Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya keçirilib.

XQ xəbər verir ki, elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəlinin Azərbaycan mədəniyyətində böyük renessans dövrü olduğunu deyərək, bu dövrdə Azərbaycan musiqisini ən uca zirvələrə yüksəldən Üzeyir Hacıbəylinin Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı 3 fevral 2025-ci il tarixli Sərəncamını xatırladan G.Baxşəliyeva bununla bağlı AMEA-da bir sıra tədbirlərin keçirildiyini, Şərqşünaslıq İnstitutunun da elmi sessiya təşkil etdiyini bildirib.

Üzeyir Hacıbəylinin yaratdığı əsərlərin Azərbaycan xalqının mədəniyyətinin varlığının, yaşamının təcəssümü olduğunu deyən akademik G.Baxşəliyeva onillər keçməsinə baxmayaraq, bu gün də həmin operettaların, filmlərin böyük zövqlə izlənildiyini qeyd edib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi məruzə oxuyub. Üzeyir Hacıbəyli ilə bağlı çoxsaylı arxiv sənədlərini araşdırdığını deyən Solmaz Rüstəmova-Tohidi bu sənədlərdə bir neçə cildlik kitabı əhatə edəcək materialların olduğunu və yaxın aylarda onun ilk cildini çapa təqdim edəcəyini bildirib. Məruzəçi həmin cilddə yer alacaq Üzeyir Hacıbəylinin həyat yoldaşı ilə məktublaşmasına aid nümunələri diqqətə çatdırıb. Onların Qori seminariyası dövründən başlanan tanışlığından danışan S.Rüstəmova-Tohidi çıxışında  həmçinin Ü.Hacıbəylinin pedaqoji və jurnalist fəaliyyətinə də nəzər salıb. Məruzəçi Ü.Hacıbəylinin Hadrut, Bibiheybət məktəblərində, “Səadət” məktəbində dərs deməsindən, “Tərəqqi”, “Azərbaycan” qəzetlərində redaktor kimi fəaliyyətindən, “Açıq söz” və digər qəzetlərdə yazılarından bəhs edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see166

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see151

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see133

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see123

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see123

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see121

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see120

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see118

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see117

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri