Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutu akademik Ziya Bünyadovun əsərlərini nəşr etdirib

Şərqşünaslıq İnstitutu akademik Ziya Bünyadovun əsərlərini nəşr etdirib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

AMEA-nın Şərqşünaslıq İnstitutu akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” və “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyalarını nəşr etdirib. Alimin bu əsərlərinin Azərbaycan dilindəki yeni nəşri rus dilində olan orijinal əsasında işlənib və təkmilləşdirilib. Nəşrin elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, 2 cilddə çap olunan bu kitabların birincisi “Azərbaycan VII-IX əsrlərdə”, ikincisi “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını əhatə edir.

Birinci cildin əvvəlində əsərdən öncə Prezident İlham Əliyevin akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının mətni, akademik İsa Həbibbəylinin “Akademik Ziya Bünyadov haqqında söz” və akademik Gövhər Baxşəliyeva ilə tarix elmləri doktoru Fərda Əsədovun “Ölümsüzlüyə qovuşan ömür” başlıqlı ön sözləri yer alıb.

“Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında ərəb hakimiyyəti dövründəki tariximiz nəzərdən keçirilir, həmin hakimiyyətin aradan qaldırılması ilə nəticələnən və xalqımızın təşəkkül tarixində yeni səhifə açan sosial-iqtisadi və siyasi proseslər, onların səbəb və şəraiti xarakterizə edilir. Bu əsər ilk dəfə 1965-ci ildə rus dilində nəşr edilib. Kitabda xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb. Monoqrafiya giriş, 5 fəsil, əlavələr və istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısından ibarətdir.

İlk dəfə 1978-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasında Səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı XII əsrin ikinci yarısı – XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən, Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilir. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli materiallar yer alır. Monoqrafiya giriş, 8 fəsil, şərhlər və ədəbiyyatın siyahısından ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri