Icma.az
close
up
RU
“Şərq ekspressi”nin yeni sərnişinləri

“Şərq ekspressi”nin yeni sərnişinləri

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aİ Çinə tərəf “yol” gedir

Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyası Ursula Fon der Leyenin başçılıq etdiyi nümayəndə heyəti Çin prezidenti Si Cinpinlə ticarət məsələlərini müzakirə etmək üçün iyulda Çinə səfər etməyə hazırlaşır. “Bloomberg” xəbər verir ki, iki tərəf arasında əvvəlki sammit də Çində keçirilib. Artıq sammitin Pekində keçirilməsi ilə bağlı razılığa gəlinib. Bu addım Avropa liderlərinin Çinlə ticarət məsələlərini müzakirə etmək istəyini göstərir. Almaniyanın “Handelsblatt” qəzeti yazır ki, Pekin ilə Aİ Çindən elektriklə işləyən avtomobillərə tariflərin qaldırılması məsələsini də müzakirə edəcək.

Radikal qərarlara əl atılır...

Qeyd edək ki, ABŞ-ın ixrac məhsullarına tətbiq etməyi planlaşdırdığı tarif siyasəti nəticəsində yaranan qlobal “silkələnmə” yeni effektlər verməyə başlayıb. Artıq bu “mübarizə” dünyanın aparıcı üç iqtisadi güc mərkəzi arasında əsəbləri tarıma çəkib - ABŞ və Çin qarşılıqlı şəkildə tarifləri maksimuma çatdırıblar. Belə ki, aprelin 10-da ABŞ prezidenti Donald Tramp Çin mallarına idxal rüsumlarını əvvəllər bildirildiyi kimi 125 faiz deyil, 145 faiz qaldırdığını açıqlayıb. Tramp rüsumların artırılmasını fentanil narkotiki ticarəti ilə bağlı Pekinin fəaliyyətsizliyi ilə əlaqələndirib. O, həmçinin Pekini qlobal bazarlara “kifayət qədər hörmət etməməkdə” ittiham edib.

Buna cavab olaraq Çin Maliyyə Nazirliyi ABŞ mallarına tətbiq edilən tarifləri daha əvvəl elan etdiyi 84 faizdən 125 faizə qaldıracağını açıqlayıb. “New York Times” yazır ki, rəsmi Pekin bəzi nadir torpaq metalları və maqnitlərin ixracını da müvəqqəti dayandırıb. Məlumata görə, avtomobillərin, dronların və raketlərin istehsalında istifadə olunan mühüm komponentlərin bir çox limanlardan daşınmasına məhdudiyyət qoyulub və yeni ixrac qaydaları üzərində iş aparılır. Bu addım xüsusilə amerikalı hərbi podratçılar, həmçinin Yaponiya və Almaniyaya tədarük zənciri üçün ciddi təsir göstərə bilər. Çin üçün iqtisadi baxımdan bu məhsulların ixracı böyük pay tutmasa da, bu qərarın ABŞ və müttəfiqləri üçün strateji nəticələri ola bilər.

Vaşinqtondan Aİ-yə: İntihar etməyin!

Çin də hazırki vəziyyətdən razı deyil - amma bildirir ki, başqa çıxış yolu yoxdur. Hətta Aİ-Çin əlaqələrinin yeni mərhələyə qədəm qoyması da “zamanın tələbi” kimi tirajlanır. Çin prezidenti Si Cinpin aprelin 11-i Pekində İspaniyanın baş naziri Pedro Sançes ilə görüşü zamanı deyib ki, Çin və Avropa İttifaqı beynəlxalq ticarət mühitini qorumaq, birtərəflilik və zorakılığa müqavimət göstərmək, qaydaları və nizam-intizamı qorumaq üçün birlikdə çalışmalıdırlar. Çin liderinin sözlərinə görə, ticarət müharibəsində qalib ola bilməz.

Vurğulandığı kimi, növbəti Aİ-Çin sammiti iyul ayının ikinci yarısını planlaşdırılıb. Qeyd edək ki, sonuncu Aİ-Çin sammiti 2023-cü ilin dekabrında Pekində baş tutub. Amma sammitqabağı artıq müəyyən “atmacalar” müşahidə edilməkdədir. ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ-ın ticarət siyasətindəki dəyişiklik səbəbindən Pekinə yaxınlaşmağı düşünən ölkələrə iki dəfə düşünməyi tövsiyə edib. “Bu, öz boğazını kəsmək (intihar) deməkdir” deyə o, xəbərdarlıq edib.

Çin-Aİ ittifaqı: ABŞ narahatdır, Rusiya isə hələ ki, susur...

Qərb ekspertləri isə ABŞ-ın baş verənləri müşahidə etdiyini və artıq müəyyən qərarlar vermək məcburiyyətində qaldığını önə çəkirlər. Aİ-Çin yaxınlaşması Vaşinqtonu vəziyyəti dəyişməyə məcbur edib. Trampın birjaların “çöküşü” bəhanəsi ilə qarşılıqlı tarifləri 90 gün ərzində “dondurması” bununla əlaqələndirilir. Siyasi texnoloqlar bu addımı Avropa ilə Çin arasındakı münasibətlərə əlavə təzyiq kimi dəyərləndirirlər. ABŞ-ın bəzi beyin institutlarının bu məsələdəki dəyərləndirməsi isə böyük maraq kəsb edir - onlar düşünürlər ki, əslində Çin həmişə Rusiya üçün situasiya tərəfdaşı olub: sərfəli tərəfdaşlıq, Rusiyanın xammalı və resurslarının cəbedici ixracı qarşılğında Pekin ilə Moskva arasında dostluğun varlığını inkar etmək olmaz. Amma bunu müttəfiqlik saymaq olmaz - Ukrayna məsələsində Pekin Kremli açıq dəstəkləməyib. Bu mənada Çin-Rusiya əlaqələri sırf işgüzar xarakter daşıyır. Onlar iddia edirlər ki, Pekinin dünyada birinci iqtisadiyyat olma perspektivində Rusiya da rəqib kimi görünür - bu baxımdan, Pekinin həm Rusiyaya, həm də ABŞ-a alternativ qüvvə sayılan Aİ ilə yaxınlaşması daha çox mümkün görünür. Hətta Çinin Rusiya-ABŞ danışıqlarında iştirakla bağlı istəyini dilə gətirməsi də Aİ-nin “əvəzedicisi” olmaq istəyi ilə əlaqələndirilir. Təsadüfi deyildi ki, Çinin Avropa məsələləri üzrə yeni xüsusi elçisi Lu Şaye prezident Donald Trampın Avropadakı Amerika müttəfiqləri ilə rəftarından “dəhşət” hissi keçirdiyini və Ukrayna ilə bağlı sülh razılaşmasının yalnız ABŞ və Rusiya tərəfindən müəyyən edilməməli olduğunu bildirmişdi.

Xatırladaq ki, Avropanın “Şərq ekspressi”nə “söykənməsi” ilk hadisə deyil. Rusiya-Ukrayna müharibəsinin birinci ili başa çatan kimi, Avropa kontingenti Çinlə əlaqələri daha da möhkəmləndirmək üçün hərəkətə keçmişdi - məsələn, 2023-cü il aprelin 5-də Fransa prezidenti Emmunuel Makronun və Avropa Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Leyenin Çinə birgə səfəri baş tutmuşdu. Qeyd edək ki, Makronla Fon der Leyenə qədər Almaniya kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sançes və Avropa İttifaqının keçmiş təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borell də Pekini “ziyarət” etmişdilər.

Aİ-Mərkəzi Asiya forumu Çinlə əlaqələri gücləndirməyə “qapı açmaq” idi?

Bir sıra ekspertlər Aİ-nin Çinlə əlaqələrini möhkəmləndirmək niyyətinin sübutu kimi bir neçə gün öncə Səmərqənddə keçirilən birinci Mərkəzi Asiya - Avropa İttifaqı sammitini də göstərirlər. Qeyd edək ki, aprelin 4-də Özbəkistanın sədrliyi ilə keçirilən ilk sammitdə Orta Asiya respublikalarının prezidentləri və Aİ rəsmiləri iştirak etmişdilər. Tədbirin nəticəsi kimi isə son illərdə yüksək səviyyəli ikitərəfli əlaqələrin artması və sürətlə inkişaf edən çoxtərəfli və regional gündəm fonunda Aİ və Mərkəzi Asiya liderləri strateji tərəfdaşlıq qurmaqla iki region arasında münasibətlərin səviyyəsini yüksəltmək barədə razılığa gəldikləri bəyan edilmişdi. Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Səmərqənd sammitində Çinin “Yeni İpək Yolu”nun Avropa analoqu olan Qlobal Gateway təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ölkələri üçün 12 milyard avroluq investisiya paketi təqdim etmişdi və bildirmişdi ki, paketdə dörd prioritet var:

1. Transxəzər Nəqliyyat Dəhlizinin flaqman layihəsi ilə daşıma;

2. İqlim, enerji və su (Roğun və Qambarata bənd layihələri, Aral dənizi hövzəsində yaşıllıq zolağı);

3. Rəqəmsal texnologiyalar.

4. Avropa İttifaqının çox ehtiyac duyduğu Mərkəzi Asiyanın kritik xammalı (Mərkəzi Asiyada kritik mineralların yerli dəyər zəncirlərinin yaradılması).

Bu əlaqələrin inkişafı isə özlüyündə Çin-Aİ münasibətləri üçün bir “qapı” da sayıla bilər. Çünki Aİ anlayır ki, adıçəkilən regionla iqtisadi münasibətlərin inkişafı müəyyən mənada Çin ilə də vəziyyəti müsbətə doğru dəyişməyə imkan yaradır...

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri