Icma.az
close
up
RU
Sərt qış Leriki sınağa çəkib

Sərt qış Leriki sınağa çəkib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən ilin barı-bərəkəti isə insanları çətinliklərdən qoruyur

Builki qış dağlar diyarına sərt üzünü göstərib. Bir neçə gün fasiləsiz yağan qarın hündürlüyü bəzi yerlərdə 1-1,5 metrdən çox olub. Havalar açılsa da, qarın və çovğunun yaratdığı çətinliklər qalmaqdadır. Uca dağlar, sıldırımlı qayalarla əhatə olunmuş Lerik qış qayğıları ilə yaşayır.

Müasir üslubda tikilmiş yaraşıqlı, üçmərtəbəli binada yerləşən Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) hamı iş başındadır. Burada işgüzar, xoş ovqat hiss olunur. Mərkəzin direktoru, təcrübəli təsərrüfatçı Cahani Nüsrətzadə Lerikin mürəkkəb relyefə, zəngin təbii ehtiyatlara malik olduğunu vurğulayaraq dedi:

– Rayonun 162 yaşayış məntəqəsi var. Hər bir ərazinin özünəməxsus iqlimi, təbii imkanları mövcuddur. Əbəs yerə bu yerləri möcüzələr diyarı adlandırmırlar. Həqiqətən, qəribə təbiəti var Lerikin. Hər kilometrdən bir havası dəyişir. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ də meyvə dərilir. Şimalında aramsız yağışlar yağanda, cənubunda torpaq sudan korluq çəkir. Bir tərəfində şaxta iliyə işləyəndə, o biri tərəfində kölgəliyə tələsirsən. Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir.

Lerikin belə bir möcüzəli təbiəti var. Rayonda kənd təsərrüfatına yararlı torpaqlar 57 min 787 hektar təşkil edir. Bitkilər əsasən dəmyə şəraitində becərilir. Əhali əkinçilik, heyvandarlıq və qismən meyvəçiliklə məşğul olur. Davamlı dövlət qayğısı sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artıb, yeni uğurlar əldə olunub. Kənd əməkçiləri ötən ili sevindirici nailiyyətlərlə yola salıblar.

– Lerik tarixən çörəkli rayon kimi tanınıb. Sakinlər buğda, arpa, paxlalı-dənli bitkilərin əkilib-becərilməsinə üstünlük veriblər. Ağsaqqallardan eşitmişik ki, İkinci Dünya müharibəsi dövründə və sonrakı aclıq, qıtlıq illərində Lerik cəbhəyə, hətta qonşu rayonlara da taxılla yardım edib. Hazırda taxılçılıqda vəziyyət necədir?

– Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Bundan ruhlanan kənd əməkçiləri ölkəmizin ərzaq təhlükəsizliyinə layiqli töhfələr verirlər.

Lerik artıq respublikamızda taxılçılığın intensiv inkişaf etdirildiyi rayonlar sırasındadır. Rəqəmlərə nəzər salaq. 2025-ci ildə taxılçılar 9 min 152 ton buğda, 345 ton arpa, 132 ton çovdar istehsal ediblər. Hektardan 26 sentner buğda, 25 sentner arpa, 22 sentner çovdar götürülüb. Murya, Vistən, Züvüç, Boykəndi və digər ərazilərdə qabaqcıl fermerlər hektarın məhsuldarlığını 45-50 sentnerə çatdırıblar.

Biçindən sonra sahələrdə yay şumu aparılıb, aqrotexniki qulluq işləri həyata keçirilib. Payızlıq taxıl üçün şum və əkin işləri “Aqroservis” ASC-nin Lənkəran-Astara-Lerik bölməsinə və fiziki şəxslərə məxsus texnikalar vasitəsilə həyata keçirilib. Taxıl sahələrində xəstəlik və ziyanvericilərə, alaq otlarına qarşı kimyəvi, mexaniki və aqrotexniki tədbirlərin aparılması, yemləmə gübrələrindən istifadə olunması haqqında məhsul istehsalçılarına məsləhətlər verilib.

– Rayonda ənənəvi sahələrdən biri də heyvandarlıqdır. Son illər sahənin intensiv inkişaf etdirilməsi ilə bağlı nə kimi tədbirlər görülür?

– Lerikdə ailə, kəndli-fermer və şəxsi təsərrüfatlarda 34 min 643 baş iribuynuzlu, 68 min 48 baş xırdabuynuzlu davar, 176 min 538 ev quşu, 19 min 350 arı ailəsi bəslənilir. Heyvanların cins tərkibini dəyişməkdən ötrü rayona lizinq yolu ilə cins heyvanlar gətirilib. Süni mayalanma ilə də heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Fermerlərə süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiya ödənilir. Cins tərkibini dəyişməklə heyvanları stasionar bəsləmə şəraitinə keçirmək və intensiv yolla heyvandarlığın inkişaf etdirilməsinin üstünlükləri barədə fermerlərlə maarifləndirici söhbətlər aparılır.

Qoyunçuluq rayon iqtisadiyyatında mühüm yer tutur. Əvvəllər rayonda 113 min baş qoyun-quzu bəslənilib. Fermerlər qış dövründə davarı Biləsuvar və Neftçala rayonlarında yerləşən, ümumi ərazisi 25 min hektar olan yataqlara aparırdılar. 2006-cı ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə rayona təhkim olunmuş qış otlaqları alınaraq Biləsuvar, Neftçala və Cəlilabad rayonlarına verilib.

İndi fermerlər 8 min hektara yaxın qış yataqlarından istifadə edirlər. Qışlama üçün lazımi yer olmadığından fermerlər qoyun-quzularını satmaq məcburiyyətində qalırlar. Bu səbəbdən davarların sayı ilbəil azalır. Qışlaq problemi həll olunsa, qoyunçuluqla məşğul olan fermerlər əhalinin ət, yun məhsulları ilə təminatını daha da yaxşılaşdıracaqlar.

Lerikdə arıçılığın inkişaf etdirilməsi üçün gözəl şərait var. Şəxsi və fermer təsərrüfatlarında 19 min 350 arı ailəsi bəslənilir. Rayonda arıçılıq kooperativi də fəaliyyət göstərir. Lerik ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli monoflor və poliflor çiçək balı ilə məşhurdur. İl ərzində rayonda 130-160 ton bal istehsal olunur. Arıçılar paytaxtda keçirilən satış yarmarkalarında fəal iştirak edirlər. Lakin bu sahədə problemlər də mövcuddur. İstehsal edilən təbii balın qəbulu, arıçılıqda istifadə olunan avadanlıqların və dərman preparatlarının satış məntəqələrinin yaradılmasına ciddi ehtiyac var.

– Rayonda tərəvəzçilik, kartofçuluq, meyvəçilik və üzümçülüyün inkişafı sahəsində nə kimi işlər görülüb? Lerik brendli alma, pomidor, kartof respublikamızın bazarlarında məşhurdur, cənub bölgəsində həm də güllər diyarı kimi tanınır.

– Elədir. Rayonun bütün kəndlərində taxıl bitkiləri ilə yanaşı, kartof, tərəvəz və meyvə yetişdirilir. Ötən il 1550 hektar kartof sahəsindən 22 min 475 ton məhsul yığılıb. Maarifləndirici tədbirlər nəticəsində damcı ilə suvarma üsulu tətbiq edilərək 230 hektar sahədə ekoloji cəhətdən təmiz zuvand kartofu yetişdirilib. “Lerik kartofu” adlı yeni sortun yaradılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən müvafiq işlər görülüb.

2025-ci ildə pomidor əkini əvvəlki illə müqayisədə 10 hektar artırılaraq 50 hektara çatdırılıb. Hektarın məhsuldarlığı 135,5 sentner olmaqla 675 ton pomidor yığılıb. Bundan əlavə, istixana şəraitində 1,83 hektar sahədən 140 ton pomidor istehsal olunub. Dadı, ləzzəti, yüksək keyfiyyəti ilə fərqlənən Lerik pomidorunun qonşu rayonlarda və Bakıda çoxlu alıcıları vardır. Keçən il şəxsi və fermer təsərrüfatlarında 402 ton kələm, 417 ton xiyar, 2620 ton soğan, 585 ton sarımsaq istehsal edilib.

Rayonda ənənəvi üsulla salınmış 542 hektar meyvə bağı vardır. Bunun 467 hektarı bar verən bağlardır. Keçən il fermer və şəxsi təsərrüfatlara məxsus 252 hektar alma, 46,6 hektar armud, 53,1 hektar fındıq, 5 hektar albalı, 9,3 hektar alça, 4 hektar badam, 7,3 hektar ərik, 13 hektar gilas, 11 hektar feyxoa, 14,4 hektar gavalı bağlarında 1441 ton meyvə istehsal olunub. Məhsul rayonun və ölkəmizin daxili bazarlarına çıxarılıb.

1970-1980-ci illərdə rayonun orta dağətəyi ərazilərində 3 min 500 hektar sahədə üzüm bağları salınıb. İndi onlardan əsər-əlamət qalmayıb. Son illər intensiv üsulla 1,43 hektar sahədə üzüm tingləri əkilib. Rayonun kəndlərində üzümçülük təcrübəsinin olduğunu nəzərə alaraq rayonlaşdırılmış üzüm sortlarından yeni plantasiyalarin salınması istiqamətində işlər aparılır. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşlarının tövsiyələrinə əsasən Lələdulan və Murya kəndlərində 1 hektar sahədə nümayiş bağı salınıb. Üzüm bağlarına görə 8 min manat məbləğində subsidiyanın verilməsi fermerlərin marağını artırıb.

Yeni ildə qarşıda daha mühüm vəzifələr durur. Lerik DAİM-in kollektivi aqrar sahənin davamlı inkişaf etdirilməsi, çətinliklərin aradan qaldırılması üçün bundan sonra da səylə, var qüvvə ilə çalışacaq.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri