Icma.az
close
up
RU
ŞƏRQ MUSİQİSİNİN PARLAQ ULDUZU: QUQUŞ Professor Ramazan SİRACOĞLU yazır AzPolitika onlayn siyasiictimai qəzet

ŞƏRQ MUSİQİSİNİN PARLAQ ULDUZU: QUQUŞ Professor Ramazan SİRACOĞLU yazır AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

prof. Ramazan SİRACOĞLU

Gerçək adı Faiqə Atəşin olsa da tamaşaçılar onu məlahətli səsi, gözəlliyi və artistlik qabiliyyəti ilə insanları valeh edən Ququş kimi tanıyırlar. Ququşun valideynləri Sovet Azərbaycanından gəlmiş mühacir ailəsinə mənsub idi. Atası Sabir İbrahim oğlu Atəşin (1926 – 1988) əslən Bakıdan, anası Nəsrin Sübhi qızı Nuri (1932- 2003) isə Gəncə şəhərindən idi.

Doğum haqqında şəhadətnaməsində Faiqənin 7 fevral 1950-ci ildə anadan olduğu göstərilsə də, o, anasının sözlərini əsas gətirərək, həmin ilin may ayının 5-də doğulduğunu söyləyir. Valideynləri körpəliyindən onu “Ququş” deyə çağırırdılar. Ququş sözü, “qumru, alabaxta, ügeyik” kimi, göyərçinin bir növü olan “quğu” sözündəndir. Ümumiyyətlə, dilimizdə kiçiltmə və əzizləmə mənasında sözlərin sonuna “ş” şəkilcisi artırmaq ənənəsi var. Məsələn: Əli-Əliş, Qara- Qaraş, Miri-Miriş, Nuru-Nuruş, Cəbi-Cəbiş, ana-anaş, bəbə-bəbəş, nənə-nənəş, qağa-qaqaş vs. 

Çox təəssüf ki, çox erkən yaşlarından Faiqə Atəşin - Ququş, ana nəvazişindən məhrum böyüyüb. Ailə münaqişəsi zəmnində onun valideynləri ayrılıblar və körpə Faiqə atasının himayəsində qalıb. Qeyd edək ki, Faiqə - Ququşun özündən bir yaş kiçik, İbrahim adlı doğma qardaşı olub. Qardaşı İbrahim anasının soyadını götürüb (Sübhi Nuri), anası Nəsrin xanımın yanında böyüyüb və 24 yaşında vəfat edib. Doğma ana şəfqətindən məhrum qalan Faiqə Atəşin - Ququş isə ögey anasından çox zülmlər çəkib. Balaca Faiqə əyləncə mərkəzlərində akrobatik hərəkətlər icra edən atası Sabir Atəşinin tərəf müqabili kimi çıxış etməyə başlayıb.

Atası hər yerdə tamaşaçılara onu Ququş adı ilə təqdim edərmiş. Qeyri-adi musiqi duyumu və bacarığı sayəsində Faiqə - Ququş tədricən tamaşaçıların sevimlisinə çevrilir. Faiqə - Ququş müxtəlif müğənniləri bacarıqla təqlid etmək bacarığına da sahib idi. Fitri istedadına görə çox keçmədən onu Tehran radiostudiyasına çağırırlar. Oxuculara təqdim olunan materialda 6 və ya 7 yaşlı Ququş studiyada o dönəmin məşhur xananəndəsi Mustafa Payanı təqlid edir. Məlumat üçün bildirək ki, Ququşun təqlid etdiyi Mustafa Reza oğlu Cahangiri (1908- 1979) əslən Zəncan şəhərindən olan bir türk idi. Yeniyetmə zamanında iş tapmaq ümidi ilə dayısı ilə bərabər Bakıya gəlmişdi. Tale üzünə gülmüş, bir çörəkçi dükanında işə düzəlmiş, bir müddət də Bakıda çörəkçi işləmişdi. Daha sonra Bakıda musiqi təhsili almış, Azərbaycan radiosunun solisti kimi çox konsertlər vermişdir. 1941-ci ildə siyasi şərait səbəbindən İrana qayıtmaq məcburiyyətində qalmışdır. İrana geri dönüşündə oranın rəsmiləri ona “iş gününün axırıdır, sənə də “son, axırıncı, qurtarmış” anlamına gələn “Payan” soyadı ilə yeni pasport veririk” deyərək bu adı rəsmiləşdirmişlər. Mustafa Payan və Ququşun atası Sabir Atəşin səmimi dost olmuşlar. Təqdim olunan lent yazısında proqram aparıcıları Ququşa “artıq yoruldun” deyirlər. O isə “yox, heç yorulmadım; indi sizə ağay-e Mustafa Payanın bir mahnısını oxumaq istəyirəm” söyləyir. Aparıcı da “axı bizim Azərbaycan musiqisi ifa edən orkestrimiz yoxdur” deyəndə Ququş, “eybi yox, oxuyanda özüm-özümü müşayiət edəcəyəm” deyir və başlayır:

Qızıl üzük taxan oğlan,

Hey uzaqdan baxan oğlan.

Qəhrəmanlıq nişanıyla

Bəzənmişdir yaxan oğlan.

Eldən aldın qüdrəti sən

Kəndimizin şöhrətisən…

(Bax: https://www.youtube.com/watch?v=RPi8vWB1Wy0 )

Faiqə - Ququş Tehranda “Dilşad” məktəbində dərsə gedirdi. Axşamları atası ilə birlikdə əyləncə mərkəzlərində çıxışlar etdiyi üçün dərsə hazırlaşmaq bir yana qalsın, normal yuxulamaq imkanından da məhrum qalırdı. Özünün sözlərinə görə, səhnə arxasında həmişə mürgüləyərmiş, çıxış sırası ona gələndə atası gəlib onu oyadarmış: “Oyan, sənin növbəndir.” Erkən yaşda mahnı oxumaq, rəqs etmək Faiqənin qayğısız uşaqlıq illərini əlindən alıb. Məktəbdə müəllimlərin ona yazığı gəldiyi üçün dərsdə yatmasına bir söz deməzlərmiş. Bir sözlə, konsertlər Ququşun yaxşı təhsil almasına mane olub. Bütün bunlar azmış kimi, ögey anası onu məcbur edərmiş ki, Faiqə - Ququş ögey bacı-qardaşlarının qulluğunda dursun.

“Ququş” ləqəbi ilə sürətlə şöhrətlənib sevilən Faiqə Atəşin müxtəlif studiyalar tərəfindən dəvətnamələr almağa başlayır, filmlərə çəkilir, səsi qramafon vallarına yazılır. Onun 15 yaşında lentə aldırdığı “Evləri Maralanda” mahnısını dinləmək hörmətli oxucular üçün çox maraqlı olar. Məlumat üçün bildirək ki, Maralan, Təbrizin cənubi-şərqində yerləşən qədim bir məhəllə adıdır. Bu məhəlləyə türklər Maralan, farslar Ahuvan deyirlər. Bu paralelliyin səbəbi, “maral”ın türkcə, “ahu”nun farsca olmasıdır; “an” isə cəmlik mənası ifadə edən şəkilçidir. Ququş “Evləri Maralanda” mahnısını iki dildə oxuyub. Gənc Faiqə - Ququş mahnıya “Üzüm bağı” ( باغ انگور ) ilə başlayır, davamını Təbriz ləhcəsiylə, ana dilində tamamlayır:

Evləri Maralanda, ay gözəl,

Evləri Maralanda.

Məni də yadıva sal, gözəlim, Heyvalar saralanda.

Ölürəm, ölürəm yar,

Qəribəm, aman yar.

Yazığam, aman yar…

(Bax: https://www.youtube.com/watch?v=FqBAaFcIJuM 2.50 dəqiqədən)

Ququş o dövrdə Mərziyyə, Dilkeş, Puran, Hümeyra kimi tanınmış müğənnilərin, Əli Təcvidi, Mehdi Xalidi, Cavad Ləşkəri kimi bəstəkarların repertuarlarına müraciət etməklə bərabər, Sovet Azərbaycanından olan bəstəkarların Təbriz radiosunda səsləndirilən musiqilərini də imkanı daxilində öyrənib oxumağa səy göstərirdi. Ququşun bu qəbildən öyrəndiyi mahnılardan biri “Ay işığında” əsəridir. Şair Zeynal Xəlilin və bəstəkar Qənbər Hüseynlinin birgə əməyinin möhtəşəm nəticəsi olan “Ay işığında” mahnısı gənc Ququşun ifasında əla alınmışdır. Urmiyədə canlı ifa zamanı lentə alınmış həmin ifanı dinləmək çağdaş musiqisevərlər üçün maraqlı olardı:

(Bax: https://www.youtube.com/watch?v=HaSTxOZhKsI )

Şair Rəcəb İbrahiminin sözlərinə bəstəkar Əli Səliminin özəl olaraq SSRİ Xalq artisti Rəşid Bəhbudovun İran səfəri münasibətilə bəstələdiyi və təkrarsız Rəşid Behbudovun böyük məhəbbətlə oxuduğu “Ayrılıq” mahnısına Faiqə Atəşin də müraciət etmişdir. “Ayrılıq” elə əsərdir ki, ayrılığı yaşayanların hamısı kimi, Ququş da o mahnıya biganə qala bilməzdi. Ququşun səsində “Ayrılığ”ın nisgili, təsəlliolunmaz acısı dinləyicilərdə fərqli ovqat yaradır:

Gecələr fikrünnən yata bilmirəm,

Bu fikri, başımnan ata bilmirəm…

( Bax: https://www.youtube.com/watch?v=S3JWtDgHeDY )

Faiqə Atəşin Fransanın Kann şəhərində keçirilən beynəlxalq müsabiqədə ifa etdiyi “Şəhərdən dönüş” (Retour de la Ville) ve “Səni sevirəm qışqırığını duyuram” (J'entends Crier Je T'aime ) mahnılarına görə “Qızıl val” mükafatına layiq görülmüşdür. İtaliyanın Kantaciro şəhərində keçirilən beynəlxalq festivalda Ququşun ingilis dilində oxuduğu “Mən sevgiyə inanıram” ( I believe in love) mahnısı dillər əzbəri oldu. Geri döndüyündə minlərcə gənc qız onu təqlid edərək saçlarını qısa kəsdirməyə başlamışdı. Bu sportiv qısa saç tərzinə indiyədək İranda “ Ququşi saç” ( موی گوگوشی ) deyirlər.

Ququşun ifasında “Qal, qal, əzizim” adlı Azərbaycan mahnısını izləmək olduqca xoşdur. Sağ əli ilə balağını tutaraq sol əlini mahnının ahənginə uyğun şəkildə hərəkət etdirərək oxuması səmimi təsir bağışlayır və tamaşaçılar da onunla bərabər mahnının sözlərini təkrarlayırlar:

Mən bir ALLAH bəndəsi, sevgiyə möhtac

Mən sənnən, sən mənnən tapmışıq əlac.

İki qəlbin istəyi birgə döyünsün,

Bu hicranın sonluğu vüsala dönsün… 

( Bax: https://www.youtube.com/watch?v=-Z2VY3lRNjg )

Ququş bəstəkar əsərləri ilə yanaşı xalq mahnılarını da çox məharətlə ifa edir. Səsi, əl-qol hərəkətləri və mimikası ilə oxuduğu mahnının tamaşaçıya daha təfərrüatlı şəkildə çatdırmağı bacarır. Bu xüsusda onun icrasında “Səkinə dayıqızı” mahnısı xüsusi kolorit qazanıb:

Çərçi gəlib xərmənə,

Bir dəsmal verib mənə. Xuda elə iş düzəltsin,

Bir tuman alım sənə…

( Bax: https://www.youtube.com/watch?v=CkilVLcPupU )

Faiqə Atəşin otuzdan artıq filmə çəkilmişdir. Onun əsas rol aldığı filmlərdən ikisi bizim tamaşaçılara yaxşı tanışdır. Tamaşaçılarımız onun “Həmsəfər” ( همسفر ) filmində oynadığı Atifə rolunu və “Uzun gecə” kimi bildiyimiz “Gecə boyunca” ( در امتداد شب ) adlı filmində canlandırdığı Pərvanə surətini yaxşı xatırlayırlar. Ququşun hər iki filmdə oxuduğu mahnılar indi də şadlıq saraylarında keçirilən şənliklərdə bəzi müğənnilər tərəfindən ifa olunur. “Araz” kino-teatrında “Həmsəfər” filmi nümayiş etdiriləndə tamaşaçılar arasından bir dəstə gənc anidən Ququşla bərabər filmdəki məşhur mahnını xorla oxuyanda çox təəccüblənmişdim. Gənclər heytətamiz bacarıqla bir ağızdan Ququşun mahnısını təkrarlayırdılar:

Sən hansı nağıldansan? Səni duymaq adətim;

Yoxluğun faciəmdir, varlığın əmniyyətim.

Hansı yerdən gəlmisən həyatıma bixəbər?

Mənim yaxınlarımdan uzaqsan göylər qədər…

(تو از كدوم قصه ای كه خواستنت عادته نبودنت فاجعه بودنت امنیته

تو از كدوم سرزمین تو از كدوم هوایی

كه از قبیله ی من یه آسمون جدایی)

(Bax: https://www.youtube.com/watch?v=1IXC9vEOg94 )

Bizim tamaşaçılarımıza, xüsusən yaşlı nəslə, “Uzun gecə” kimi yaxşı tanış olan “Gecə boyunca” ( در امتداد شب) filmində Ququşun böyük məharətlə səsləndirdiyi “Mərhəm” ( مرحم ) mahnısı bu gün də uğurla ifa olunmaqdadır. Məsələn, görkəmli müğənni Zülfiyyə Xanbabayeva Ququşun həmin məşhur mahnısını bacarıqla oxumuşdur.

Dərdim tüğyan etdi, qəddimi əydi qürbət,

Nicata yetmək üçün etdim səni ziyarət.

Getdim göz yaşı töküb ağlayıb edəm fəryad.

Muradım mərhəm idi, Kəbə, sən qıldın imdad… 

(با قامتی شکسته از کوله بار غربت

در جستجوی مرهم راهی شدم زیارت

رفتم برای گریه رفتم برای فریا د

مرهم مراد من بود کعبه تو رو به من دا د) 

( Bax: https://www.youtube.com/watch?v=FjzcImMyBhA )

Bu gün mühacir həyatı yaşayan Faiqə Atəşin - Ququş haqqında müxtəlif ağlasığmaz və əsassız şayiələr mövcuddur. Bu şayiələrin bir qismi onu daha da ucaltmaq üçün sevənləri və sevdikləri tərəfindən uydurulmuş, gerçəkliklə heç bir bağlılığı olmayan əfsanələrdir, bir qismi isə onu ləkələyib gözdən salmaq məqsədi güdən böhtanlardır. Məsələn, bəstəsi Pauls Raymonda, sözləri Andrey Voznesenskiyə aid olan və Alla Puqaçovanın oxuduğu “Milyon qızılgül” (Миллион алых роз ) mahnısının, guya, ilk dəfə, 1969-cu ildə, Ququş tərəfindən oxunması haqqında fikirlər əfsanədən başqa bir şey deyildir. Bəzi kələkbazlar bu əfsanəni “sübut” etmək üçün müğənni Fərzanənin 2008-ci ildə səsləndirdiyi “Melyon gol-e sorx” variantını “dəlil” də göstərirlər. Bəziləri də bizim milli məsələdə duyğularımızın həssaslığından sui-istifadə edərək onun məlum etnik nümayəndə ilə evlənməsi barədə iftiralar söyləyirlər. Öz böhtanlarını “sübut” etmək üçün, “elə deyilsə, niyə burada konsert vermir?” sualını ortaya atırlar.

Öz səsi, ifa tərzi ilə dünyanın əzəmətli konsert salonlarını alqışlardan lərzəyə gətirən Faiqə Atəşin - Ququş, harada oxumasından asılı olmayaraq, mütləq Azərbaycan mahnılarına müraciət edir, Azərbaycan mahnılarını da öz tamaşaçılarına ərmağan edir. Kanadanın Vankuver şəhərində düzənlənən konsert programının açılışında Faiqə Atəşinin - Ququşun səhnəyə gəlişini ayaqda alqışlayan tamaşaçılara minnətdarlıq edən müğənni ingilis dilində onlara “Sizi sevirəm” deyir, sonra da birdən farsca “yaxşı, burada mənim yerlilərim də varmı? İkisini özüm görürəm” - deyə soruşur. Salondan təsdiq səsləri gələndə Ququş öz ana dilində həyəcanla “Yaşasın Azərbaycan, gözəl yurdum, qurban olum!” söyləyir.

(Bax: https://www.youtube.com/watch?v=n6SO45k5H7M 16- 41-ci saniyələr )

Bizcə, Şərq musiqisinin parlaq ulduzu Faiqə Atəşinin - Ququşun çoxsaylı tamaşaçı auditoriyası qarşısında ürəkdən söylədiyi “Yaşasın Azərbaycan, gözəl yurdum, qurban olum!” ifadəsi ona böhtan atanların hamısına tutarlı cavabdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see199

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see184

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see147

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see145

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see137

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see137

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see135

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see131

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see130

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see130

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see129

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see128

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see118

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see118

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see117

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see117

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see116

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri