avtobus 8-10 dəqiqə intervalla fəaliyyət göstərir.
“Aparılan monitorinq zamanı marşrutun müəyyən edilmiş xəttən yayınması halları müşahidə edilib. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi və tərtib edilmiş sxem üzrə hərəkət etməsi tapşırığı verilib”.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















