Icma.az
close
up
RU
Şərq Bazarı ilə bağlı milyonluq qalmaqal Şirkətlər “6cı mərtəbə” MMCdən NARAZIDIR

Şərq Bazarı ilə bağlı milyonluq qalmaqal Şirkətlər “6cı mərtəbə” MMCdən NARAZIDIR

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda fəaliyyət göstərən "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı qalmaqal yaşanır. Kompleks ötən il istifadəyə verilib və ölkə başçısı İlham Əliyev obyektin açılışında iştirak edib. Lakin bərpa və yenidənqurma işlərini həyata keçirən subpodratçı şirkətlər - "MV Group” MMC, "MECC” MMC və "İdea Yapı” MMC pullarını ala bilmir. 

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə şirkətlərin nümayəndələri aprelin 13-də keçirdikləri mətbuat konfransında bildirib. 

"MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bu məsələdə "6-cı mərtəbə” MMC-ni ittiham edib. Onun sözlərinə görə, "6-cı mərtəbə” MMC layihədə podratçı şirkət olub: "Biz də bu şirkətlə müqavilə imzalayıb işə başlamışıq. Lakin hələ də pulumuzu ala bilmirik. Müxtəlif bəhanələrlə gördüyümüz işin haqqı ödənilmir. Bundan başqa, layihənin icrasında bizdən asılı olmayan səbəblər üzündən gecikmələr olub. Bu gecikmələrə görə ziyan çəkmişik. Ödəniş olunmalıdır. Lakin "6-cıl mərtəbə” MMC ümumiyyətlə bu barədə danışmaq istəmir. Layihənin icrası dövründə inşaat materiallarının qiymətində artım olub. Bu da nəzərə alınmır. Halbuki, "6-cı mərtəbə” MMC bütün bunlara görə sifarişçidən ödənişləri alıb. Yəni, bizim əsas sifarişçidən narazılığımız yoxdur. Pulumuzu verməyən "6-cı mərtəbə” MMC-dir”.

O, həmçinin qeyd edib ki, "6-cı mərtəbə” MMC yubanmaya görə işin daha sürətli görülməsini tələb edib: "Təsəvvür edin ki, 24 saat işləmişik. Üstəgəl, bu yubanma bizim, eyni zamanda digər şirkətlərin işinə də müəyyən problemlər yaradıb. Bəzən bir yeri bir neçə dəfə təmir etmək məcburiyyətində qalmışıq. Gecikmələrə səbəb isə metal konstruksiya işini görən podratçı ilə digər podratçı şirkət, yəni "6-cı mərtəbə” şirkəti olub. Müqavilədə nəzərdə tutulan işi icrası 9 ay gecikdirilib. İş olmasa da, "6-cı mərtəbə” bizdən, yəni subpodratçı şirkətlərdən işçilərin daim inşaat ərazisində olmasını tələb edib. Yəni mütəxəssislər və fəhlələr görməsə də, biz onlara maaş ödəmişik, yemək xərclərini qarşılamışıq”.

"MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadənin sözlərindən isə aydın olub ki, "6-cı mərtəbə” MMC-nin onlara nə az, nə çox 1 429 330 AZN borcu var.  

Salman Salmanzadə və Fatih Turanının sözlərinə görə, dəfələrlə "6-cı mərtəbə” MMC-nin rəhbərliyi ilə bu məsələ müzakirə olunub: "30-a yaxın görüşümüz olub. Hər dəfə bir bəhanə gətiriblər. Bizi günahkar çıxarmaq istəyirlər. "6-cı mərtəbə” MMC-nin prezidenti Atəş Təhməzli hər dəfə eyni şeyi deyir. Qısası, bu müzakirələrin heç bir nəticəsi olmayıb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik”.

"İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Yıldırımcanın sözlərinə görə, "6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: "10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib. Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir. "6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün "İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.

İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər. 

"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur. 

"6-cı mərtəbə” MMC-nin adı ilk dəfə gündəmə 2021-ci ildə gəlib. "Şərq Bazarı” komplkesinin bərpası və yenidəqurma işlərində çalışan fəhlələrə mediaya müarciət edərək pullarını ala bilmədiklərini deyiblər. Onlar bu məsələdə şirkətin prezidenti Atəş Təhməzlini ittiham ediblər. 

İddialara görə, Atəş Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin sədri Qoşqar Təhməzovun qardaşıdır. Onun digər qardaşı Fərhad Təhməzov isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin direktorudur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Yanvar 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see194

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see193

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see175

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see164

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see152

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see139

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see130

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see122

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see121

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see120

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see119

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see119

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see119

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri