Icma.az
close
up
RU
Şərq qapısı : məktəb missiyalı qəzet Azərbaycan Milli Mətbuatı 150

Şərq qapısı : məktəb missiyalı qəzet Azərbaycan Milli Mətbuatı 150

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şərq qapısı" qəzeti canlı tarixdir. Özündə keçmişi, bu günü və gələcəyi birləşdirən tarix. İki əsrə və iki ictimai quruluşa təsadüf edən bu qəzet həyata vəsiqə aldığı gündən ictimai maraqlara xidmət etməkdədir. "Şərq qapısı" sağlam əqidəsi olan qəzetdir. İstər sovet totalitar rejiminin ağır cəngəsində inləyən zamanlarda, istərsə Azərbaycanın müstəqillik illərində əqidə saflığı və dəyişməz mövqeyi onun tarixin çətin sınaqlarına duruş gətirməsinə səbəb olub. Xalqa xidmət, ictimai maraqlara xidmət, dövlətə xidmət qəzetin preambulasıdır.  

"Şərq qapısı" qəzeti ədəbiyyat məktəbidir. Hər nömrəsində ədəbiyyat ilə publisistikanın çulğalaşdığı klassik və novator ənənələrin sintezindən yoğrulan ədəbiyyat məktəbi. Ədəbi sözün qüdrətinə, ədəbi fikrin inkişafına maraqlı olan qəzet həm də ədəbiyyat dərsliyi, ədəbi mühitin əvəzedilməz fondudur. Bu fondda yüzlərlə şairin ədəbi irsi, külliyyatı toplanmaqdadır.

"Şərq qapısı" qəzeti jurnalistika məktəbidir. Yaradıldığı gündən fəhlə, kəndli müxbirlərə, daha sonra yazmaq bacarığı olan hər kəsə açıq olan bu qəzet peşəkar jurnalistikanın yaranması və inkişafına da əvəzsiz töhfələr bəxş etməkdədir. Mətbu orqanın qəzetçilik sahəsindəki fəaliyyətini qiymətləndirən akademik İsa Həbibbəyli yazır: "Şərq qapısı" ciddi qəzetçilik, yetkin jurnalistika məktəbidir".

Öz fəaliyyətinə hər zaman tənqidi yanaşan qəzet, həm də nöqsanları islah etməklə gələcək fəaliyyətinin əsasını qoymuş, zamanla büdrəsə də, yenə davamlı olmağa qətiyyətli olmuşdur. Hətta son zamanlarda "Şərq qapısı" qəzeti üçün keçirilən obyektiv monitorinqlər dediklərimizi bir daha təsdiqləmiş olur: "Şərq qapısı" yarandığı ilk çağlardan bu günə kimi Azərbaycanın böyük bir bölgəsinin - Naxçıvanın oxucu auditoriyasının informasiya tələblərinə xidmət etmiş və tələbləri ləyaqətlə yerinə yetirmişdir. Sovet dönəmində ağır senzura şəraitində fəaliyyət göstərsə də, xalqın maariflənməsinə, cəmiyyətin mümkün qədər obyektiv informasiya ilə təmin olunmasına çalışmışdır. Bu qəzetin uzun illər boyu formalaşmış informasiya siyasəti vardır".

"Şərq qapısı" qəzeti siyasət məktəbidir. Dövlətçilik kursuna sadiq qalan bu məktəb siyasi arenada kəskin siyasi qələmi, dəyişməz mövqeyi, vahid əqidəsi ilə  fərqlənir. Müasir mərhələdə Ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyən qəzet Azərbaycan mətbuatında qərəzsiz siyasi münasibəti əks etdirən məqalələri, tarixi əhəmiyyəti ilə fərqlənir. Belə ki, Azərbaycan sovet mətbuatının əsasının qoyan bu qəzet həm də, keçmiş Sovetlər birliyində ilk müstəqil qəzetin də əsasını qoymaq məsuliyyətini çiyinlərinə götürüb. "Şərq qapısı" qəzeti teatrşünaslıq məktəbidir. XX əsrin əvvəllərindən bugünədək Naxçıvan teatrının ən diqqətli tamaşaçısı "Şərq qapısı" qəzetidir. Teatr resenziyaları ilə zəngin olan bu qəzet Qurban Qurbanov, Hüseyn İbrahimov, Kəmalə Ağayeva, Elman Həbib kimi dramaturqları aşkarlayıb üzə çıxarmaqla yanaşı, həm də Cəlil Vəzirov kimi teatrşünas alimi yetişdirib, öz səhifələrində teatr sənətinə, aktyor ömrünə və fəaliyyətinə müntəzəm yer ayırıb.

"Şərq qapısı" qəzeti fotoqraflıq məktəbidir. İnformasiyaların əyani  təsəvvürünü verən, onu daha oxunaqlı, daha görünüşlü edən foto sənəti də "Şərq qapısı" səhifələrində inkişaf edib, burada çoxsaylı fotqraflar nəsli formalaşıb. Keçən əsrin əvvəllərində texniki səbəblər üzündən basılması çox çətin olan fotolar belə "Şərq qapısı" səhifələrində özünə yer ala bilib, müasir texnologiyaların inkişafı şəraitində daha keyfiyyətlli əyani təzahürlərlə özünü doğruldub.

"Şərq qapısı" həm də idman məktəbidir. Respublikanın idman həyatından yeniliklər iki əsrdir ki, qəzet səhifələrinin aparıcı mövzusudur. İnsanları sağlam həyat tərzinə uyğunlaşdıran bu qəzet idman həyatının yazılı tarixidir. İdmanın bütün sahələri əhatə olunan qəzetdə yeniliklərlə yanaşı, neçə-neçə idmançı həyatının açılmamış səhifələri əks olunub.  

"Şərq qapısı" qəzeti tibb məktəbidir. Faydalı məsləhətləri ilə maraq doğuran "Həkim məsləhəti" guşəsi, bioloqların sağlam həyat tərzi keçirməklə bağlı tövsiyələri, dərman bitkilərinin xarakter xüsusiyyətləri "Şərq qapısı"nın davamlı mövzuları sırasındadır.

Ən nəhayət, akademik İsa Həbibbəylinin təbirincə desək, "Şərq qapısı" sözün böyük mənasında məktəbdir. Ədəbiyyat, jurnalistika, elm bu məktəbin fakültələr və ixtisaslar kimi istiqamətləridir".

Surə SEYİD

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri