Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Şərq və Qərbi birləşdirən Ordubadın Dəstə kəndi

Şərq və Qərbi birləşdirən Ordubadın Dəstə kəndi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri, əziz dostum, Emin Tarverdiyev bir neçə müddət öncə Ordbuad şəhərində layihə çərçivəsində keçiriləcək tədbirə dəvət edəndə uzun illər xəyalında olduğum Naxçıvan və onun əsrarəngiz abidlərini, xüsusilə Əlincə qalasını görmək, qədim əlyazmalarda qeyd edilən və bu günə qədər açılmayan mövzuları özüm görmək üçün bir şans yarandığını və Tanrının üzərimə qoyduğu missiyası olduğunu anladım və dərhal hazırlıqlara başladım. Sağ olsun dostum məni əsrarəngiz yerlərə yorulmadan apardı və bu barədə silsilə yazılar olacaq.

İlk yazım isə Ordubadın tarix boyu Şərq və Qərb adətlərinin birləşdiyi Dəstə kəndi barədədir. Ordubad rayon mərkəzindən 12, Naxçıvan şəhərindən, təxminən, 60 kilometr məsafədəki Dəstə kəndi ayrılıq çayı Arazın sol qolu Vənəndçayın sağ sahilində yerləşir.

Bu kənd barədə İslamın Azərbaycanda yayılmasından bir əsr sonra ərəb müəlliflərindən birinin əlyazmasında yazılır. Xəlifə Naxçıvandan gələcək olan əmirlərdən birinə onun üçün Dəstə əriyi və Ordubadın Hülü şəftəlisinin gətirilməsini tapşırır.

Bu əlyazma onu sübut edir ki, kəndin tarixi qədim dövlərə gedib çıxır. Çox təəssüf ki, burada arxeoloji qazıntılar aparılmadığı üçün dəqiq yaşı söyləmək mümkün deyil, lakin rats gəldiyim abidələr və tikililər göstərir ki, Dəstənin tarixi kifayət qədər qədim olub və o tarixi bir inkişaf yolu keçib.

Dəstə kəndinin tarixi əhəmiyyəti barədə, elə burda anadan olan tanınmış şair Hüseyn Razi yazır "Elə bir yerdə məskən salmışam ki, Arazın sahilləri boyunca Babəkin, Atabəylərin, Səfəvilərin ayaq izlərini saxlamış qranit sədlər var”.


Rast gəldiyim ilk qədim yollar, evlər və dini ibadət yerləri idi. Kəndin yaşlı insanları deyir ki, burada Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi var, lakin ən qədimi Şingiləy məscidir ki, üzərində "XI əsr məscidi” sözləri həkk olunan kitabə də var.

Dəstə kəndinin adının mənası ilə bağlı uzun zamandır yanlış bir düşüncə var. Guya oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk” deməkdir. Hesab edirəm ki, bu yanlışdır.

Azərbaycan dilinin dialektlərində "Dəstəma” sözü var, mənası isə " Su arxı” deməkdir. Kəndin ərazisində Dəstə bulağının olmasını əsas götürən bəzi tədqiqatçılar ehtimal edir ki, kənd öz adını elə bu bulaqdan alıb.

Lakin mənim qənaətim başqadır. Tarix göstərir ki, yaşı ən azı 3 min ildən çox olan Ordubadı qədim yunanlar (burda məzarlığı da var) sasanilər, ərəblər və digər işğalçılara qarşı mübarizə aparıblar və onlara qarşı formalaşan dəstələr məhz bu kənd ərazisinə gəlib birləşib ordu olmaların səbəb olduğu üçün Dəstə adını alıb.

Yerli sakinlər kəndin ərazisində Xanagahlar olduğunu bildirir və bu göstərir ki, Sufizmin təbliğatçıları burada yaşayıblar.

Kəndin aurası ilk andan insanı valeh edir. Qərb və Şərq geyimli insanları, qədim və müasir memarlıq abidələri, düşüncə azadlığı və inancın qorxu üzərində deyil, sevgi əsasında mövcudluğu və mental adətələr insanın burda bir əsrarəngiz atmosferə düşdüyünü hiss etdirir.


Bizi qonaq edən, 200 ildən çox yaşı olan bir qədim evdə yaşayan 89 yaşlı Leyla nənə bizə çay süfrəsi açıb və üzüm dərir. Nənə danışır ki, "Kəndin mental adətləri bu günə qədər də az da olsa qorunur. Əvvələr kəndə ailə qurmaq istəyən gənc sevdiyi qız üçün örpək yaxud çadra göndərirdi ki, bütün cavanlar bilirdilər və ona öz gəlinləri kimi baxırdılar. Çox az halda qıraqdan ailə quran gənclər eyni zamanda yaşlı insanların sözlərindən çıxmazdı. Hüzr yeri düşəndə də, xeyir işi olanda da Kəndin sakinləri birlik olub hüzr yaxud toy sahibinə böyük dəstək olurdular”

Kəndi gəzdikcə yaşlı, gənc və uşaqların bizə qarşı qonaqpərvərliklərindən isə yazmaqla bitirmək olmaz. Möhtəşəm insanlara rast gəldikcə hamı səni doğman kimi qəbul edir, evinə dəvət edir, qonaq etməyə çalışır. Yaşlı insanlara salam verəndə qədimyanə salam almaları isə ayrı bir qürur yaşadır insana.

Şərq və Qərbin kəsişdiyi Dəstə kəndini tərk etmək çətin oldu. Mən Dəstə kəndindən çıxsam da, kənd məndə əbədi yaşayacaq. Zaman olsun birdaha uzun müddətli səfər edib kəndin tarixi abidələrini bir bir öyrənəcəm

Prof. Dr. Zaur Aliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri