Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Sərnişinlər metro əvəzinə taksini seçirlər SƏBƏB

Sərnişinlər metro əvəzinə taksini seçirlər SƏBƏB

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4 faiz azalma deməkdir. Həmçinin cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 61 809,5 nəfər olub, bu da illik müqayisədə 0,7 faiz artım deməkdir. Bəs insanların yenidən taksiyə qayıtmasının səbəbləri nədir? Metro istifadəsini təşviq etmək üçün nələr edilməlidir?

Oxu.Az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Azalmanın səbəbləri

"Bakı metropoliteni" QSC-dən sorğumuza cavab olaraq bildirildi ki, qurumda statistik məlumatlar əsasında müqayisəli təhlillərin nəticələrinə uyğun daimi monitorinqlər aparılır və tədbirlər görülür: "2025-ci və 2024-cü illərin 9 ayının müqayisəli təhlillərinə əsasən, sərnişindaşımaya təsir göstərən əsas fərqlər sırasında "Həzi Aslanov" stansiyasının dalanında başlanmış təmir işləri və bunun nəticəsində "Həzi Aslanov-Əhmədli" mənzili üzrə hərəkətin təşkili qeyd oluna bilər. Həmçinin 2024-cü ildə ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən olan COP29-la əlaqədar paytaxtda aparılan yenidənqurma, təmir-bərpa, quruculuq və abadlıq işlərinə uyğun müxtəlif dövrlər və günlərdə metropolitenə olan tələbatın müvəqqəti artması əlavə oluna bilər. Təqvimlə bağlı 2024-cü ilin 366 gündən ibarət olması və fevral ayının 29-nun iş gününə təsadüf etməsi, eyni zamanda 780 minə yaxın sərnişin daşınması və hava şəraiti ilə əlaqədar qış aylarının bu ilə nəzərən daha mülayim keçməsi də qeyd oluna bilər".

"Metroya tələbat artacaq"

Bildirildi ki, hazırda Bakı metropolitenində Dövlət Proqramına uyğun olaraq tikinti və yenidənqurma işləri davam etdirilir: "10 yeni stansiyanın inşası, xətlərin ayrılması və bunun nəticəsində daha 88 milyon sərnişinin daşınması imkanı, metro xətlərinin bir-biri ilə daha sıx kəsişərək şəbəkələşməsi və şəhər mərkəzini daha sıx əhatə etməsi metroya olan tələbatı xeyli artıracaq. Bununla belə, mövcud texniki imkanların optimallaşdırılması ilə digər əhəmiyyətli tədbirlər də davamlı həyata keçirilir. Son 16 il ərzində ilk dəfə Yaşıl və Qırmızı xətlərin müştərək hərəkət sahəsində qatarların hərəkət intervalı 2 dəqiqədən, digər sahələrdə isə 4 dəqiqədən aşağı salınıb.

Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval əvvəlcə pik saatlarda 1 dəqiqə 52 saniyəyə, bu ilin sentyabrında isə 1 dəqiqə 45 saniyəyə endirilib. Ümumilikdə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkət etməsi əlavə 8 mindən artıq sərnişinə xidmət imkanı yaradır. Lakin bu yeniliyin əsas təsirləri əvvəlki illərlə müqayisədə sərnişin sıxlığının azaldılmasında özünü büruzə verir. Həmçinin aparılan mütəmadi monitorinqlər və texniki təkmilləşdirmələr nəticəsində daha iki sahədə də intervalın azaldılmasına nail olunub. Bunun nəticəsində "Həzi Aslanov-Əhmədli" mənzilində qatarların hərəkəti pik saatlarda beş, qeyri-pik saatlarda üç dəqiqə, "Cəfər Cabbarlı-Xətai" mənzilində isə qatarların hərəkət intervalı 5 dəqiqə azaldılıb".

"2030-cu ilə qədər gündəlik bir milyon insan daşınacaq"

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də metroda sərnişin sayını azaldan səbəblərdən bəhs etdi: "Nəzərə almalıyıq ki, biz hələ pandemiyadan öncəki rəqəmlərə çatmamışıq. Keçən il daşınmanın artmasının səbəbi COP29 tədbiri idi. Bu il üçün azalmanın səbəblərindən biri də "Həzi Aslanov" stansiyasında gedən təmir işləridir. Havaların sərt keçməsi də təsirsiz ötüşmür".

R.Ağamirzəyev düşünür ki, metroda nəzərdə tutulmuş işlər, xətlərin ayrılması və şəbəkənin genişlənməsi kimi layihələr bu sayı əksinə dəyişəcək: "Çünki gələn ilin sonuna xətlərin ayrılması layihəsi bitəcək. 3 müstəqil xətt fəaliyyət göstərəcək. Hər bir xəttin ayrıca deposu olacaq. Bu da minimum intervalla hərəkət etmək üçün imkan yaradacaq. "Dərnəgül" elektrik deposu inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq. 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək. "Qırmızı xət"də hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür".

Ekspertin fikrincə, indiki vəziyyətdə müəyyən qisim sərnişinlər taksiyə yönəlibsə, bu, dəyişən prosesdir. Növbəti illərdə yeni infrastruktur tikiləndən, interval dəyişikliyi olandan sonra insanların prioriteti ictimai nəqliyyata doğru daha da artacaq: "Xətlərin şəhər mərkəzinə çatdırılması, şəhərin digər hissələri ilə əlaqələndirilməsi ümumi dövriyyənin artımına zəmin yaradacaq. Bu gün metroda günlük 640 min sərnişin daşınırsa, düşünürəm ki, 2030-cu ilə qədər bu rəqəmin 800 min-1 milyon günlük trafikə qalxması gözlənilir".

"Metro stansiyaları arasında məsafə az olmalıdır"

Nəqliyyat eksperti Yasin Mustafayev də düşünür ki, gələcəkdə insanlar ictimai nəqliyyata daha çox yönələcək: "Metro stansiyalarının artırılması ilə bağlı hələ yeni qərar verilib. Yaxın beş ildə 10 yeni stansiya tikiləcək. Böyük şəhərlərdə metro stansiyaları 1,5 kilometr aralığında olur. 700-800 metr piyada gediləcək məsafələrdə hər tərəfdə metro olmalıdır. Belə olan halda metronun işi optimallaşır. Taksi sahəsində aparılan islahatlar da öz effektini verməkdədir. Taksi sayına limitin qoyulması düzgün addımdır. Çünki çalışıb insanlarımızı çoxtutumlu nəqliyyat vasitələrinə yönəltməliyik. Yalnız belə olan halda şəhərdəki tıxacın qarşısını ala bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri