Şərq Qərb beynəlxalq avtomobil magistralının Gürcüstandan keçən hissəsi təmir olunur
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şərq-Qərb beynəlxalq avtomobil magistralının Gürcüstandan keçən hissəsi bu gecədən bir istiqamətdə bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Departamentin məlumatında deyilir ki, 10 gün müddətinə Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Araqvi çayı körpüsü üzərindən keçən hissəsi gecə bir istiqamətdə qismən bağlanacaq.
Qurum beynəlxalq avtomobil daşıyıcılarından bunu nəzərə almağı xahiş edir.
Yolda hərəkətin məhdudlarılmasına səbəb körpünün zədəli plitəsinin dəyişdirilməsidir. İlk 10 gün ərzində qərbdən şərqə hərəkət saat 23:00-dan 07:00-a kimi yalnız bir zolaqda həyata keçiriləcək, qalan vaxtlarda isə nəqliyyatın hərəkəti iki zolaq üzrə davam etdiriləcək.
1973-cü ildə istismara verilmiş körpünün hərəkət hissəsində vaxtaşırı təmir işləri nəqliyyatın hərəkətinə çətinliklər yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 İyul 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















